Yeni ilə yüksək gəlirlə: Kapital Bank depozit faizlərini 11%-ə qaldırdı

posted in: Xəbər | 0

Ölkənin birinci bankı Kapital Bank nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyənlər üçün Yeni il öncəsi xüsusi kampaniya həyata keçirir. Belə ki, 15 yanvar 2025-ci ildədək Kapital Bank-da manat valyutasında depozit yerləşdirən hər kəs 6 aylıq müddətə illik 11%-dək gəlir əldə edəcək.

Bunun üçün ən yaxın Kaptal Bank filialına yaxınlaşmaq və ya Birbank mobil tətbiqində Rəqəmsal depozit yerləşdirmək kifayətdir. Filialda yerləşdirilən depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.

Ətraflı məlumat üçün:  https://kbl.az/dyobfp

Rəqəmsal depozitdə isə manat valyutası üzrə 1, 3, 6, 9, 12, 18, 24 və ya 36 ay müddətinə minimum 1manat olamqla istənilən məbləği depozit olaraq yerləşdirmək mümkündür. Depozit gəliri müddətin sonunda təqdim edilir. Tamamilə onlayn həyata keçirilən Rəqəmsal depozitdən istifadə etmək üçün Birbank mobil tətbiqində “Daha çox” bölməsindən “Depozitlər”i seçməli və “Yeni depozit” bölməsinə keçərək müraciət edib məlumatları tamamlamaq yetərlidir.

Ətraflı məlumat üçün: https://kbl.az/prdd

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk,  Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

Texnologiyalar parkının rezidentlərində çalışan işçilərin vergi öhdəlikləri

Texnologiyalar parkının rezidentlərində çalışan işçilərin vergi öhdəlikləri

posted in: Xəbər | 0

Vergi Məcəlləsinə əsasən, fiziki şəxslərin gəlirləri onların neft-qaz, dövlət və ya özəl sektorda çalışmasından asılı olaraq, fərqli formada vergiyə cəlb edilir. Bəs bu halda texnologiyalar parkının rezidentləri kimi fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan işçilərin vergi öhdəliyi və sosial ödənişləri necə hesablanır?

Mövzu ilə bağlı suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən, texnologiyalar parkının rezidenti – müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında və ya texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir.

Texnologiyalar parkının rezidenti olaraq fəaliyyət göstərən sahibkarlıq subyektlərində çalışan işçilərdən gəlir vergisi və sosial sığorta haqqının hesablanması ilə bağlı müvafiq qanunvericilik aktarında dəyişiklik edilib. Vergi Məcəlləsinin 101.7-ci maddəsinə əsasən, tutulma aşağıdakı şəkildə müəyyən olunub:

  • 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8.000 manatadək olduqda 0 faiz, 8.000 manatdan çox olan məbləğin 5 faizi;
  • 2026-cı il yanvarın 1-dən isə 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində.

Misal 1

Texnologiyalar parkının rezidenti olaraq texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisində çalışan işçinin 2023-cü ilin sentyabr ayında muzdlu işdən gəliri 9.500 manat (əməkhaqqı) olub. İşçinin əməkhaqqından tutulmalı olan gəlir vergisinin məbləğini hesablayaq:

Vergi Məcəlləsinin 101.7.1-ci maddəsinə əsasən, aylıq gəlir 8.000 manatadək olduqda gəlir vergisi tutulmur. 8.000 manatdan yuxarı olduqda isə yuxarı olan hissənin 5%-i məbləğində gəlir vergisi tutulmalıdır. Yəni:

9.500 – 8.000 = 1.500 manat;
1.500 x 5% = 75 manat.

Bu güzəşt 2026-cı il yanvarın 1-dək qüvvədədir. Ondan sonra isə 7 il müddətinə gəlirin 5 faizi həddində gəlir vergisi hesablanacaq. Yəni:

9.500 x 5% = 475 manat.

“Sosial sığorta haqqında” Qanunun 14.8-ci maddəsinə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna) üzrə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, aşağıdakılardan biri kimi müəyyən ediləcək:

• minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya

• muzdlu işdən əldə edilən gəlirlərdən.

Sığortaolunan, yəni işçi hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə, yəni işəgötürənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində qeyd edilən kateqoriyadan olan yeni işə götürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçimi tətbiq olunur.
Misal 2: Texnologiyalar parkının rezidenti olaraq texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicisində çalışan işçinin 2023-cü ilin sentyabr ayında muzdlu işdən gəliri 9.500 manat (əməkhaqqı) olub. İşçinin müəyyən edilmiş seçimlərin hər biri üzrə ödəməli olduğu sosial sığorta haqqının məbləğini müəyyənləşdirək:

1. Minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından:

Hazırda minimum aylıq əməkhaqqının 345 manat olduğu nəzərə alınaraq hesablama belə olacaq:

345 x 4 = 1.380 manat.

a) Dövlət sektoru üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: 1.380 x 22% = 303.6 manat;
Sığortaolunan: 1.380 x 3% = 41.4 manat.

b) Özəl sektor üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: (200 x 22% ) + (1.180 x 15%) = 221 manat;
Sığortaolunan: (200 x 3%) + (1.180 x 10%) = 124 manat.

2. “Sosial sığorta haqqında” Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq

a) Dövlət sektoru üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: 9.500 x 22% = 2.090 manat;
Sığortaolunan: 9.500 x 3% = 285 manat.

b) Özəl sektor üzrə sosial sığorta haqqına cəlbedilmə olarsa;

Sığortaedən: (200 x 22% ) + (9.300 x 15%) = 1.439 manat;
Sığortaolunan: (200 x 3%) + (9.300 x 10%) = 936 manat.

Mənbə: vergiler.az

Fiziki şəxslərin əmlak icarəsindən yaranan vergi öhdəlikləri

“Kartdan karta” üsulu ilə işləyən daha 258 sahibkara maliyyə sanksiyası tətbiq edilib

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 258 vergi ödəyicisinə maliyyə sanksiyaları tətbiq edib.

Məlumata görə, pərakəndə ticarət və iaşə obyektlərində nağd pul hesablaşmaları qaydalarının pozulması, istifadəsi məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina hallarının qarşısının alınması məqsədilə vergi nəzarəti tədbirlərini davam etdirilir.

Nəzarət tədbirləri nəticəsində indiyədək 258 pərakəndə ticarət və iaşə obyektlərində ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsinə şərait yaradılması halları aşkarlanıb. Həmçinin araşdırmalar zamanı 40-a yaxın sahibkarlıq subyektində POS-terminalların quraşdırılmadığı halları müəyyənləşdirilib. Həmin sahibkarlıq subyektləri ilə bağlı protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib.

Xatırladaq ki, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

“Nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir”, – deyə məlumatda qeyd olunub.

Mənbə: report.az

Fiziki şəxslərin əmlak icarəsindən yaranan vergi öhdəlikləri

Elmi-Tədqiqat Kardiologiya İnstitutu auditor seçib

posted in: Xəbər | 0

Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2023-cü ilin maliyyə hesabatlarının auditi və əlaqəli audit xidmətləri üçün elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 9 min manat ödəniləcək.

Mənbə: report.az

Əmək Məcəlləsində son dəyişikliklərdən sonra işçinin əmək stajı necə hesablanacaq?

1 247 248 249 250 251 252 253 2. 396