Daha çox8
Daha çox8

Məzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması

posted in: Xəbər | 0

Əməkhaqqından məcburi dövlət sosial sığorta (MDSS) haqqının tutulması ilə bağlı yaranan sualımıza cavab axtarırıq. İşçinin bir aydan digər aya keçən əmək məzuniyyəti olduğu halda MDSS haqqı necə hesablanır? Belə olan halda məzuniyyət haqqı birinci ayın əməkhaqqı məbləği ilə cəmlənərək MDSS haqqına cəlb olunur, yoxsa hər ayın məzuniyyət məbləği ayrı-ayrılıqda həmin ayların əməkhaqqı məbləğləri ilə cəmlənərək ayrılıqda MDSS haqqı hesablanıb tutulur?

Suala cavab olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, işəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda işçinin hər ay üçün işlədiyi günlərə görə aldığı əməkhaqqı və məzuniyyət ödənişləri cəmlənməlidir.

Əmək Məcəlləsinin 140-cı maddəsinin (Məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması qaydası və ödənilməsi) birinci hissəsinə əsasən, məzuniyyət vaxtı üçün ödənilən orta əməkhaqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əməkhaqqına əsasən müəyyən edilir.

Məzuniyyət günlərinin əməkhaqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əməkhaqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına – 30,4-ə bölmək yolu ilə bir günlük əməkhaqqının məbləği müəyyən edilir.

Müəyyən edilmiş bir günlük əməkhaqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

Bəs işçi 12 aydan az işlədikdə məzuniyyət haqqı necə hesablanmalıdır? Əmək Məcəlləsinin 140-cı maddəsinin ikinci hissəsində qeyd edilir ki, 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əməkhaqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

Bildirilib ki, kompensasiyalar ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əməkhaqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqlarına cəlb edilir. İşəgötürənin təqdim etdiyi gəlir vergisi, sosial ayırma və işsizlikdən sığorta haqqı üzrə hesabatlarda işçinin hər ay üçün işlədiyi günlərə görə aldığı əməkhaqqı və məzuniyyət ödənişləri cəmlənməlidir.

Eyni zamanda, gəlir vergisinin məqsədləri üçün hər il üzrə ayrılıqda hesablanmış kompensasiya haqlarından Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş 200 manat çıxılır.

Mənbə: vergiler.az

Vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi – DƏYİŞİKLİKLƏR VƏ TƏLƏBLƏR

Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdı

posted in: Xəbər | 0

Kapital Bank-ın 150 illik yubileyi münasibətilə Birbank taksit kartı sahibləri üçün  keçirilən lotereyanın 2-ci tirajı 10 sentyabr 2024-cü il tarixində yekunlaşıb. 1-31 avqust 2024-cü il tarixlərində edilən əməliyyatları əhatə edən tirajda 3333 nəfər qalib seçilib. Onlardan 2300 nəfər 5 AZN, 1000 nəfər 10 AZN dəyərində keşbek, 20 nəfər 100 AZN, 10 nəfər 500 AZN, 2 nəfər 1000 AZN, 1 nəfər isə 10 000 AZN pul mükafatı qazanıb.

Lotereya qaliblərinin siyahısı: https://kbl.az/150tiraj2

Xatırladaq ki, lotereyanın əsas uduş məbləği 150 000 manatdır. 30 sentyabr 2024-cü il tarixinədək keçiriləcək lotereyada Birbank taksit kartı sahibləri minlərlə pul mükafatı və keşbeklər qazanırlar. Lotereyanın final tirajı 15 oktyabr 2024-cü il tarixində keçiriləcək.

Lotereyanın şərtlərinə əsasən Birbank taksit kartları ilə edilən hər 50 AZN və üzəri nağdlaşdırma, birdəfəlik ödəniş (POS-terminal, onlayn ödənişlər) və köçürmə əməliyyatları müştəriyə 1 bilet (lotereyada iştirak şansı) qazandırır. Taksit (ödəniş məbləğinin aylara faizsiz bölünməsi) və Ninja (əməliyyat məbləğinin aylara komissiya ilə bölünməsi) əməliyyatları zamanı kart sahibi hər 50 AZN üçün 10 bilet əldə edir.

