Xarici şirkət Azərbaycan şirkətinə həmtəsisçi olmaq üçün nə etməlidir?

posted in: Xəbər | 0

nağd qaydada alına bilən mallar, vergi qeydiyyatı , ixrac qeydi , bank hesabı , elektron ticarət , maliyyə lizinqi , kriptovalyuta əməliyyatları , ƏDV məbləği . vergi öhdəliyi , vergiyə cəlb , mtəəsiz və riskli əməliyyatlar, MMC-nin təşkilati-hüquqi forması, müştərək investisiya , ƏDV qeydiyyatı , təsərrüfat əqdləri , yay təcrübə proqramı , maddi yardımlar , ödənilmiş aksizlər , xarab olan mallar , vergiyə cəlb , ipoteka predmeti , əmlak vergisi , sabit qəbz , kasa çeki , vergiyə cəlb , mənzili satarkən vergi , vergi tutulması , xammal və material sərfi, Yay Təcrübə Proqramı , DVX , Kommunikasiya strategiyası , yardım , vergiyə cəlb , xaricdə müalicə , gəlirdən çıxılma , yanacaq xərcləri , yanacaq xərci , vergi öhdəliyi , vergi öhdəlikləri , ekspeditor şirkətləri , gəlir vergisi , Torpaq vergisi bəyannaməsi, Əlavə dəyər vergisinin bəyannaməsi, Aksiz vergisi bəyannaməsi, Gəlir vergisi bəyannaməsi, Mənfəət vergisi bəyannaməsi, debitor və kreditor borcları , Dövlət Vergi Xidməti , obyekt sahibləri , vergiyə cəlb , xarici nəzarət , vergi borcu , İkiqat vergitutma , Gəlirlərin və xərclərin uçotu . hesablama metodu . onlayn növbə, xərc normaları, ƏDV-nin məqsədləri, ƏDV, vergi güzəştləri, vergi güzəşti, Xeyli miqdar, külli miqdar, xüsusilə külli miqdar, büdcə yükü, Dövlət Vergi Xidməti, əmlakın siyahıya alınması, Sadələşdirilmiş vergi bəyannaməsi, Sadələşdirilmiş vergi, məsuliyyətə cəlb hüquq pozuntusuXarici şirkətin Azərbaycan şirkətinə həmtəsisçi olması üçün hansı sənədlər tələb olunur və qeydiyyat şərtləri necədir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən sənədlər – qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və digər sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti (leqallaşdırılmaqla (xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən sənədlər, o cümlədən 1961-ci il tarixli Haaqa Konvensiyası nəzərə alınaraq) ərizəyə əlavə olunmalıdır.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Bir pəncərə” bölməsinin “Lazımi sənədlər” altbölməsindən, kommersiya hüquqi şəxsin məlumat dəyişikliyi üçün lazımi sənədlərin siyahısını isə “Xidmətlər” bölməsinin “Vahid standartlar” altbölməsindən əldə edə bilərsiniz.

Mənbə: vergiler.az


Mənfəət vergisi bəyannaməsinin tərtibi ilə bağlı mühüm yenilik


Mənfəət vergisi bəyannaməsinin tərtibi ilə bağlı mühüm yenilik

posted in: Xəbər | 0

torpaq vergisi , kompensasiya , Maliyyə analitiki, Vakansiya, İnsan resursları, əməkhaqqı üzrə KöməkçiMənfəət vergisi bəyannaməsinin tərtibi və təqdim edilməsi ilə bağlı Bəyannamə Tərtibatı Proqramında mühüm təklimlləşdirmələr aparılıb. Mövzunu “Good Finance” MMC-nin vergi məsləhətçisi Teymur İslamlı şərh edir.

Vergi Məcəlləsinin 72.4-1-ci maddəsinə əsasən, Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallarda vergilərin dəqiqləşdirilməsi qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır. Hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir.

