AFA: Yeni françayzinq layihələri və dəstək imkanları

posted in: Xəbər | 0

Artıq çoxdan sübut olunub ki, qlobal biznes mühitində uğurun açarı təkcə yeni ideyalar yaratmaqda deyil, həm də bu ideyaları doğru modellə paylaşmaq bacarığındadır. Məhz bu məqamda françayzinq anlayışı ön plana çıxır — yəni tanınmış bir brendin təcrübə, idarəetmə sistemi və reputasiyasının digər sahibkarlara ötürülməsi prosesi. Beləliklə, sahibkar sıfırdan marka yaratmaq əvəzinə, artıq özünü sübut etmiş bir biznes modeli tətbiq etmək şansı qazanır. Bu isə ona bazara daha sürətli daxil olmaq, beynəlxalq təcrübəyə çıxış əldə etmək, güclü marketinq dəstəyinə malik olmaq və eyni zamanda risklərini minimuma endirmək imkanı verir.

Son illər Azərbaycanda da bu sistemə maraq ciddi şəkildə artmaqdadır. Xüsusilə rəqəmsallaşma, logistika və xidmət sektorunun genişlənməsi françayzinq bazarının canlanmasına təkan verib. İndiki zamanda yerli sahibkarlar üçün bu model sadəcə xarici brendlərlə əməkdaşlıq vasitəsi deyil, həm də dayanıqlı inkişaf strategiyasına çevrilməkdədir. 

Qlobal tendensiyalar fonunda maraqlı sual yaranır: Azərbaycanda françayzinq bazarının mövcud durumu və inkişaf istiqamətləri hansılardır? Məsələ ilə bağlı Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) İdarə Heyətinin sədri Camid Mövsümov ilə həmsöhbət olub.

Yeri gəlmişkən, 2022-ci ildə yaradılmış AFA-nın tərkibinə 120 şirkət daxildir. Assosiasiyaya Azərbaycanla yanaşı, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan və Özbəkistanı təmsil edən şirkətlər daxildir. Qurumun əsas məqsədi sahibkarlara françayzinq alışında hüquqi yardım göstərməkdir.

– Camid müəllim, hazırda qlobal miqyasda françayzinq sahəsində hansı əsas dəyişikliklər və yeni meyillər müşahidə olunur?

– Dünya miqyasında françayzinq sahəsində yeni qlobal tendensiyalara keçid baş verir. Daha dəqiq desək, ənənəvi françayzinq modelindən innovativ və texnologiya əsaslı “yeni dövr françayzinq” mərhələsinə qədəm qoyulur. Texnoloji inkişaf bu sahənin dinamikasını dəyişir və artıq rəqəmsal modellərin françayzinqinin verilməsi real imkan kimi ortaya çıxır. Məqsədimiz ölkəmizdə yaradılan startap və fintex layihələrinin də françayzinq potensialını formalaşdırmaqdır. Beləliklə, biz texnologiyanı klassik françayzinq anlayışı ilə birləşdirərək, sahənin inkişafında yeni bir mərhələ açmaq niyyətindəyik.

Dünya miqyasında ənənəvi françayzinq modelindən innovativ və
texnologiya əsaslı “yeni dövr françayzinq” mərhələsinə qədəm qoyulur

– Bəs texnoloji transformasiya françayzinq bazarını necə dəyişir?

– Sirr deyil ki, ənənəvi ticarətdən sürətlə onlayn ticarətə keçid edirik. Artıq dünyaca məşhur “Amazon”, “Alibaba” kimi elektron ticarət platformalarında hər bir markanın özünün françayzinqini alaraq əlavə mağazalar açmaq mümkündür. Məsələn, deyək ki, hər hansı bir geyim markasının ənənəvi françayzinqini alır və bu zaman françayzinqi alıb Azərbaycan qanunvericiliyi çərçivəsində fəaliyyət göstərirdik. Amma indi bu markanın françayzinqini alıb onlayn satış şəbəkəsində də fəaliyyət göstərmək əlçatandır. Koronavirus pandemiyası məsafədən xidmətlər və elektron ticarətin daha çox populyarlaşmasına səbəb oldu. Əvvəllər ən xırda bank əməliyyatı üçün filiallara getmək məcburiyyətində qalırdıqsa, indi bu prosesləri saniyələr içində ağıllı telefonumuzla edə bilirik. Artıq banklar da bu texnoloji inkişafdan geri qalmamaq üçün öz mobil tətbiqlərini genişləndirməklə məşğuldurlar. Bu sahədə daha cəlbedici fintex həlləri yaranarsa, gələcəkdə bunun françayzinqinin ixracı üçün şanslar da yaranır.