Lotereya iştirakçılarına öz aktivliklərini rahat izləmək şansı da yaradılıb. Belə ki, müştərilər Birbank mobil tətbiqində “Bizdən sizə” bölməsində yerləşən “Lotereya” səhifəsinə keçid edərək əldə etdikləri biletlərin sayını görə bilərlər. Bundan başqa səhifədə hər ay yenilənən “Tapşırıqlar”ı tamamlamaqla əlavə bilet qazanmaq şansı da yaradılıb.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

Uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan şəxslər kimlərdir?

Mühasib və maliyyəçilər üçün Excel kursu

posted in: Excel, muhasibat, Xəbər | 0

Mühasiblər və maliyyəçilər üçün Excel kursu

Mühasib və ya maliyyəçi karyeranızı Excel ilə daha möhtəşəm edin!

Mühasib və maliyyəçiləri Excel proqramını bilmədən təsəvvür etmək hazırkı dövrdə çox çətindir. Bəzən Excel proqramı bizə lazım olan hesabatları təqdim etməkdə mühasibat proqramlarının edə bilmədiyi işləri belə görür.

Əgər siz hələ də Excel proqramı ilə istədiklərinizi edə bilmirsinizsə, o zaman istəklərinizi bizimlə reallaşdıra bilərsiniz. “Azərbaycan  Mühasiblər Məktəbi”nin “Mühasib və maliyyəçilər üçün Excel” kursunu bitirməklə Excel proqramının mühasibat, maliyyə və HR ilə əlaqədar sirlərini öyrənmək şansı əldə edəcəksiniz.

Kurs kimlər üçündür?

  • Maliyyə, mühasibatlıq və insan resursları sahəsində çalışan mütəxəssislər;
  • Mühasibatlığı Excel proqramında aparan mikro və kiçik sahibkarlar, mühasiblər və s.
  • Əməliyyatları avtomatlaşdırmaq və Excel biliklərini təkmilləşdirmək istəyən mühasib (kiçik, aparıcı, baş və s. ) və digər şəxslər üçün.

Kursun faydaları:

  • Hesabatların avtomatlaşdırılmasını bacararaq, mürəkkəb hesabatları daha rahat hazırlaya biləcəksiniz;
  • Gündəlik işlərinizi asanlaşdıracaq 10-dan çox hazır şablona sahib olmaqla bir çox işlərdən qurtulacaq və hesabatlarınızı tək “kliklə” yeniləyə biləcəksiniz.
  • “Orta səviyyəli istifadəçi”dən, “irəli səviyyəli istifadəçi”yə çevrilərək işinizin səmərəliliyini artıracaq və vaxtınıza qənaət edə biləcəksiniz.

Təlimçi barədə:

Elçin Xəlilov

Elçin Xəlilov Türkiyədə “Biznesin idarə edilməsi” ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. BDO International, Nikoil Bank, Synergy Group, Ada Universitetində çalışmışdır. Son 7 ilin 5 ili ərzində Azərbaycancakı beynəlxalq şirkətlərdən olan “Danone”da Maliyyə meneceri vəzifəsində çalışmışdır. Son 2 il ərzində isə Qazaxıstanın Almatı şəhərinə bağlı olaraq, bütün Orta Asiya və Qafqaz ölkələri üzrə (ümumilikdə 9 ölkə) Maliyyə Planlaması və Büdcə Nəzarəti Departamentinin Rəhbəri vəzifəsində çalışmışdır. 5 ACCA imtahanında iştirak etmiş və hər birini uğurla tamamlamışdır.

Excel ilə bağlı 10 ildən çox təlimçilik təcrübəsinə malikdir. Power Query, Power BI və DAX dili ilə bağlı bir çox yazıların müəllifidir.

Hal-hazırda marketinq xidmətləri sahəsində fəaliyyət göstərən EFA Group Azerbaijan şirkətində Təsisçi və İcraçı-Direktordur.

Həmçinin Azəralüminium MMC – İnvestisiyalar və biznesin inkişafı departamentinin rəhbəri vəzifəsində çalışır.

Qrupda iştirakçı sayı: 12-15 nəfər

Təlim formatı: Onlayn və ənənəvi

Təlim sayı və vaxtı: 8 dərs (16 saat) / Həftədə 2 dəfə, saat 19:00-21:00

Kursa daxildir:

  • 8 dərs (16 saat);
  • Sertifikatların təmini;
  • Video qeydlər və təlim materialları;
  • Coffee break;
  • Elçin Xəlilovun Udemy-də olan digər Excel kurslarından ödənişsiz olaraq istifadə.

