“Ezamiyyə xərclərinin normaları haqqında” qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0

“Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44 (Cild I); 2024, № 4, maddə 453) ilə təsdiq edilmiş 2 nömrəli əlavə – “Ezamiyyə xərclərinin 1 günlük normasına əlavələr və həmin əlavələrin tətbiq olunduğu rəhbər işçilərin kateqoriyası”nda “Qeydlər”in 2-ci hissəsinə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:

“Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri, habelə həmin sessiyaların müəyyən edilmiş Prezidenti tərəfindən hazırlıq işlərinin aparılması üçün formalaşdırılmış məsul nümayəndələrdən ibarət heyətin üzvləri COP29 tədbirləri çərçivəsində 2024-2025-ci illər ərzində Nyu-York, Vaşinqton, Cenevrə, Davos, Rio-de-Janeyro, Əbu-Dabi, Sidney, Tokio, London, Madrid, Paris, Roma, Vyana, Sinqapur, Nukualofa şəhərlərinə ezam olunarkən onların ezamiyyə xərclərinin bir günlük normasına həmin şəhərlər üzrə müəyyən edilmiş ezamiyyə xərclərinin bir günlük normasının 50 faizi məbləğində əlavə ödənilir.”.

2. Bu Qərar 2024-cü il avqustun 1-dən tətbiq olunur.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 sentyabr 2024-cü il

Mənbə: nk.gov.az

Müəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?

Müəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir?

posted in: Xəbər | 0

İşlədiyim müəssisədə direktor dəyişikliyi olacaq. Bu zaman vergi orqanında qeydiyyat üçün yeni direktor müraciət etməlidir, yoxsa əvvəlki rəhbər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, rəhbər dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq vergi orqanına müvafiq ərizə, yeni rəhbərin təyin olunması barədə qərar və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə müraciət edilməlidir. Sənədlər vergi orqanına təqdim edildikdən sonra 5 iş günü müddətində dəyişiklik həyata keçirilir. Eyni zamanda dəyişiklikdən sonra yeni təyin edilmiş rəhbər tərəfindən yeni Asan İmza sertifikatı əldə edilməlidir.

Sorğuya cavab olaraq o da bildirilib ki, ərizə yeni qanuni təmsilçi tərəfindən təqdim olunmalıdır.

Əsas: Dövlət Vergi Xidmətinin 14 aprel 2023-cü il tarixli 2317040100442700 saylı əmri ilə təsdiq olunmuş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Mənbə: vergiler.az

Məzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması

Çin “PwC” şirkətinə saxta audit hesabatına görə cərimə və altı aylıq fəaliyyət qadağası tətbiq etdi

posted in: Xəbər | 0

Çinin Maliyyə Nazirliyi cümə günü ölkənin ən iri tikinti şirkəti “Evergrande”nin audit məsələsi ilə bağlı “PwC”nin Çindəki audit şirkətini altı aylıq biznes fəaliyyəti dayandırılmasına dair cəza tətbiq edib.

Requlyator bu barədə məlumat verib.

Nazirlik həmçinin “PwC”nin Çində qeydiyyatda olan əsas törəməsi “PwC Zhong Tian LLP”yə 116 milyon yuan (16 milyon dollar) məbləğində cərimə tətbiq edib.

Çinin qiymətli kağızlar üzrə tənzimləyici orqanı ayrı bir bəyanatda bildirib ki, “Evergrande” işinə aid bölmənin 27.7 milyon yuan gəlirini müsadirə edib və 297 milyon yuan cərimə tətbiq edib.

Çin tarixində ən böyük maliyyə fırıldaqçılığı araşdırmalarından birinə başladıqdan sonra “PwC” diqqət mərkəzindədir. Hakimiyyət orqanları tikinti şirkəti “Evergrande”nin əsas daxili bölməsi “Hengda”nın 2020-ci ilə qədər iki il ərzində gəlirlərini 564 milyard yuan dəyərində şişirtdiyini bəyan edib.

Xatırladaq ki, daha əvvəl Çin “Deloitte” audit şirkətini də eyni məsələyə görə cərimələmişdi.

