Kənd təsərrüfatına yararlı pay torpağı olan şəxslər vergi orqanına hesabat verməlidirmi?

posted in: Xəbər | 0

Mənim pay torpağım var və sosial yardım alıram. Özüm fərdi təsərrüfatlarda fəhlə kimi çalışıram. Vergi orqanından rüb üzrə vahid hesabat təqdim etməyimi istəyirlər. Bu bizə aiddirmi? Yaxud, hər ay vergini ödəyib qəbz əldə etməyim kifayətdirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 203-cü maddəsinə əsasən, bütün torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində torpaq vergisinə cəlb edilir. Bunun üçün rezident və qeyri-rezident fiziki şəxslər, habelə müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

Nəzərinizə çatdırırıq ki, “Sosial Sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır:

– 5 hektaradək olduqda – 2 faiz miqdarında;

– 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında;

– 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin sosial sığorta haqqı “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” alınarkən ödənilir və bu fəaliyyət üzrə bəyannamələrin (hesabatların) təqdim edilməsi tələb olunmur.

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əlavə olaraq bildirilib ki, sorğuda qeyd olunan fəaliyyət (fəhlə xidməti) sahibkarlıq fəaliyyəti hesab olunur. Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

“Fiziki şəxsin uçotu haqqında Ərizə”ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaq.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Vergi Məcəlləsinin 102.1.30-cu maddəsinə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fiziki şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizinə güzəşt tətbiq edilir.

Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Sorğuya cavab olaraq bildirilib ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı halda Vergi Məcəlləsinin 102.1.30-cu maddənin tətbiqi baxımından orta aylıq muzdlu işçi sayı faktiki fəaliyyət göstərilən dövrə uyğun müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi səhifəsində “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 97-ci, 101-ci, 102-ci və 220-ci maddələri.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 97-ci, 101-ci, 102-ci maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” və “Sosial sığorta haqqında”Azərbaycan Respublikasının 250-IQ saylı Qanunu.

Mənbə: vergiler.az

Hüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi”ni rüblər üzrə təqdim edə bilərlərmi?

Nağdsız ödənişlərin qəbulu mütləq POS-terminallar vasitəsilə həyata keçirilməlidir

posted in: Xəbər | 0

Biznes mühitində innovasiyaların inkişafı, yeni maliyyə alətlərinin yaradılması və ödəniş sistemlərinin müasirləşməsi iqtisadiyyatda əhəmiyyətli dinamika yaradıb. Bu təkmilləşdirmələr yeni biznes modellərinin formalaşmasını təmin edib. Müasir dövrün tələblərindən biri də nağdsız ödənişlərdir və demək olar ki, bütün satış subyektləri belə ödənişlərin aparılması üçün zəruri mexanizmə malikdirlər.

Vaxta qənaət, təhlükəsizlik və əlavə gəlir

Nağdsız ödənişlər tətbiq edildiyi vaxtdan etibarən sürətlə yayılmağa başladı. Bunun səbəbi isə nağdsız ödənişlərin üstün tərəfləridir. İlk növbədə belə ödənişləri etmək rahatdır. Kredit və debet kartları, mobil ödənişlər və rəqəmsal pul kisələri kimi nağdsız üsullar tez və asan əməliyyatlar aparmağa imkan verir.

Rəqəmsal ödənişlər nağd pulun daşınması ilə bağlı oğurluq riskini də azaldır. Bir çox nağdsız üsullara şifrələmə və fırıldaqçılıqdan qorunma daxildir.

Nağdsız ödənişlər rəqəmsal qeydlər vasitəsilə xərclərin daha yaxşı izlənilməsini təmin edərək, fərdlərin və müəssisələrin büdcə və maliyyəni idarə etmələrini asanlaşdırır.

Nağdsız ödəniş üsulları beynəlxalq ticarəti əlçatan edir. Plastik kartlardan istifadə etməklə dünyanın istənilən nöqtəsinə vəsait köçürmək mümkündür.