Vergi Məcəlləsinə bu ildən əlavə edilən 72.4-1-ci maddəsi ilə 163-cü maddədə nəzərdə tutulmuş halların bəyannamədə əks etdirilməsi ümumi norma kimi tanınıb. Yəni, əməliyyat tam və ya qismən ləğv edildikdə, mallar geri qaytarıldıqda, əməliyyatın xarakteri dəyişdikdə, qiymətlərin aşağı düşməsi ilə əlaqədar razılaşdırılmış kompensasiya dəyişdikdə və s. bu kimi əsaslar yarandıqda həmin dəyişikliyin baş verdiyi hesabat dövründə nəzərə alınmalıdır. Bu məsələ ƏDV-yə münasibətdə indiyədək də qeyd olunan qaydada tənzimlənirdisə, mənfəət (gəlir) vergisi ilə bağlı müəyyən boşluqlar var idi. Məcəlləyə edilmiş dəyişikliklə 163-cü maddənin tələbləri mənfəət (gəlir) vergisinə də şamil olundu

Məcəlləyə edilmiş dəyişikliyin bəyannamə formasında əks etdirilməsi Dövlət Vergi Xidmətinin 23 fevral 2022-ci tarixli Əmri ilə təsdiq edilsə də, indiyədək Bəyannamə Tərtibatı Proqramına (BTP) müvafiq sətirlər işlənməmişdi. BTP-nin sonuncu 4.3.4-cü versiyasında isə yeni sətirlər əks olunub. Belə ki, mənfəət vergisi bəyannaməsinin 219.6-cı kodlu “Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan gəlir” və 235.3 kodlu “Dəqiqləşdirilən əməliyyatlar hesabına azaldılan xərc” sətirləri yeni versiyada mövcuddur.



Misal: “AA” MMC tərəfindən 2021-ci ildə 1.500 manatlıq mal təqdim edilib. Həmin ilin mənfəət vergisi bəyannaməsində 1.500 manat gəlir kimi tanınıb, eyni zamanda malın dəyəri 900 manat göstərilib. 2022-ci ildə “AA” MMC-nin təqdim etdiyi 500 manatlıq (satış qiyməti ilə) mallar geri qaytarılıb. Bu əməliyyata görə vergi ödəyicisinin 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsinə dəqiqləşmə verilməməlidir. 2022-ci il üzrə mənfəət vergisi bəyannaməsi tərtib edilərkən 219.6-cı sətirdə 500 manat, 235.3-cü sətirdə isə 300 manat yazılmaqla nəzərə alınmalıdır.

Dəqiqləşmə üzrə artırılan gəlir və xərclərin isə ayrıca sətirdə qeyd edilməsinə ehtiyac yoxdur, bunlar müvafiq sətirlərdə əks etdirilə bilər.

Məsələnin qanunvericilikdə bu cür qoyulması həm də vergidən yayınma sxemlərinin və sui-istifadə hallarının qarşısını alır. Belə ki, bəzi vergi ödəyiciləri mənfəət vergisi məbləğinin “şişməsinin” qarşısını almağa əvvəlki ildə təqdim edilmiş elektron qaimə-fakturaları ləğv etməklə nail olurdularsa, artıq bunu birbaşa etmək mümkün olmayacaq.

Eyni zamanda, həm qanunvericilik, həm də texniki baxımdan məsələnin bu formada qoyuluşunu müsbət və mütərəqqi addım kimi qiymətləndirmək lazımdır. Ən azından ona görə ki, dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim etmək heç də həmişə mühasiblərin ürəyincə olmur.

Mənbə: vergiler.az


Müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına hansı vergi güzəşti olunur?


Müharibədə həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına hansı vergi güzəşti olunur?

posted in: Xəbər | 0

Vakansiya , Mühasib , aksiz vergisi , sığorta ödəmələri məzuniyyət haqqıAtam 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olub. Müharibə iştirakçılarının övladlarına vergi güzəşti olunduğunu biləndən sonra müvafiq sənədləri hazırlayıb iş yerimə təqdim etmişəm. Əvvəlki üç ildə əməkhaqqımdan tutulmuş verginin qaytarılması mümkündürmü?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə edilmiş və 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən əsas iş yerinə təqdim edilməli olan müvafiq güzəşt hüququnu təsdiq edən sənədlərin siyahısı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş müharibə iştirakçısı olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.


Vergi ödəyiciləri tərəfindən hansı mallar nağd qaydada alına bilər?


Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Göründüyü kimi, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi üzrə vergi güzəştləri 1 yanvar 2019-cu il tarixdən tətbiq edildiyindən və həmin güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yarandığından sorğuda göstərilən dövrlər üzrə güzəşt məbləğinin tətbiqi və vergitutulan məbləğin bərpası qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Mənbə: vergiler.az


Vergi ödəyicisi fəaliyyət növünü dəyişdirməklə bağlı nə etməlidir?


1 509 510 511 512 513 514 515 2. 401