Kapital Bank “Mashreq Bank”la tarixi sazişə imza atdı

posted in: Xəbər | 0

Ölkənin ən böyük maliyyə institutlarından biri olan Kapital Bank beynəlxalq maliyyə bazarında yeni bir zirvəni fəth edərək, öz tarixində ilk sindikatlaşdırılmış kredit sazişini uğurla imzaladı. Körfəz regionunun aparıcı bankı olan “Mashreq Bank”ın təşkilatçılığı ilə həyata keçirilən bu tarixi saziş mərasimi 11 noyabr 2025-ci il tarixində Dubay şəhərində hər iki bankın rəhbərləri tərəfindən rəsmiləşdirildi. Əməkdaşlıq çərçivəsində Kapital Bank-a 50 milyon ABŞ dolları həcmində sindikatlaşdırılmış kredit vəsaitinin cəlbi nəzərdə tutulur.

Qeyd edək ki, bu əməkdaşlığın əsası ötən aylarda Körfəz regionunda aparılan məqsədyönlü təqdimatlar zamanı qoyulub. Belə ki, Kapital Bank-ın Baş Maliyyə İnzibatçısı və İdarə Heyətinin üzvü Emin Məmmədovun rəhbərliyi ilə bankın nümayəndə heyətinin Doha və Dubay səfəri çərçivəsində regionun əsas maliyyə institutlarına bankın güclü maliyyə göstəriciləri, dayanıqlı inkişaf strategiyası və gələcək investisiya planları təqdim edilib. Məhz bu təqdimatların uğurlu davamı olaraq imzalanan saziş, Kapital Bank-ın beynəlxalq maliyyə bazarında etibarlı və sabit tərəfdaş statusunu daha da möhkəmləndirib.

Tədbirdən dərhal sonra öz sosial media kanalında paylaşım edən Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov bu əməkdaşlığı yüksək qiymətləndirib. “Bu əməkdaşlıq bankımızın maliyyə dayanıqlılığını artırmaqla yanaşı, həm də Azərbaycanın maliyyə sektoru üçün yeni beynəlxalq imkanlar yaradır. Bir ekosisteminin əsas hissəsi olaraq gələcək hədəfimiz beynəlxalq tərəfdaşlıqları keyfiyyətcə yeni səviyyəyə qaldırmaqdır. Biz bu resursları ölkəmizin rəqəmsal transformasiya prosesini gücləndirməyə və uzunmüddətli dayanıqlı iqtisadi inkişafı təmin edən layihələrə yönəldərək ölkə iqtisadiyyatına dəyər qatmağa davam edəcəyik”.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – https://kbl.az/prcrc.

Nazir müavini: Büdcə zərfində vergi yükü optimallaşdırılıb

posted in: Xəbər | 0

Büdcə zərfində iqtisadiyyatın inkişafı, neft gəlirlərindən asılılığın azaldılması, özəl sektorun dəstəklənməsi, vergi yükünün optimallaşdırılması və valyuta ehtiyatlarının qorunması istiqamətləri öz əksini tapıb.

Bunu Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2026-cı il büdcə zərfinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.

Nazir müavini deyib ki, büdcə siyasətində sosialyönümlülük prinsipinin qorunmasına, insan resurslarının, o cümlədən gənclərin inkişafı və ictimai təşəbbüslərin dəstəklənməsinə xüsusi diqqət göstərilir: “Məqsəd iqtisadi artımın hər bir vətəndaşın həyatına daha çox müsbət təsir göstərməsi, investisiyaların real sektorda yeni imkanlar yaratması və cəmiyyətin ümumi inkişafına töhfə verməsidir. Bu baxımdan büdcə layihəsi önəmli iqtisadi sənəd hesab olunur. 2026-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsinin gəlirlərinin 57 faizi qeyri-neft-qaz sektorunun payına düşür. Növbəti ildə qeyri neft-qaz ÜDM-in 5 faiz artacağı proqnozaşdırılır”.

Mənbə: apa.az

Çoxsahəli sahibkara vergi güzəşti tətbiq olunurmu?

Birbank-dan onlayn nağd kredit alan hər 100-cü müştəriyə 100 bonus hədiyyə

posted in: Xəbər | 0

Birbank-ın onlayn nağd pul krediti ilə hədəfləriniz və arzularınız indi daha əlçatandır. Əgər siz də məqsədinizə çatmaq üçün kredit götürmək istəyirsinizsə xəbəriniz olsun ki, Birbank sizin üçün yeni kampaniyaya start verir. Belə ki, indi bankdan onlayn nağd kredit götürən hər 100-cü müştəri 100 bonus qazanır.

“Hər 100-cü müştəriyə 100 bonus hədiyyə” kampaniyası 30 dekabr 2025-ci il tarixinədək davam edəcək. Kampaniya çərçivəsində kapitalbank.az, birbank.az, birbank və m10 tətbiqlərindən 10.9%-dən başlayan şərtlərlə onlayn nağd kredit əldə edən hər 100-cü müştəri 100 bonus hədiyyə qazanır. Qalib müştərilərə verilən bonusların köçürülməsi kreditin rəsmiləşmə tarixindən etibarən 5 iş günü ərzində icra edilir.

Ətraflı: https://b-b.az/kpye

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Çoxsahəli sahibkara vergi güzəşti tətbiq olunurmu?

Çoxsahəli sahibkara vergi güzəşti tətbiq olunurmu?

posted in: Xəbər | 0

Fərdi sahibkar 2024-cü ildə mikro sahibkarlıq subyekti kimi muzdlu işçi cəlb etmədən təmir-tikinti fəaliyyəti ilə məşğuldur və muzdlu işçisi olmadığı üçün 2024-cü ildə gəlir vergisi üzrə 75 faiz güzəşt hüququndan istifadə edə bilməyib. 2025-ci ildə isə o, həmin sahə ilə yanaşı, layihə-dizayn fəaliyyəti də göstərməyə başlayıb. Sahibkarın 2025-ci ildə təmir-tikinti fəaliyyəti üzrə gəlirləri 30.000 manat, layihə-dizayn fəaliyyəti üzrə isə 40.000 manat təşkil edib. 2025-ci ildən 75 faiz güzəştlə bağlı Vergi Məcəlləsində edilmiş dəyişikliklər nəzərə alınmaqla, sözügedən fərdi sahibkara vergi güzəşti tətbiq olunacaqmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30-1-ci maddədə nəzərdə tutulan vergi güzəşti yalnız bu maddədə sadalanan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərə tətbiq edilir.

Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə əlavə edilmiş 102.9-cu maddəyə əsasən, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın. Buna əsasən, həm layihə-dizayn, həm də təmir-tikinti fəaliyyəti göstərən fiziki şəxsin layihə-dizayn fəaliyyətindən əldə etdiyi gəlirlərin 40.000 manatadək olduğu və bu gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisinin 50 faizdən çox olduğunu nəzərə alaraq (40.000/70.000*100=57%), həmin şəxsin hər iki fəaliyyətindən əldə olunan ümumi gəlirlərinə münasibətdə 75 faiz gəlir vergisindən azadolma tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 102.1.30-1-ci və 102.9-cu maddələri

Mənbə: vergiler.az

Hesablama Palatasının sədr müavini: “Gələn ildən vergi elastikliyi artacaq”

1 92 93 94 95 96 97 98 2. 382