Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ üzrə yeni qaydalar

posted in: Xəbər | 0

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdiriləcək.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Qeyd edək ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

Beləliklə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ müəyyənləşdirilərkən artıq vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Başqa sözlə, 2016-cı ildən sonra malların qiymətlərinin, xidmətlərin, əhalinin pul gəlirlərinin artmasına baxmayaraq sadələşdirilmiş vergi ödəyiciləri üçün müəyyən olunmuş limit həddi 12 ayın istənilən dövrü üçün 200 min manat olaraq qalmaqda idi. İndi isə bu limitin 2 dəfə artırılaraq 400 min manata çatdırılması nəzərdə tutulur ki, bu da kiçik və orta sahibkarlıq subyektlərini vergidən yayınmaqdan çəkindirməyə və şəffaflığın artmasına xidmət edəcək.

Sadələşdirilmiş vergi əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə ilə hesablanacaq. Beləliklə, sadələşdirilmiş vergi dərəcəsi 8%-dən 6%-ə endiriləcək. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Bu, 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara münasibətdə tətbiq olunacaq.

Mənbə: apa.az

Naxçıvanda işçilərin sosial sığorta haqları subsidiyalaşdırıla bilər

Təhsil, tibb, mədəniyyət və idman sahəsində əmlak vergisi yeni qaydada hesablanacaq

posted in: Xəbər | 0

Gələn il yanvarın 1-dən vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyərinin 75 faizi həddində azaldılacaq.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, vergitutma məqsədləri üçün təhsil, tibb, mədəniyyət və idman sahəsində fəaliyyət göstərən vergi ödəyicilərinin əmlakının dəyəri yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi əsas vəsaitlərin dəyəri həddində azaldılır.

Mənbə: apa.az

Naxçıvanda işçilərin sosial sığorta haqları subsidiyalaşdırıla bilər

Naxçıvanda işçilərin sosial sığorta haqları subsidiyalaşdırıla bilər

posted in: Xəbər | 0

Naxçıvan Muxtar Respublikasında işçilərin sosial sığorta haqlarının 100 % dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılması nəzərdə tutulur.

Bu, 2026-cı ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.

Bununla bağlı “Sosial sığorta haqqında” qanuna dəyişiklik edilməsi təklif olunur. Dəyişikliyə əsasən, bölgənin rezidenti olan, qeyri-dövlət sektoruna aid edilən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi iqtisadi fəaliyyət növləri təsnifatına uyğun olaraq bilavasitə istehsal, o cümlədən emal və hasilat sahəsində (neft-qaz sahəsi istisna olmaqla) fəaliyyət göstərən sığortaedənlərin ödədiyi məcburi dövlət sosial sığorta haqları bu hissə və müddətlərdə dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq:

2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – sosial sığorta haqqının 100 %-i;

2029-cu il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək – sosial sığorta haqqının 80 %-i;

2032-ci il yanvarın 1-dən 2034-cü il yanvarın 1-dək – sosial sığorta haqqının 60 %-i;

2034-cü il yanvarın 1-dən 2036-cı il yanvarın 1-dək – sosial sığorta haqqının 40 %-i.

Mənbə: report.az

Müharibə iştirakçılarına kompensasiya hesablanarkən vacib məqam

Vergi-gömrük azadolmalarının məbləği bəlli oldu

posted in: Xəbər | 0

Bu il Azərbaycanda vergi-gömrük güzəştlərinin və azadolmalarının ümumi məbləği 7,7 milyard manat təşkil edir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, bu məbləğ dövlət büdcəsi gəlirlərinin 20 %-i qədərdir.

“Güzəşt və azadolmalar müəyyən edilərkən mülkiyyət formaları arasında fərq qoyulmur. İmtiyazların 94,5 %-i qeyri-neft-qaz sektrunun payına düşür”, – deyə deputat qeyd edib.

O, əlavə edib ki, 2025-ci ildə təkcə vergi-gömrük güzəşlərinin ümumi məbləği 4,4 milyard manatdır ki, bunun da 99,7 %-i özəl sahibkarlıq subyektlərinə aiddir: “Buraya azadolmalar daxil deyil və bu rəqəmlər bir daha təsdiq edir ki, vergi-gömrük güzəştlərinin əsas benefisiarı dövlət sektoru deyil, məhz özəl sektordur. Vergi-gömrük güzəştlərinin də 95,9 %-i qeyri-neft-qaz sektoru ilə bağlıdır”.

Mənbə: report.az

Müharibə iştirakçılarına kompensasiya hesablanarkən vacib məqam

1 96 97 98 99 100 101 102 2. 382