Daha çox8
Daha çox8

Şirkət yaradarkən diqqət edilməli 3 MƏQAM

posted in: Xəbər | 0

Statistiktik göstəricilərə görə, hər il ölkədə vergi ödəyicilərinin sayı artır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatlarında bildirilir ki, son bir ildə vergi ödəyicisi kimi qeydiyyatdan keçən şəxslərin sayı 4,8% artıb. 2025-ci il oktyabrın 1-nə Azərbaycanda 1 milyon 653 min 132 vergi ödəyicisi qeydiyyata alınıb. Onlardan 86,9%-i fiziki, 13,1%-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,5%, idarə, müəssisə və təşkilatların sayı isə 7,2% artıb. 

Bəs uğurlu vergi ödəyicisi olmaq üçün hansı yollardan keçmək lazımdır? Sahibkarlar hansı vergi rejimini və hüquqi formanı seçməlidirlər?  Suallara “İATM Audit and Consulting” MMC-nin auditoru İlkin Lələyev aydınlıq gətirir.

Hazırda fəaliyyət göstərən əksər sahibkarın əziyyət çəkdiyi əsas məsələlərə baxdıqda müəyyən nəticələrə gəlmək mümkündür. Həmin qənaətlərə əsaslanaraq sahibkarlıq fəaliyyətinə başlamaq istəyən şəxslərin diqqət etməli olduqları məqamları vurğulamaq istəyirik.

Təşkilati-hüquqi formanın seçilməsi

Sahibkarın fəaliyyətinin dövlət qeydiyyatına alınması zamanı ən vacib məqamlardan biri məhz təşkilati-hüquqi formanın seçilməsidir. Bu, gələcək fəaliyyət üçün şəxslərin hüquqi məsuliyyəti, şirkətlər qarşısında inamlı rolu kimi faktorlara təsir edir. Bu məqsədlə, əsasən, fiziki şəxs, yoxsa hüquqi şəxs (MMC, ASC, QSC və s.) kimi qeydiyyat növlərindən biri seçilir. Bunların hər birinin özünəməxsus fərqli cəhətləri var.

Fiziki şəxs kimi qeydiyyat sahibkar üçün daha çox məsuliyyət, daha az sənədləşmə, bazarda daha aşağı inam vəd edir. Ancaq hüquqi şəxs olaraq qeydiyyatdan keçmək bunun tam əksini göstərir. Vergiyə cəlbetmə baxımdan da hər iki təşkilati-hüquqi formanın oxşar və fərqli cəhətləri mövcuddur. Bu baxımdan, şirkətin fəaliyyət istiqaməti, böyümə potensialı, qloballaşma planları və s. kimi faktorlar nəzərə alınmaqla doğru təşkilati-hüquqi forma seçilməlidir.

Vergi mükəlləfiyyəti seçimi

Təcrübədə ƏDV qeydiyyatına alınma ehtiyacı, məcburiyyəti olmadığı halda, ƏDV ödəyicisi olan şirkətlərlə qarşılaşırıq. Belə ki, bu müəssisələrin artıq vergi yükü – ƏDV öhdəliyi yaranır ki, mövcud vergi qanunvericiliyinə görə ƏDV qeydiyyatından çıxmaqla bağlı müəyyən müddət və dövriyyə tələbləri olduğuna görə, həmin vergi yükünü azaltmaq mümkün olmur. Vergi mükəlləfiyyətinin seçilməsi şirkətin əldə etdiyi gəlirlərin vergiyə cəlb olunması formasının seçim mərhələsi fəaliyyətə uyğun ədalətli vergitutma mexanizmindən istifadəyə kömək edir. Qanunvericiliklə müəyyən edilmiş məhdudiyyətlər, məcburi hallar nəzərə alınmaqla, sahibkar istənilən vergitutma növünü, mükəlləfiyyəti seçə bilər.