– Ölkəmizdə françayzinqin ən sürətlə inkişaf etdiyi sahələr hansılardır?

– Avrasiya regionunda və ölkəmizdə françayzinq bazarında, xüsusilə, restoran və geyim sektorları dinamik böyümə ilə diqqət çəkir. Biznes baxımından bu sahələrdə françayzinq alışı sahibkarlar üçün daha sərfəlidir. Məsələn, əgər bir markanız varsa və onu özünüz inkişaf etdirmək istəyirsinizsə, marketinq, PR və bazarda mövqelənmə üçün davamlı aksiyalar keçirməlisiniz. Bu halda cəmi 3–5 mağaza aça bilərsiniz. Amma françayzinq modelindən istifadə etdikdə vəziyyət tam fərqli olur. Bu sistem sayəsində eyni brend il ərzində 100-ə qədər mağaza və restoran aça, bazarda sürətlə tanına bilər. Üstəlik, artıq formalaşmış brendin reputasiyası əlavə marketinq xərclərini də azaldır. Hesab edirəm ki, françayzinq biznesin ən sürətli və effektiv böyümə modelidir. Sıfırdan biznes qurmaq əvəzinə, mövcud uğurlu modelə qoşularaq bazara daxil olmaq bu gün daha cəlbedici görünür.

Sıfırdan biznes qurmaq əvəzinə, mövcud uğurlu modelə qoşularaq
bazara daxil olmaq bu gün daha cəlbedici görünür

– Bizim bazarın əsas tələbləri nədir? Sahibkarların davranışları bazarı necə şəkilləndirir?

– Azərbaycanda françayzinqin inkişaf mərhələsi hələ yeni başlayır. Assosiasiyamız 2022-ci ildə fəaliyyətə başladığı dövrdə françayzinqin mahiyyətini və üstünlüklərini bilənlərin sayı çox az idi. Yerli bazarda sahibkarların davranışlarına nəzər salsaq, onların əksəriyyətinin qısa müddətdə yüksək gəlir əldə etməyə fokuslandığını görərik. Bu isə uzunmüddətli investisiyalara marağın nisbətən zəif olması deməkdir. Deyərdim ki, belə şəraitdə françayzinq sahibkarlar üçün ən optimal alət rolunu oynayır. Çünki bu model sayəsində onlar sıfırdan marka yaratmaq, tanıtmaq və bazara daxil olmaq kimi çətin və vaxt aparan mərhələlərdən azad olurlar. Üstəlik, tanınmış brendin reputasiyası, oturuşmuş marketinq sistemi və mövcud müştəri bazası sahibkarın işini asanlaşdırır. Beləliklə, françayzinq biznesin həm effektiv, həm də sürətli inkişafını təmin edən optimal bir modeldir.

Françayzinq biznesin həm effektiv, həm də sürətli inkişafını
təmin edən optimal bir modeldir

– Assosiasiya hazırda françayzinq alan sahibkarlara hansı konkret dəstək mexanizmlərini təqdim edir?

