Müddətli əmək müqavilələri ilə bağlı əsas dəyişikliklər və nümunələr

posted in: Xəbər | 0

Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin öncəki və cari redaksiyasını bir cədvəldə təqdim edirik ki, həmkarlarımız üçün dəyişikliklərin mahiyyəti tam aydın olsun:

Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası

Öncəki redaksiyada Cari redaksiyada
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

 

1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur.

 

 

İndi isə Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsi ilə bağlı bəzi məqamlara aydınlıq gətirək. Dəyişikliyə qədər müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işəgötürən tərəfindən işçiyə müddət başa çatmadan öncə xəbərdarlıq verməsi qanunvericilikdə nəzərdə tutulmamışdı. Yəni, işəgötürən müqavilə müddəti bitdikdən sonrakı 1 həftə ərzində əmək müqaviləsinə xitam verə bilirdi. Yeni dəyişiklikdən sonra əgər işəgötürən müddətli əmək müqaviləsinə müddətin bitməsinə görə xitam vermək istəyirsə, mütləq işçiyə xəbərdarlıq etməlidir. Maddənin tələblərini misalla izah etmədən öncə bir məqamı vurğulayaq ki, Əmək Məcəlləsində edilən dəyişiklik Rusiya təcrübəsində çoxdan tətbiq edilirdi. Məlumat üçün bildirək ki, Rusiyanın əmək qanunvericiliyində müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işçiyə xəbərdarlıq edilməsi nəzərdə tutulub. Rusiya Əmək Məcəlləsinin 79-cu maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə işdən çıxarılmağa ən azı üç təqvim günü qalmış əmək müqaviləsinin müddətinin başa çatmasına görə ona xitam verilməsi barədə yazılı məlumat verilməlidir.

Azərbaycan qanunvericiliyində yeni dəyişikliklərin müxtəlif hallarını nəzərdə tutan misal vasitəsilə izah edək.

Misal: İşəgötürən 10 yanvar 2024-cü il tarixdə işçi ilə 8 aylıq əmək müqaviləsi imzalayıb. Müqavilə müddəti 10 sentyabr 2024-cü il tarixdə başa çatmalıdır.

Birinci hal

İşəgötürən 20 avqust 2024-cü il tarixdə işçiyə kağız daşıyıcıda xəbərdarlıq edir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda, yəni 10 sentyabr 2024-cü il tarixdə müqaviləyə xitam verəcək. Bu zaman işəgötürən Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsindəki müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tələbini gözləmiş olacaq.

İkinci hal

İşçi 25 avqust 2024-cü il tarixdə işəgötürənə bildirir ki, müddətli əmək müqaviləsinin artırılmasını istəmir. İşəgötürən müddətli əmək müqaviləsinin artırılmasında maraqlı olsa belə, əmək müqaviləsinin müddətinin bitdiyi gün ona xitam verməlidir. Çünki işçi Əmək Məcələsinin tələblərinə uyğun olaraq xəbərdarlıq müddətini gözləməklə xəbərdarlığını həyata keçirib.

Üçüncü hal

İşəgötürən 8 sentyabr 2024-cü il tarixdə işçiyə xəbərdarlıq göndərir ki, 10 sentyabrda başa çatan əmək müqaviləsinin müddəti uzadılmayacaq. İşəgötürən əmək müqaviləsinin müddətinin bitməsi haqqında ən azı bir həftə tələbi ilə bağlı xəbərdarlıq müddətini ötürdüyü üçün əmək müqaviləsi növbəti 8 ay müddətinə uzadıla bilər.

Dördüncü hal

İşçi 7 sentyabr 2024-cü il tarixdə müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı işəgötürəni xəbərdar edir. Amma işəgötürən işçinin ən azı bir həftəlik xəbərdarlıq müddətini ötürdüyünü bildirərək müddətli əmək müqaviləsinin 8 aylıq müddətə artırılacağını bildirir. Bu zaman işçi 8 aylıq müddəti gözləmək istəmədiyi halda, 69-cu maddənin tələblərinə uyğun olaraq işdənçıxma ərizəsini təqdim edə bilər. İşəgötürən işçini 10 sentyabr 2024-cü il tarixdən sonra işdən azad edərsə, xitamla bağlı ǝmrdə xitamın əsasını müqavilənin müddətini bitməsi kimi yox, işçinin öz ərizəsi ilə işdən çıxması kimi qeyd etməlidir.

