Daha çox8
Daha çox8

Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib

posted in: Xəbər | 0

Azərbaycan Respublikası Maliyyə Nazirliyi büdcə proseslərində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi, şəffaflığın və operativliyin artırılması, vahid informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə “e-budget.maliyye.gov.az” (Elektron Büdcə Bələdçisi) portalını istifadəyə verib.

Yeni portal dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən institusional və rəqəmsal islahatların tərkib hissəsi olmaqla, dövlət və icmal büdcələrə dair məlumatların mərkəzləşdirilmiş şəkildə toplanmasını və idarə olunmasını təmin edir.

Elektron Büdcə Bələdçisi vasitəsilə budcə siyasətinin prinsipləri, büdcə prosesi, qanunvericilik, icmal və dövlət büdcələrinin proqnoz göstəriciləri, gəlir və xərcləri, dövlət büdcəsinin funksional və iqtisadi təsnifatlar üzrə xərcləri, büdcə proqramları və digər əsas maliyyə göstəriciləri, eləcə də dövlət borcu və borcun idarə edilməsi ilə bağlı xərclər strukturlaşdırılmış və anlaşılan formada təqdim olunur. Sistemə inteqrasiya olunmuş analitik və vizual alətlər büdcə göstəricilərinin izlənilməsinə, müqayisəli təhlillərin aparılmasına və məlumatların qrafik formada təqdim edilməsinə imkan yaradır.

Beynəlxalq fiskal diaqnostika alətlərinin, xüsusilə də Açıq Büdcə Sorğusunun metodologiyasına və tələblərinə uyğun olaraq hazırlanan portal büdcə məlumatlarına çıxış imkanlarının genişləndirilməsi, büdcə şəffaflığının və hesabatlılığının artırılması istiqamətində Maliyyə Nazirliyi tərəfindən son dövrlərdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Bu təşəbbüs eyni zamanda, Azərbaycan Respublikasında rəqəmsal dövlət maliyyəsi modelinin formalaşdırılmasına və qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə yönəlmiş mühüm addımdır.

Mənbə: vergiler.az

İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?

İxtisara düşən işçiyə ödənilən müavinətdən vergi tutulurmu?

posted in: Xəbər | 0

25 il işlədikdən sonra ixtisara düşmüşəm. İş yerindən bildirilib ki, mənə müəyyən miqdarda birdəfəlik ödəniş veriləcək. Bilmək istərdim ki, bu ödənişlərdən hansısa vergi tutulurmu?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işçilərin sayı və ya ştatlar ixtisar olunduqda əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən, əmək stajından asılı olaraq, aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:

– İşçinin əmək stajı bir ilədək olduqda – azı iki təqvim həftəsi;

– Bir ildən beş ilədək olduqda – azı dörd təqvim həftəsi;

– Beş ildən on ilədək olduqda – azı altı təqvim həftəsi;

– On ildən çox olduqda – azı doqquz təqvim həftəsi.

Əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun müəyyən edilmiş əmək stajından asılı olaraq, aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir.

– 1 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında;

– 1 ildən 5 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1.4 misli miqdarında;

– 5 ildən 10 ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;

– 10 ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsinin 102.1.14-cü maddəsinə əsasən, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə, işçilərə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.

Mənbə: vergiler.az

Nağdsız ödənişlərdə artım davam edir

Nağdsız ödənişlərdə artım davam edir

posted in: Xəbər | 0

Bu ilin yanvar ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı 2025-ci ilin dekabr ayına nəzərən 176 min ədəd artaraq 22,156 milyon ədəd təşkil edib.

Azərbaycan Mərkəzi Bankının hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 11 faiz artıb. Ödəniş kartlarında debet kartlarının sayı 13,3 faiz artıb, kredit kartlarının sayı isə 7,6 faiz azalıb. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, yanvar ayı ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 faiz artıb.

2026-cı ilin yanvar ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,687 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,600 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 1,085 milyon manatı POS-terminallar, 3 milyon manatı isə özünəxidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. Yanvar ayı üzrə ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 70,6 faizini təşkil edib.

Mənbə: vergiler.az

Hamiləliyə və doğuşa görə məzuniyyət uzadılır

Ölən işçiyə görə ödənişdən vergi tutulurmu?

posted in: Xəbər | 0

İşçi vəfat etdiyi zaman ona ödənilməmiş əməkhaqqı, məzuniyyət və mükafat qalıb. Bu ödənişlər vəfat edənin vərəsələrinə ödənilərkən vergi və icbari sosial tutulmalar (tibbi, işsizlik, MDSS) olmalıdırmı?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Əmək Məcəlləsinin 77-ci maddəsinin 7-ci bəndinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı üç misli miqdarında müavinət ödənilir.

Vergi Məcəlləsinin 102-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinə görə, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq qaydada ödənilən təminatlar gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqından azaddır.

Onu da qeyd edək ki, vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduğu halda, dəfn üçün müavinətin biri – məbləğcə daha böyüyü ödənilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi, “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Tibbi sığorta haqqında” Qanunlar

Mənbə: vergiler.az

Hamiləliyə və doğuşa görə məzuniyyət uzadılır

1 31 32 33 34 35 36 37 2. 382
error: Content is protected !!