– Biz ölkədə fəaliyyət göstərən françayzinq şirkətləri ilə səmərəli əməkdaşlıq qurmuşuq. Hazırda françayzinq alan sahibkarların işini asanlaşdıracaq bir sıra layihələr üzərində çalışırıq. Məsələn, müqavilə şərtlərinin yerli bazara uyğunlaşdırılması və yumşaldılması istiqamətində sahibkarlara ciddi dəstək göstəririk. Təəssüf ki, bəzən xarici markalar yerli bazara daxil olduqdan qısa müddət sonra fəaliyyətini dayandırır. Bu da çox vaxt yerli biznes nümayəndələrinin müqavilə öhdəliklərini tam yerinə yetirməməsindən qaynaqlanır. Biz belə halların qarşısını almaq və xarici markaların uyğun şərtlərlə bazara daxil olmasını təmin etmək üçün fəal şəkildə çalışırıq. Xarici şirkətlərlə danışıqlar zamanı müqavilə şərtlərinin ölkə reallıqlarına uyğunlaşdırılması məsələsini hər zaman qabardırıq. Çünki bazarın özünəməxsus xüsusiyyətləri var və bu, müqavilə maddələrində də əksini tapmalıdır. Digər tərəfdən, Azərbaycan Biznesinin İnkişafı Fondu ilə ilkin razılıq əldə olunub. Müvafiq müqavilə imzalandıqdan sonra françayzinq almaq istəyən sahibkarların güzəştli şərtlərlə kreditlərdən yararlanması da mümkün olacaq. Bu o deməkdir ki, Fondun prioritet istiqamətlərinə daxil olan sahələr üzrə françayzinq alan şəxslər artıq daha əlçatan şərtlərlə sahibkarlıq krediti əldə edə biləcəklər. Ən önəmlisi isə odur ki, bu kreditlər aşağı faiz dərəcələri ilə təqdim ediləcək.

Bir sözlə, Azərbaycanın inkişafda olan françayzinq bazarında qarşıdakı ildən etibarən ciddi yeniliklər gözlənilir. Əminəm ki, 2026-cı il ölkəmizdə françayzinqin inkişaf ili olacaq və bu sahə tamamilə yeni mərhələyə qədəm qoyacaq.

Mənbə: vergiler.az

Vergi ödəyiciləri üçün yeni güzəştlər və təşviqlər müəyyən edilib

Vergi ödəyiciləri üçün yeni güzəştlər və təşviqlər müəyyən edilib

posted in: Xəbər | 0

Azərbaycanın qeyri-neft-qaz özəl sektorunda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təkliflər təqdim olunub.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması barədə təkliflər hazırlanıb:

“Bu, asan müzakirə mövzusu olmayıb. Müxtəlif baxışlar mövcud idi, lakin təqdim olunan sənəd nəticə etibarilə vahid mövqeni əks etdirir”.

M. Cabbarov bildirib ki, vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib:

“Layihədə bir sıra stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Belə ki, investisiya mühitinin və sahibkarlığın təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi təklif olunur; nəqliyyat sektorunda avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması planlaşdırılır;

balıqyetişdirmə fəaliyyəti kənd təsərrüfatı sektoruna daxil edilərək bu sahəyə mövcud tamhəcmli güzəştlərin şamil edilməsi nəzərdə tutulur; nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ictimai iaşə sektoruna vergi güzəştləri və dərəcələrin azaldılması təklif edilir.

Bununla yanaşı, ƏDV qeydiyyat həddi 200 min manatdan 400 min manata qaldırılacaq”.

Nazir həmçinin vurğulayıb ki, son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin leqallaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının şəffaflaşmasında mühüm nəticələr verib:

“Belə ki, qeyri-neft-qaz özəl sektorda 8 000 manata qədər olan əməkhaqları gəlir vergisindən azad edildikdən sonra, 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb, ümumi əmək müqavilələri içində payı 38,5 %-dən 54,1 %-ə yüksəlib.

Bunun fonunda 2018-2024-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən edilən transfertlərin payı 35,6 %-dən 17,5 %-ə enib”.