Qeydiyyatdan keçmək üçün linkə daxil olaraq formu doldurun: https://crmform.azgroup.az/

Təlim müddəti və sonrakı 2 həftə ərzində iştirakçılar öyrəndiklərini praktikada daha rahat tətbiq edə bilmək və işlərində yaranmış çətinliklər ilə bağlı təlimçidən ödənişsiz konsultasiya dəstəyi ala bilirlər.

Təlimlərin video qeydiyyatı aparılır. Həm təkrar olaraq, həm də qoşula bilmədiyiniz təlimləri izləyə bilirsiniz. Hər təlimdən sonra (1 gün ərzində) təlim materialları (köməkçi fayllar, cədvəllər) və video qeydlər iştirakçılarla bölüşülür.

Təlimlərin yekununda (keçirilən mövzuları əhatə edən) 2 saatlıq sertifikat imtahanı olur. Nəticədən aslı olaraq iştirakçı və ya müvəffəqiyyət sertifikatı alırsınız. İştirakçı sertifikatı almaq üçün 80% davamiyyət, müvəffəqiyyət sertifikatı almaq üçün isə 80% davamiyyət və yekun imtahandan minimum 70% nəticə əldə etməlisiniz.

QEYD: Kursda iştirak etmək üçün müəyyən qədər Excel biliklərinin olması zəruridir.

Proqram:

Gün 1

EXCEL 101

  • Mütləq və nisbi istinadlar ($ işarələri);
  • 50 əsas qısayol kombinasiyası;
  • Xüsusi Paste Special üsulları;
  • Sıralama, filterləmə və custom siyahılar;
  • Sətir / sütunları qruplaşdırma;
  • Transposition – statik və dinamik;
  • Sətir və sütunları bərkitmə;
  • Geriyə doğru hesablama;
  • Xanadakı məlumatı bölmə;
  • Flash Fill;
  • Dublikatların ləğvi və unikal siyahılar;
  • Data Validation;
  • Digər Excel hiylələri.

Gün 2

FUNKSİYALAR

MƏTN FUNKSİYALARI

  • LEFT, RIGHT, MID;
  • TRIM, CLEAN;
  • LOWER, UPPER, PROPER;
  • REPLACE, SUBSTITUTE;
  • VALUE, TEXT;
  • CONCATENATE, CONCAT, TEXTJOIN;
  • CONVERT.

RİYAZİ VƏ STATİSTİK FUNKSİYALAR

  • SUBTOTAL;
  • POWER, SQRT, SUMSQ;
  • COUNT, COUNTA, COUNTBLANKS;
  • COUNTIF;
  • COUNTIFS;
  • SUMIF;
  • SUMIFS;
  • SUMPRODUCT;
  • ABS, QUOTIENT, MOD;
  • CORREL;
  • RANK;
  • LARGE & SMALL;
  • RAND & RANDBETWEEN;
  • ROUND & ROUNDUP & ROUNDDOWN.

Gün 3

TARİX FUNKSİYALARI

  • NOW, TODAY;
  • DAY, WEEKNUM, MONTH, YEAR;
  • EOMONTH;
  • WORKDAY & NETWORKDAYS;
  • DATEDIF.

AXTARIŞ FUNKSİYALARI

  • VLOOKUP;
  • HLOOKUP;
  • ROW, COLUMN;
  • INDEX & MATCH;
  • OFFSET;
  • XLOOKUP.

MƏNTİQİ FUNKSİYALAR

  • IF, AND, OR;
  • IFERROR;
  • IFS;
  • MAXIFS, MINIFS.

Gün 4

İRƏLİ SƏVİYYƏLİ FORMUL ANALİZLƏRİ

  • İrəli səviyyəli formullar və formul auditi;
  • 3D formullar.

FORMATLAMA VƏ VİZUALLAŞDIRMA

  • Yeni data növləri;
  • Xanadaxili diaqramlar;
  • Şərti formatlama;
  • Şərti formatlama – axtarış çubuğu;
  • Diaqramlar;
  • Diaqramlar – şəlalə diaqramı;
  • Diaqramlar – kəpənək diaqramı;
  • Formatlamanın qızıl qaydaları.

Gün 5-6

DATALARLA HESABLAMALAR

  • Tabular format və yararlı data;
  • Exceldə cədvəllər;
  • Get & Transform (Power Query);
  • Pivot cədvəllər & Pivot diaqramlar;
  • Datanın analiz edilməsi (süni intellekt şablonları);
  • Data cədvəllər və ssenari analizi;
  • CHOOSE;
  • Form controls vasitələri.

