ƏMAS-da azyaşlıların işə qəbulu necə tənzimlənir?

posted in: Xəbər | 0

Əmək Məcəlləsinin 249-cu – “İşə qəbul zamanı yol verilən yaş həddi” adlı maddəsinin 1-ci hissəsində qeyd edilir ki, yaşı 15-dən az olan şəxslərin işə qəbuluna yol verilmir. Həmçinin, həmin Məcəllənin 46-cı maddəsinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Bəs Mərkəzləşdirilmiş elektron informasiya sistemi olan ƏMAS altsistemində yaşı 18-dən az olan şəxslərin işə qəbulu ilə bağlı hansı yanaşmalar tətbiq edilir? 

Suala iqtisadçı ekspert Anar Bayramov aydınlıq gətirir. 

İşəgötürən tərəfindən ƏMAS altsisteminə əmək müqaviləsinin imzalanması üçün 15 yaşdan aşağı şəxslə bağlı məlumatı (FİN-i) daxil etdikdə həmin şəxs üzrə məlumatlar əks olunsa da növbəti mərhələyə keçid zamanı “Əmək qanunvericiliyinə əsasən, 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanıla bilməz” – yazılı bildiriş çıxır.

Əmək Məcələsinin 46-ci maddəsinin 4-cü hissəsinə əsasən, 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Bu səbəbdən də işəgötürən tərəfindən ƏMAS altsistemində 15 yaşından 18 yaşınadək olan şəxslə əmək müqaviləsi bağladıqda, digərlərindən fərqli olaraq, yeni bölmə aktiv olur. ƏMAS altstemində açılan yeni bölmədə işə qəbul ediləcək şəxsin valideyninin və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxsin yazılı razılığını təsdiq edən sənədin yüklənməsi mütləq tələb kimi qeyd edilir.

ƏMAS altsistemində növbəti tələb isə 18 yaşdan aşağı şəxslərin əmək məzuniyyəti günlərinin qeyd edilməsi ilə bağlıdır. Əmək Məcəlləsinin 119-cu maddəsinə əsasən, yaşı 16-dan az olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az olmayaraq verilir. Dövlət qurumu tərəfindən son dövrlərdə ƏMAS altsisteminə edilmiş dəyişiklik nəticəsində həmin kateqoriyaya aid işçilər üzrə aşağı (21, 30 və s.) günlərin qeyd olunmasına məhdudiyyət tətbiq edilib.

Beləliklə, ƏMAS altsistemində bu kateqoriyadan olan şəxslərlə elektron sənəd formasında bağlanılan əmək müqavilələrində bu məhdudiyyətlər mövcuddur: 15 yaşdan aşağı olan şəxslərlə əmək müqaviləsi bağlanılmasına icazə verilmir; 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən mütləq olaraq valideynlərin və ya qəyyumun razılığı ərizəsi yüklənilməlidir; yaşı 16-dan az olan işçilərə 42 təqvim günü, 16 yaşından 18 yaşınadək işçilərə isə 35 təqvim günündən az müddətə məzuniyyət günlərinin qeyd edilməsi.

Mənbə: vergiler.az

Maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirilir

Maliyyə sektorunda informasiya təhlükəsizliyini gücləndirilir

posted in: Xəbər | 0

Azərbaycan Mərkəzi Bankı (AMB) Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) ilə maliyyə sektorunda informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair əməkdaşlığı gücləndirir.

Əməkdaşlıq çərçivəsində tərəflər sektor üzrə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətində koordinasiyalı fəaliyyətin təmin olunması, müvafiq tədbirlərin təşkil edilməsi, həmçinin insidentlər, kiberhücumlar və digər təhdidlər barədə qarşılıqlı məlumatlandırmanın həyata keçirilməsi istiqamətində birgə çalışacaqlar.

AMB-nin sədr müavini Vüsal Xəlilov əməkdaşlığın maliyyə sistemində kibertəhlükəsizliyin və dayanıqlılığın artırılmasına töhfə verəcəyini bildirib. O, həmçinin bu təşəbbüsün milli kibermühitin təhlükəsizliyinin gücləndirilməsi yolunda daha sıx əməkdaşlığa doğru mühüm addım olduğunu vurğulayıb.

ETX-nin rəisi Fərid Zeynalov bildirib ki, tərəfdaşlıq nəinki maliyyə sektorunda, ümumilikdə ölkənin kibertəhlükəsizlik infrastrukturunun möhkəmləndirilməsində mühüm rol oynayacaq. O bildirib ki, tərəflər arasında koordinasiyanın artırılması kibertəhlükəsizlik tədbirlərinin daha sistemli şəkildə icrasına imkan verəcək.

Əməkdaşlıq çərçivəsində həmçinin maliyyə sektoru iştirakçıları və geniş ictimaiyyət arasında kibertəhlükəsizlik biliklərinin artırılması məqsədilə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur.

Mənbə: report.az

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika davam edir

Sərnişindaşıma fəaliyyətindən əldə edilən dividentlər necə bölüşdürülür?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin tələblərinə görə, sərnişindaşıma fəaliyyəti sadələşdirilmiş verginin ödəyicilərinə aid olan əməliyyatlardır. Bəs həmin şəxslər vergi bəyannaməsi verməlidirlərmi? Bu zaman dividentlər necə bölüşdürülür və rəsmiləşdirilir? 

Mövzu ilə bağlı suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirir.

