Daha çox8
Daha çox8

Vergi Məcəlləsində dəyişiklik edilib

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti 3 ildən 5 ilə kimi artırılıb.

Qeyd edək ki, bu dəyişikliyədək elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilmişdi.

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

Bir depozit, bir ağac: Birbank-la yaşıl dünyaya öz töhfəni ver

posted in: Xəbər | 0

Ölkənin ilk rəqəmsal bankı Birbank Yaşıl dünya naminə həmrəylik ilində “Yaşıl depozit” kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində oktyabr ayının sonunadək Birbank tətbiqində depozit yerləşdirən hər kəs qazanc əldə etməklə yanaşı, təbiətə də töhfə vermiş olacaq.

Belə ki, rəqəmsal depoziti seçən 18 yaşına çatan hər bir müştərinin adına bir ağac əkiləcək. Bundan əlavə həmin müştərilərə bu xoş addım üçün elektron sertifikat təqdim ediləcək. Layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Naziliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Kampaniyanın həyata keçirilməsində məqsəd təbiəti qorumaq və yaşıl dünya naminə yeni başlanğıclara imza atmaqdır. “Yaşıl depozit”i seçən müştərilər həm rəqəmsal bankçılığın üstünlüklərindən faydalana, həm də gələcək nəsillərə daha yaşıl dünya miras qoya bilərlər.

Xatırladaq ki, kamaniyaya qoşulmaq üçün depozit faizlərini müddətin sonunda almaq şərti ilə ən azı 500 manat olmaqla 6, 12 və 18 aylıq müddətdə depozit yerləşdirmək kifayətdir. Kampaniya 31 oktyabr tarixinədək keçərlidir.

Ətraflı məlumat üçün: https://b-b.az/ydd

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

Kimlərə əmlak vergisindən güzəştlər tətbiq edilir?

Bilik yarışında qazanılan mükafat vergiyə cəlb olunurmu?

posted in: Xəbər | 0

Mən ölkədaxili bilik yarışından pul şəklində (nağd) mükafat qazanmışam. Ancaq həmin məbləğə görə hansı vergiləri ödəyəcəyimi bilmirəm. Bu mükafat neçə faiz vergiyə cəlb olunur? Ödəmə mənbəyində vergi ödənilməlidirsə, bu vergi kimdən və necə tutulur?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 101.5-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən (Azərbaycan Respublikasının hüdudlarından kənarda təşkil edilən mərc oyunlarından, lotereyalardan, yarışlardan və müsabiqələrdən əldə edilən nağd pul vəsaiti istisna olmaqla) 10 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 102.1.15-ci maddəsinə əsasən, yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri, beynəlxalq yarışlarda (idman yarışları istisna olmaqla) və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri 4000 manatadək, respublika, regional, şəhər və rayon yarışlarında (idman yarışları istisna olmaqla) və müsabiqələrində isə 200 manatadək gəlir vergisindən azaddır.

Vergi Məcəlləsinin 150.1.11-ci maddəsinə əsasən, idman mərc oyunlarından, lotereyalardan, digər yarışlardan və müsabiqələrdən gəlir (mükafat) rezident hüquqi şəxs və fərdi sahibkarlar tərəfindən ödənildiyi halda ödəməni həyata keçirən şəxslər, həmin gəlirlər Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident şəxslər tərəfindən ödənildikdə, bu gəliri əldə edən şəxsin bank və digər ödəniş hesabının olduğu yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının Azərbaycan Respublikasındakı filialı tərəfindən ödəmə mənbəyində vergi tutulmalıdır.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci, 150-ci maddələri.

Mənbə: vergiler.az

Bir neçə fəaliyyətlə məşğul olan fiziki şəxslərin icarədən gəlirləri hansı qaydada vergiyə cəlb olunur?

Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib

posted in: Xəbər | 0

maliyyə nəticələriÖlkənin birinci bankı Kapital Bank-ın aktivləri 1 oktyabr 2024-cü il tarixinə 10.3 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5.1 milyard manat olub.

1 oktyabr 2024-cü il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8  milyard  manat təşkil edib. Bankın 1 oktyabr 2024-cü il tarixinə tutulmalardan sonra məcmu kapitalı 938 milyon manat, adi və imtiyazlı səhmlər isə 265 milyon manatdır. Bankın xalis mənfəəti 166 milyon manat olub.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Kimlərə əmlak vergisindən güzəştlər tətbiq edilir?

1 261 262 263 264 265 266 267 2. 396
error: Content is protected !!