Vergi Məcəlləsinə əsasən, bu istiqamətdə 3 əsas seçim var:

  • Gəlirlərin (hasilatın) sadələşdirilmiş vergiyə cəlb edilməsi;
  • Gəlirlərin (xərclər çıxılmaqla) mənfəət (gəlir) vergisinə cəlb edilməsi:
  • Gəlirlərin ƏDV və mənfəət (gəlir) vergisinə cəlb edilməsi.

Fəaliyyətə başlayan zaman bu seçimin doğru edilməsi şirkətin ən optimal vergi öhdəliklərinin formalaşmasına xidmət edəcək.

Vergi güzəşti və azadolmalarından doğru istifadə

Bəzi sahibkarlar biznesin vergi güzəşti və azadolmalarının işləmə mexanizmindən məlumatsız olurlar. Bu səbəbdən də onlar bununla bağlı hüquqlarından vaxtında istifadə edə bilmirlər. Vergi güzəştləri və ya azadolmalar müəyyən limitlər, şərtlər çərçivəsində verilir. Həmin şərtlər qorunmadıqda, tələblər pozulduqda biznes də azadolmadan məhrum olur.

Sahibkar biznes-plan hazırlayarkən vergi güzəştindən faydalanacağını düşünür. Ancaq bu mexanizmi doğru qurub işini tənzimləməzsə, gələcəkdə onun nəzərə almadığı vergi öhdəlikləri maliyyə yükünü artıra, şirkətin fəaliyyətinə ciddi zərər verə bilər.

Beləliklə, azadolma və güzəştlərdən faydalanmaq istəyən sahibkar əvvəlcədən onun tam işləmə mexanizmini başa düşməli, biznesinin həmin tələblərə cavab verdiyi halda ondan faydalana biləcəyini nəzərə almalıdır.

Mənbə: vergiler.az

İşsizlikdən sığorta ödənişi: hesablanma, təyinat, ödəniş qaydaları

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika davam edir

posted in: Xəbər | 0

Bu ilin sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 239 min ədəd artaraq 21,368 milyon ədəd təşkil edib.

Mərkəzi Bankın hesabatına əsasən, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 13 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 16 artıb, kredit kartlarının sayı isə 7 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artıb. 2025-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,898 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 7,808 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,086 milyon manatı POS-terminallar, 4 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67,4 faizini təşkil edib.

Mənbə: vergiler.az

Dövlət İmtahan Mərkəzi 2 illik auditor seçir

Ölkədən çıxışın bloklanmasını bu üsulla yoxlamaq mümkün olacaq

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin mobil tətbiqində yeni modullar yaradılacaq.

Bununla bağlı qurum hazırlıqlara başlayıb.

Məlumata görə, təkmilləşdirmə işləri çərçivəsində çekin verilməməsi və yaxud nağdsız əməliyyat zamanı vətəndaşların şikayət/müraciət təqdim etməsi üçün xidmət (mövcud funksionallığın təkmilləşdirilməsi), ƏDV-nin qaytarılması üçün vahid kabinet (API Layer vasitəsilə), nəzarət kassa aparatı qeydiyyatı ərizəsinin ödəyici tərəfindən təsdiqi, ölkədən çıxışın bloklanmasının yoxlanması, elektron alış aktı, şəxsi hesab vərəqəsi (sadə interfeys) kimi yeniliklər nəzərdə tutulur.

Mənbə: report.az

Bankların “kəşbək”ləri kimə nə qazandırır?

Toxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri

posted in: Xəbər | 0

Fiziki şəxs toxumçu olaraq buğda və arpa əkir, sonra həmin məhsulun topdan və parakəndə satışını həyata keçirir. Bilmək istərdik ki, bu fəaliyyətlə məşğul olanlar 2025-2026-cı illər üzrə hansı vergilərdən azaddır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.61-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının satışı – Vergi Məcəlləsinin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi sayılır:

– Bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir.

Bildirilib ki, fiziki şəxslərin bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirləri gəlir vergisindən azad edilir.

Həmçinin, Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə ƏDV-dən azaddır.

Mənbə: vergiler.az

2026-cı ildə minimum əməkhaqqının nə qədər olacağı gözlənilir?

1 101 102 103 104 105 106 107 2. 382
error: Content is protected !!