Rəqəmsal ödənişlər nağd pulun daşınması ilə bağlı oğurluq riskini də azaldır.
Bir çox nağdsız üsullara şifrələmə və fırıldaqçılıqdan qorunma daxildir

Bir çox banklar nağdsız ödəniş üsullarını seçən müştərilərə mükafatlar təklif edən loyallıq proqramları həyata keçirirlər. Təmassız ödənişlər ekoloji baxımdan da sərfəli hesab edilir.

Nağdsız ödəniş vərdişləri getdikcə artır

Nağdsız əməliyyatlar ölkəmizdə də geniş tətbiq edilir. Məsələn, bu ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 17,8 milyard dolları nağdsız şəkildə aparılıb. Bu, 1 il əvvələ nisbətən 30 faizdən çoxdur. Nağdsız əməliyyatların artmasına səbəb olan amillər arasında bu sahədə infrastrukturun təkmilləşdirilməsini, istehlakçılar üçün stimullaşdıcı layihələri və maarifləndirmə işlərini qeyd etmək yerinə düşər. Bütün bunlar əhalinin ödəniş vərdişlərinin müasirləşməsini təmin edib. Lakin bəzi biznes subyektləri arasında nağdsız ödənişlərin qəbuluna münasibət, çox təəssüf ki, birmənalı deyil. Məsələn, bəzi obyektlər POS-terminal təqdim etməkdən imtina edir və ödənişin kartdan karta göndərilməsini təklif edir. Halbuki nağdsız ödənişlər bir qayda olaraq yalnız POS-terminal vasitəsilə qəbul edilməlidir. Əks təqdirdə istehlakçının hüquqları pozulur, biznes subyekti isə qanunu pozmuş olur. Bu isə Vergi Məcəlləsində nəzərdə tutulan əlavə maliyyə sanksiyalarına məruz qalmaq riskini yaradır. Bu səbəbdən nağdsız ödənişləri, qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur.

Bu ilin I yarısında Azərbaycanın valyuta bazarında əməliyyatların 17,8 milyard dolları
nağdsız şəkildə aparılıb. Bu, 1 il əvvələ nisbətən 30 faizdən çoxdur

Qeyd edək ki, POS-terminalların quraşdırılması vacib olan obyektlərin siyahısına ƏDV ödəyicilərinin bütün təsərrüfat subyektləri, avtomobil və mebel satışı müəssisələri, idman və sağlamlıq kompleksləri, səhiyyə obyektləri, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətləri, rüb üzrə orta aylıq dövriyyəsi 2.000 manatdan artıq olan vergi ödəyicilərinin təsərrüfat subyektləri, vergi ödəyicilərinə məxsus avtomobillə sərnişin daşınmasını həyata keçirən nəqliyyat vasitələri və vergilərin, dövlət rüsumlarının və haqlarının ödənişi qəbul edilən dövlət orqanları daxildir. POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1.000 manat məbləğində, təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3.000 manat məbləğində, təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə isə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Odur ki, biznes subyektləri ödəniş zamanı POS-terminalları tətbiq etməklə həm özlərini sanksiyalardan qoruyur, həm istehlakçıların hüquqlarını təmin etmiş olurlar.

Mənbə: vergiler.az

Aksiz vergisi tutulan əməliyyatın məbləği necə hesablanır?

Hüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi”ni rüblər üzrə təqdim edə bilərlərmi?

posted in: Xəbər | 0

Hüquqi şəxslər müəssisənin “Mənfəət vergisinin bəyannaməsi”ni rüblər üzrə təqdim edə bilərlərmi?

Suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olan vergi ödəyicilərinə vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli və cari vergi ödəmələri haqqında arayışı təqdim etməlidir.

Vergi Məcəlləsinin 151-ci maddəsinə əsasən, vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan və növbəti vergi ilində fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin, habelə yeni yaradılmış və fəaliyyət göstərən vergi ödəyicilərinin cari vergi ödəmələri Vergi Məcəlləsinin 151.5-ci maddəsində göstərilən qaydada həyata keçirilir.

Əlavə olaraq bildirilib ki, Vergi Məcəlləsində cari vergi ödəmələri haqqında arayışın müəyyən edilən müddətdə təqdim edilməməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmayıb.