Gün 7

DİNAMİK MASSİVLƏR (Office 365 abunəçiləri üçün)

  • Dinamik massivlər – ümumi tanışlıq;
  • SORT;
  • SORTBY;
  • UNIQUE;
  • FILTER;
  • RANDARRAY;
  • SEQUENCE;
  • TEXTSPLIT;
  • VSTACK;
  • FREQUENCY;
  • TAKE & DROP;
  • STOCKHISTORY;
  • Digər dinamik massivlər.

Gün 8

TAPŞIRIQLAR

  • Məsələ 1 – Satışların analizi;
  • Məsələ 2 – İnsan resursları;
  • Məsələ 3 – Bonus hesablanması;
  • Məsələ 4 – Pul transferləri.

 

Proqramı yükləyin: Mühasib və maliyyəçilər üçün Excel kursu

Kurslara qoşulmaq və ya ödəniş, başlama tarixi və s. haqda məlumat almaq üçün müvafiq linkdən qeydiyyatdan keçə bilərsiniz. Ən qısa zamanda əməkdaşlarımız sizə geri dönüş edəcəklər: https://crmform.azgroup.az/

Əlaqə:

📞+994 12 310 09 29
📱+994 50 225 72 90

Ünvan: Caspian Plaza

Qeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü?

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə əsasən, qeyri-rezidentə avans ödənişi edilən zaman müvafiq qaydada ƏDV məbləği hesablanıb aidiyyəti üzrə köçürülməlidir. Əgər biz qeyri-rezidentə avans olaraq müəyyən məbləğ ödəyiriksə, həmin məbləğə görə ƏDV hesablanıb büdcəyə ödənilir. Bəs qeyri-rezidentə ödənilən avans hər hansı səbəbdən geri qayıtdıqda hesablanmış və büdcəyə ödənilmiş ƏDV-nin geri qayıtması necə icra edilməlidir?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə (o cümlədən elektron ticarət qaydasında Azərbaycan Respublikasının hüdudlarından kənarda otel xidmətlərinin və aviabiletlərin sifarişi üzrə xidmətlər istisna olmaqla, işlərin görülməsi və xidmətlərin göstərilməsi), bu fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.

ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və Vergi Məcəlləsinin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır.

ƏDV qeydiyyatında olan vergi ödəyicisi qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ona ödənilməli olan məbləğə hesablanmış ƏDV-ni dövlət büdcəsinə ödədiyi halda Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirmək hüququna malik olur.

Belə ki, Vergi Məcəlləsinin 169.4-cü maddəsinə əsasən, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır.

Xidmətdən o da bildirilib ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır.

Buna əsasən, qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Nəzərə çatdırılıb ki, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən, mal göndərən, iş görən, xidmət göstərən vergi ödəyicisinin vergiyə cəlb edilən əməliyyatları üçün dövriyyənin dəqiqləşdirilməsi aşağıdakı hallarda tətbiq edilir:

  • əməliyyat ləğv olunduqda (tam, yaxud qismən);
  • mal geri qaytarılarsa (tam, yaxud qismən);
  • aparılan əməliyyatların xarakterində dəyişikliklər olduqda;
  • müəyyən hallar üçün (məsələn, qiymətin enməsi) razılaşdırılan kompensasiya dəyişərsə;
  • elektron qaimə-fakturanı təqdim etmiş vergi ödəyicisində sonradan dövriyyənin dəqiqləşdirilməsinə əsas yaradan hallar olduqda və həmin dəqiqləşdirmə qanun əsasında aparıldıqda.

Vergi Məcəlləsinin 163.2.2-ci maddəsinə əsasən, ƏDV bəyannaməsində verginin məbləği düzgün göstərilməmişdirsə, bu Məcəllənin 174.2-ci maddəsinə və ya 175.5-ci maddəsinə müvafiq surətdə dəqiqləşdirmə aparılır. Dəqiqləşdirmə qiymətləndirmə bazasında dəyişikliyin baş verdiyi hesabat dövründə aparılır.

Ətraflı məlumat əldə etmək üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 163, 169 və 175-ci maddələri.

Mənbə: vergiler.az

Əmək müqaviləsinə xitam verilməsi qaydasında dəyişiklik – MİSALLARLA

1 264 265 266 267 268 269 270 2. 387
error: Content is protected !!