Mənbə: report.az

Nazirlər Kabineti sahibkarlıq qərarını dəyişdi

Nazirlər Kabineti sahibkarlıq qərarını dəyişdi

posted in: Xəbər | 0

Nazirlər Kabineti “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında” 21 dekabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi il ərzində fəaliyyəti göstərmiş sahibkarlıq subyektlərinin işçilərinin orta siyahı sayı barədə məlumatı hesabat ili başa çatdıqdan sonra, real vaxt rejimində Dövlət Statistika Komitəsi deyil, İqtisadiyyat Nazirliyinə ötürəcək. İndiyə qədər məlumat hər il aprelin 20-dən gec olmayaraq Dövlət Statistika Komitəsinə ötürülürdü.

İqtisadiyyat Nazirliyinə tapşırılıb ki, il ərzində fəaliyyəti olmuş, habelə yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektlərinin ölçüsünə görə mikro, kiçik, orta və iri sahibkar kateqoriyaları üzrə bölgüsünün bu meyarlara uyğun təşkilini və hesabat ili başa çatdıqdan sonra növbəti il mayın 10-dan gec olmayaraq, real vaxt rejimində işçilərin orta siyahı sayı və illik gəlir göstəriciləri göstərilməklə müvafiq məlumatların Dövlət Statistika Komitəsinə və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə ötürülməsini təmin etsin.

Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kateqoriyalarına aid edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq İqtisadiyyat Nazirliyinə təqdim olunan və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həmin sahibkarlıq subyektləri haqqında reyestrə daxil edilən məlumatlar əsasında başa çatmış hesabat ili üzrə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilir, meyar göstəriciləri üzrə məlumatlar dəyişdikdə real vaxt rejimində yenilənir və sahibkarlıq subyektlərinə təqdim edilir. Vergitutma məqsədləri üçün vergi qanunvericiliyində nəzərdə tutulan güzəşt və azadolmalar sahibkarlıq subyektlərinin bölgüsü meyarlarının müəyyən edilməsinə əsas verən göstəricilərin aid olduğu başa çatmış hesabat ili ərzində tətbiq edilir.

Sahibkarlıq subyektlərinin (yeni yaradılan və ləğv olunmuş sahibkarlıq subyektləri istisna olmaqla) hesabat ilində meyar göstəriciləri dəyişmədikdə, həmin sahibkarlıq subyektlərinin əvvəlki il üzrə müəyyən edilmiş meyarlar üzrə bölgüsü qüvvədə qalır.

Mənbə: report.az

Səhm satışından gəlir vergisi hesablanması

Səhm satışından gəlir vergisi hesablanması

posted in: Xəbər | 0

Fiziki şəxs London Fond Birjasında ticarətə buraxılan “Y” ASC-yə məxsus nominal dəyəri 100 dollar təşkil edən iki ədəd səhmi 2025-ci ildə hər biri 50 dollar olmaqla alıb və eyni zamanda xarici investisiya şirkətinə səhmlərin satış dəyərinin 3 faizi miqdarında komisyon haqq ödəyib. O, sonradan bu səhmləri eyni fond birjasında 200 dollara satıb. Bu halda fiziki şəxsin səhmlərin satışına görə əldə etdiyi gəlirlərdən vergi necə hesablanacaq?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 96.6-cı maddəyə əsasən, kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlərin Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi üzrə səhmin satış dəyəri ilə alış dəyəri və çəkilən digər xərclər arasındakı fərq vergitutma obyektidir və qeyd olunan təqdimetmə üzrə vergitutma obyektinin müəyyən olunması Vergi Məcəlləsinin 96.5-ci maddəsində istisna edilib.

Buna əsasən, fiziki şəxs tərəfindən səhmlərin ölkə hüdudlarından kənarda fond birjasında təqdim edilməsi zamanı həmin səhmin satış dəyəri ilə alış dəyəri (nominal dəyərin 100 dollar olmasına baxmayaraq) və çəkilən digər xərclər, o cümlədən fond birjasına ödənilən komisyon haqq arasındakı fərqdən 14 faiz dərəcə ilə vergi ödənilir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 96.6-cı və 101.2-ci maddələri

Mənbə: vergiler.az

Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?

1 98 99 100 101 102 103 104 2. 382