Daha çox8
Daha çox8

Kino Agentliyi 3 illik auditor seçir

posted in: Xəbər | 0

Mədəniyyət Nazirliyi yanında Kino Agentliyi 2023-2025-ci illər üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 99 manatdır.

İddiaçılar təkliflərini martın 18-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 84 ünvanına təqdim edə bilərlər.

Təkliflərə martın 18-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: vergiler.az

Mikro sahibkar üçün 75% vergi güzəştinin tətbiq olunmadığı hallar

Mikro sahibkar üçün 75% vergi güzəştinin tətbiq olunmadığı hallar

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə 2026-cı ildən əlavə edilmiş 155.1-1-ci maddədə qeyd edilir ki, həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Tutaq ki, vergi ödəyicisinin ümumi dövriyyəsi 250.000 manat olub. Bunun 120.000 manatlıq hissəsi POS-terminal vasitəsilə ödənişlərdən formalaşarsa, 155.1-1-ci maddənin müddəalarına əsasən, ƏDV qeydiyyatına düşmür. Bəs bu halda mənfəət vergisi üçün mikro sahibkar hesab olunaraq 75 faizlik vergi güzəştindən yararlana bilərmi, yoxsa mənfəət vergisi 20 faiz dərəcə ilə hesablanmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 155.1-1-ci maddəsinə əsasən, vergi ödəyicisinin ƏDV məqsəqləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyini müəyyənləşdirərkən, onun pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Sorğuya cavab olaraq bildirilib ki, Vergi Məcəlləsinin 155.1-1-ci maddəsi yalnız ƏDV qeydiyyatı öhdəliyinin yaranıb-yaranmamasını müəyyən etmək üçün istifadə olunur. Bu səbəbdən, illik gəliriniz 200.000 manatı keçdiyi üçün mənfəət vergisi bəyannaməsini təqdim edərkən əldə olunan mənfəət 20 faiz dərəcə ilə vergiyə cəlb olunacaq.

Əsas: Vergi Məcəlləsinin 105.1, 155.1-1-ci maddələri

Mənbə: vergiler.az

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir?

posted in: Xəbər | 0

İşçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslər kimlərdir? Bu suala Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti aydınlıq gətirib.

Məlumata əsasən, ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda, aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verilir:

  • Şəhid ailəsinin üzvlərinə;
  • Müharibə iştirakçılarına;
  • Əsgər və zabitlərin arvadına (ərinə);
  • Öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara;
  • Məcburi köçkün, onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə;
  • Kollektiv və ya əmək müqaviləsində nəzərdə tutulan digər şəxslərə.

Mənbə: vergiler.az

İcarə gəlirlərinin vergiyə cəlb olunma qaydası

İcarə gəlirlərinin vergiyə cəlb olunma qaydası

posted in: Xəbər | 0

2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər icarə sahəsinə də təsir edib. “Business Service Center” MMC-nin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Abdulla Əfəndiyev bu sektorla bağlı yenilikləri şərh edib.

Yeni dəyişikliklərdə Vergi Məcəlləsinin 124.1-ci maddəsinə “kirayə” termini əlavə olunmaqla icarə və kirayə haqları arasında fərqlər öz əksini tapıb. Belə ki, icarədən əldə edilmiş gəlirlər ödəmə mənbəyində 14% dərəcə ilə vergiyə cəlb olunsa da, kirayə gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə verginin tutulmasına qərar verilib. Əgər fiziki şəxs öz yaşayış sahəsini (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşmə vasitələri istisna olmaqla) başqa bir fiziki şəxsə kirayəyə verərsə, ondan əldə etdiyi gəlirdən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulacaq. Kirayə haqqını ödəyən fiziki şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda kirayəyə verən özü, yaxud onun vergi agenti vergini ödəməli, vergi uçotuna alınıb bəyannaməni təqdim etməlidir.

Misal 1

Vətəndaş Məmmədov Anar Qurban oğlu (adlar şərtidir) Nəsimi rayonunda yerləşən ona məxsus mənzilini tələbə Həsənova Sevinc Əli qızına 450 manata kirayəyə verib. Kirayəçi vergi ödəyicisi olmadığından, ödəmə mənbəyində kirayə haqqından vergi tutulmur. Bu zaman kirayəyə verən aylıq 45 manat (450 x 10% = 45 manat) və illik 540 manat (45 x 12 = 540 manat) olmaqla gəlir vergisini hesablayıb ödəməli, növbəti ilin 31 mart tarixindən gec olmadan isə bəyannaməni vergi orqanına təqdim etməlidir.

Vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs vergi orqanında uçotda olmayan şəxsə icarə haqqı ödəyirsə, bu zaman icarəyə verən, yaxud onun vergi agenti 14% dərəcə ilə vergini ödəməli, vergi uçotuna alınıb bəyannamə verməlidir.

Misal 2

Əgər vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs özünə məxsus qeyri-yaşayış sahəsini vergi uçotunda olmayan digər fiziki şəxsə 600 manata icarəyə verirsə, bu zaman ödəmə mənbəyində icarə haqqından vergi tutulmayacaq. Belə ki, qeyri-yaşayış sahəsini icarə verən şəxs vergi uçotuna alınaraq əldə etdiyi gəlirdən aylıq 84 manat (600 x 14% = 84), illik 1.008 manat (7.200 x 14% = 1.008) olmaqla gəlir vergisi hesablayıb ödəməli və gəlir vergisi bəyannaməsini təqdim etməlidir.

Vergi Məcəlləsinin 124.2-ci maddəsinə müvafiq olaraq, icarə, yaxud kirayə haqlarından gəlir əldə edən fiziki şəxslərdən ödəmə mənbəyində vergi tutulubsa, həmin gəlir bir daha vergiyə cəlb olunmur.

Misal 3

VÖEN-i olmayan fiziki şəxs özünə məxsus 200 kvadratmetr sahəsi olan anbarı (qeyri-yaşayış obyekti) fərdi sahibkar Nəcəfov Elman Qasım oğluna aylıq 700 manat ödəniş qarşılığında icarəyə verib. Bu zaman fərdi sahibkar ödəmə mənbəyində 98 manat (700 x 14% = 98 manat) vergi məbləğini tutmaqla qalan 602 manat vəsaiti fiziki şəxsə ödəyəcək. Fiziki şəxsin bu əməliyyatdan əldə etdiyi gəlir (602 manat) heç bir vergiyə cəlb edilmir.

Mənbə: vergiler.az

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

1 30 31 32 33 34 35 36 2. 382
error: Content is protected !!