Vergi Məcəlləsinin 221.4.5.-ci maddəsinə əsasən, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarını həyata keçirən vergi ödəyiciləri, həmin Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər. Bundan əlavə, Vergi Məcəlləsinin 219.5-ci maddəsində göstərilib ki, sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

Maddədən də aydın olur ki, sadələşdirilmiş verginin ödəyiciləri ƏDV-nin, mənfəət vergisinin ödəyiciləri olmadığına baxmayaraq, təsisçilərə divident ödəyəndə ödəmə mənbəyində vergi tutulmasından azad edilməyiblər. Burada mikro sahibkarlar istisna təşkil edir.

Həmçinin, Vergi Məcəlləsinin 221.6-cı maddəsinin tələblərinə görə, bu Məcəllənin 218.4-cü maddəsində göstərilən şəxslər digər fəaliyyət növü üzrə əldə etdikləri gəlirlərin və xərclərin uçotunu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparırlar. Həmin şəxslərin bu fəaliyyət növləri üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə olunmuş mənfəətə (zərərə) aid edilmir. Odur ki, vergi ödəyiciləri bu fəaliyyət növü üzrə gəlirlərini və xərclərini ayrı-ayrılıqda aparmalıdırlar. Maddənin tələblərinə görə, həm sərnişindaşıma üzrə olan mənfəət, həm də digər fəaliyyətdən əldə edilmiş mənfəət (zərər) ayrılıqda uçota alınır və bir-biri ilə qarışdırılmır. Nəticə olaraq, hər bir fəaliyyət üzrə əldə edilmiş mənfəət və ya zərər ayrı-ayrılıqda bölüşdürülə bilər.

Vergi qanunvericiliyinə əsasən, vergi uçotunda sərnişindaşıma üzrə fəaliyyətdən mənfəət, digər fəaliyyətdən zərər olmuşdursa, sərnişindaşımadan yaranmış xalis mənfəəti bölüşdürmək olar. Ancaq mühasibat uçotu baxımından, bu, düzgün deyil. Çünki mühasibat uçotu baxımından ümumi fəaliyyətin nəticələrinə görə formalaşmış xalis mənfəət bölüşdürülür, yəni bütün fəaliyyətlərin cəmi nəzərə alınır. Ona görə də sahibkarlara tövsiyə olunur ki, əlavə sualların, uçot fərqlərinin yaranmaması üçün yaxşı olardı ki, təkcə sərnişindaşıma üzrə yox, ümumi fəaliyyətin nəticlərinə görə xalis mənfəət yaranarsa, divident ödənilsin.

Sərnişindaşıma üzrə fəaliyətdən gələn gəlirlər və ya xərclər mənfəət vergisi bəyannaməsində nəzərə alınmır. Ancaq bu fəaliyyətdən əldə edilən xalis mənfəət və ya zərər Əlavə 1-də göstərilir.

Misal

Tutaq ki, MMC-nin əsas fəaliyyətindən 2024-cü ildə 100.000 manat zərəri fomalaşıb, sərnişindaşımadan isə 50.000 manat xalis mənfəəti yaranıb.

Şirkət 50.000 manatı divident kimi təsisçilərə ödəmək qərarına gəlib. Bu zaman 5.000 manat (50.000 x 5% = 5.000 manat) divident vergisini tutub büdcəyə ödəməlidir. Nəticədə vergini ödəyəcəyi rübün ödəmə mənbəyində vergi bəyannaməsində qeyd edəcək.

Mənfəət vergisi bəyannaməsi Əlavə 1-də 50.000 manat sərnişindaşımadan yaranmış xalis mənfəət “daxil olan” sütununda yazılmalıdır. Divident kimi ödənilən 50.000 manat da həmin sətrin “silinmişdir” sütununda qeyd olunacaq. 100.000 manat zərər isə aktivlərdə “digər aktivlər” hissəsində yazılacaq.

Nəticə olaraq, yenə də ilin sonuna qalıqda xalis mənfəət 0,00 olacaq. Adətən, belə halda vergi orqanlarından kameral yoxlamalar zamanı uyğunsuzluq gəlmir. Çünki 50.000 manat divident ödəmə mənbəyində vergi hesabatında yazılıb və ödənilib. Uyğunsuzluq gəldiyi halda, açıqlama verilərək aradan qalxmış olur.

Əgər hər iki fəaliyyətdən zərər olubsa, (50.000 manat zərər sərnişindaşımadan və 100.000 manat əsas fəaliyyətdən), hər iki cəmlənmiş zərər Əlavə 1-də digər aktivlərdə yazılacaq.

Mənbə: vergiler.az

Şirkət yaradarkən diqqət edilməli 3 MƏQAM

Bankların cəmi aktivləri 56 milyard manatı ötüb

posted in: Xəbər | 0

Bu ilin 30 sentyabr tarixinə ölkədə fəaliyyətdə olan bankların cəmi aktivləri 56 138,0 milyon manat, cəmi öhdəlikləri 48 967,8 milyon manat, balans kapitalı isə 7 170,2 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, sentyabr ayında bankların cəmi aktivləri və cəmi öhdəlikləri 0,8 faiz, balans kapitalı isə 1,3 faiz artıb.

Ümumilikdə bu ilin yanvar-sentyabr aylarında banklar 910,7 milyon manat xalis mənfəət, 1 373,2 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu dövrdə banklar tərəfindən 214,5 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

Mənbə: vergiler.az

Ölkədaxili nağdsız əməliyyatların həcmində müsbət dinamika davam edir

1 100 101 102 103 104 105 106 2. 382