Mənbə: vergiler.az

Aksiz vergisi tutulan əməliyyatın məbləği necə hesablanır?

ƏDV-nin əvəzləşdirilməsi ilə bağlı 2 yeni hal

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi əvəzləşdirilən ƏDV-nin vaxtı hesab edilir. Qanunvericiliyin bu tələbini iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Dəyişiklik edilən maddədə 2 hal tənzimlənir. Birinci hal təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsidir. Vergi Məcəlləsinin 166.1.2-ci maddəsinə əsasən, qarşılıqlı hesablaşmalar aparıldıqda öhdəliyin ləğv edildiyi və ya ödənildiyi vaxt ƏDV üçün vergi tutulan əməliyyatların aparıldığı vaxtdır. Amma qarşı tərəf üçün ƏDV-nin əvəzləşdirilməsi qanunvericilikdə təsbit olunmamışdı. Buna görə Vergi Məcəlləsinin 175.1-ci maddəsinə düzəliş edildi.

Misal 1

ƏDV ödəyicisi olan vergi ödəyicisi 2 mart 2024-cü ildə 5.000 manatlıq mebel avadanlığını ƏDV ödəyicisi olan qarşı tərəfə təqdim edib. Qarşı tərəf mebel avandanlığını təqdim edən vergi ödəyicisinə dövri olaraq təmizlik xidməti göstərir. 15 aprel 2024-cü il tarixdə hər iki vergi ödəyicisi aralarındakı qarşılıqlı hesablaşma nəticəsində 2.000 manatlıq öhdəliyin ləğvinə razılaşır. Bu halda vergi ödəyicilərinin təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsinin tarixi, yəni 15 aprel 2024-cü il əvəzləşdirilən ƏDV-nin vaxtı hesab ediləcək.

İkinci hal notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsidir.

Misal 2

ƏDV ödəyicisi daşınmaz əmlakı əldə edərkən ödənişi qarşı tərəfin hesabına yox, notariusun depozit hesabına keçirir. Bu hal üzrə əvəzləşdirmə Vergi Məcəlləsinin 175-ci maddəsi ilə tənzimlənmirdi. Dəyişiklikdən sonra ƏDV ödəyicisinin daşınmaz əmlakın alqı-satqısı zamanı əməliyyatın dəyərini notariusun bankda açdığı depozit hesabına ödədiyi tarix ƏDV-nin əvəzləşdirilməsi vaxtı hesab olunacaq.

Qeyd edək ki, təcrübədə hər iki hal yuxarıda qeyd edilən qaydada aparılsa da, 1 yanvar 2024-cü il tarixdən Vergi Məcəlləsinin 175.1-ci maddəsinə dəyişiklik edilməklə proses hüquqi baxımdan tənzimləndi.

Bəs nümayəndəlik və ya işçilərin mənzil və yemək xərclərinin ƏDV ödənişlərinin əvəzləşdirilməsinə icazə verilirmi?

Vergi Məcəlləsinə əlavə edilən, nümayəndəlik xərclərinin, işçilərlə bağlı mənzil və yemək xərclərinin, eləcə də əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan digər məhsullar və vasitələrlə bağlı xərclərin gəlirdən çıxılması normaları və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Vergi Məcəlləsinin 175.3-cü maddəsinə edilən dəyişilik nəticəsində Nazirlər Kabinetinin qərarında qeyd edilən norma əsasında xərclərin əvəzləşdirilməsinə yol verilməsi istisna hal kimi qeyd edilir.

Misal 3

Vergi ödəyicisi 2024-cü ilin fevral ayında işçilərin mənzil xərcləri üçün 5.000 manat (ƏDV-siz) ödəniş edib. Həmin məbləğ Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilən normalar çərçivəsindədir. Bu halda vergi ödəyicisi Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərini nəzərə almaqla ödənişləri həyata keçirdiyi üçün 900 manat məbləğində ƏDV-ni əvəzləşdirmək hüququna malikdir:

5000 x 18% = 900 manat.

Mənbə: vergiler.az

VÖEN-in ləğv edilməsi üçün nə tələb olunur?

1 260 261 262 263 264 265 266 2. 387