(1 ABŞ dolları = 7.0942 çin yuanı)

Mənbə: banker.az

Məzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması

Tibb müəssisələri üçün ƏDV üzrə güzəştlər – 5 VACİB MƏQAM

posted in: Xəbər | 0

Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən, tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin hesabat dövrü ərzində əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

İqtisadçı ekspert Anar Bayramov qanunvericiliyin bu tələbini şərh edir.

Vergi Məcəlləsinə 2024-cü ildə əlavə edilən 174.5-ci maddənin məqsədi tibb sektorunda ƏDV ilə bağlı stimullaşdırmanın həyata keçirilməsidir. Tibb sektoru üzrə əvəzləşdirilən ƏDV ilə bağlı dövriyyənin yüksək olmaması səbəbindən Vergi Məcəlləsinə 174.5-ci maddə əlavə edilib. Maddə ilə bağlı diqqət yetirilməli 5 vacib məqam mövcuddur.

Birinci məqam

Güzəştin edilməsi yalnız əhaliyə göstərilən tibbi xidmətlər üzrə nəzərdə tutulub. Tibb müəssisələrinin və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərin elektron qaimə-faktura üzrə həyata keçirdiyi əməliyyatlar Vergi Məcəlləsinin 174.5-ci maddəsinin əhatə dairəsinə düşmür.

İkinci məqam

Əhali tərəfindən ödənişlər mütləq nağdsız qaydada POS-terminal vasitəsilə aparılmalıdır. Əhali ödənişləri nağd formada və ya ödəniş terminalları vasitəsilə nağdsız formada həyata keçirərsə, o zaman tibb sektoru üzrə güzəşt tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslərə şamil edilməyəcək.

Üçüncü məqam

Güzəşt müddətlidir. Vergi Məcəlləsinin 174.5-ci maddəsi üzrə güzəşt 2024-cü il yanvarın 1-dən 3 il müddətinə qüvvədə olacaq.

Dördüncü məqam

Vergi Məcəlləsinin 174.5-ci maddəsində ƏDV üzrə güzəştin tətbiq edilməsinin (tibbi xidmətlərin göstərilməsi zamanı POS-terminal üzrə ödənişin) vətəndaşın “ƏDV geri al” layihəsi üzrə geri alınacaq məbləğə təsir etməməsidir.

Beşinci məqam

Vergi ödəyicisinin ƏDV dövriyyəsinin müəyyən edilməsi ilə bağlıdır. Vergi Məcəlləsinin 174.5-ci maddəsində qeyd edilir ki, əhaliyə göstərilən tibbi xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi 2024-cü il yanvarın 1-dən 3 il müddətinə onun vergi tutulan ümumi dövriyyəsindən çıxılır.

Misal: Tibb müəssisəsi olan ƏDV ödəyicisi 2024-cü ilin fevral ayında 30.000 (ƏDV-siz) manat məbləğində tibbi xidmət göstərib. Həmin xidmətlərin 5.000 manat (ƏDV-siz) məbləğindəki hissəsi POS-terminal vasitəsilə əhaliyə göstərilib. Bu zaman vergi ödəyicisi fevral ayı üzrə ƏDV bəyannaməsində 2.500 manatı (5000 x 50%) azaldılan dövriyyə qeyd etdiyi üçün dövlət büdcəsinə 5.400 manat yox, 4.950 manat məbləğində ƏDV-ni bəyan edəcək:

30.000 x 18% = 5.400 manat;

5.400 – (2.500 x 18%) = 4.950 manat.

Sonuncu məqam

ƏDV üzrə azaldılan məbləğin vergi ödəyicisinin gəliri kimi nəzərə alınmasıdır. Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər üzrə ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər üzrə tam güzəştin olunması ilə bağlı müvafiq olaraq Vergi Məcəlləsinin106.1.34-cü və 102.1.41-ci maddələrində qeydlər aparılıb. Misalımıza uyğun olaraq, 450 manat (2.500 x 18%) ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər mənfəət (gəlir) vergisi üzrə nəzərə alınmayacaq.

Mənbə: vergiler.az

Qeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü?

1 263 264 265 266 267 268 269 2. 387