İşəgötürən və işçi tərəfindən xəbərdarlıq müddətini xüsusi qeyd etməkdə məqsədimiz odur ki, həmkarlarımız müddətli əmək müqaviləsinin bitməsi ilə bağlı tələbləri gözləsinlər.

Mənbə: vergiler.az

İşçilərin məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri

Sığorta məbləğinin gəlirdən çıxılması

posted in: Xəbər | 0

İstehsal müəssisəsi balansında olan avadanlıqları sığorta şirkətində 01.02.2024 – 01.02.2026-ci illəri əhatə edən iki illik dövr üzrə sığortalayıb və sığorta şirkətinə 12.000 manat məbləğində sığorta haqqı ödəyib. Bu zaman müəssisə sığorta xərclərini gəlirdən necə çıxmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2024-cü il yanvarın 1-dən Vergi Məcəlləsinin 116.1-ci maddəsində edilmiş dəyişikliyə əsasən, öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığorta haqları üzrə, həmçinin təkrarsığorta müqavilələrinə münasibətdə təkrarsığorta haqları üzrə öhdəliklər gəlirdən çıxılır və sığorta müqaviləsinin müddəti bir neçə hesabat dövrünü əhatə edirsə, çəkilən sığorta haqqı xərcləri həmin hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülür.

Buna əsasən, müəssisə tərəfindən çəkilmiş bir neçə hesabat dövrünü əhatə edən sığorta haqqı xərcləri hesabat dövrləri üzrə onun hesablanması qaydasına müvafiq surətdə bölüşdürülməklə gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 116.1-ci maddəsi

Mənbə: vergiler.az

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

İşçilərin məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişləri

posted in: Xəbər | 0

Məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Mövzu ilə bağlı suala əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov aydınlıq gətirir. 

“Sosial sığorta haqqında” Qanuna əsasən, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

  • Sığortaedən tərəfindən ödənilən sığorta haqqı – hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi;
  • Sığortaolunan tərəfindən ödənilən sığorta haqqı – işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi.

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir  

Cəmi

Sığortaolunanın gəlirlərindən tutulan Sığortaedənin vəsaiti hesabına ödənilən
200 manatadək

 

25 faiz 3 faiz 22 faiz
200 manatdan çox olduqda 25 faiz 6 manat + 200 manatdan çox olan hissənin 10 faizi 44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:

Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının:

  • Bakı şəhərində 100 faizi,
  • Sumqayıt və Gəncə şəhərlərində 90 faizi,
  • digər şəhərlərdə 80 faizi,
  • rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi,
  • kənd yerlərində 50 faizi miqdarında.

Misal 1

Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən müəssisədə çalışan işçinin aylıq gəliri 500 manatdır.

Məcburi dövlət sosial sığorta haqqının işçi və işəgötürəndən tutulması hansı qaydada həyata keçiriləcək?

İşçidən tutulma:
200 x 3% = 6 manat;
300 x 10% = 30 manat;
6 + 30 = 36 manat.

Deməli, işçinin aylıq əmək haqqından cəmi 36 manat sosial sığorta haqqı üzrə tutulma olacaq.

İşəgötürəndən tutulma:
200 x 22% = 44 manat;
300 x 15% = 45manat;
44 + 45 manat = 89 manat.

İşəgötürən tərəfindən isə işçinin xeyrinə ödənilməli olan sosial sığorta haqqının məbləği 89 manat olacaq.

Misal 2

Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən müəssisədə çalışan işçinin aylıq gəliri 500 manatdır. Mədur dövlət sosial sığorta haqqının işçi və işəgötürəndən tutulması hansı qaydada həyata keçiriləcək?

İşçidən tutulma:
500 x 3% = 15 manat.

İşəgötürən:
500 x 22% = 110 manat.

Nəticədə işçi tərəfindən 15 manat, işəgötürən tərəfindən isə işçinin xeyrinə 110 manat sosial sığorta haqqı ödəniləcək.

Mənbə: vergiler.az

Vergi bəyannamələri: vaxtında təqdimatın əhəmiyyəti

Vergi bəyannamələri: vaxtında təqdimatın əhəmiyyəti

posted in: Xəbər | 0

Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd edilən bu məqam vergi ödəməyin əhəmiyyətinə diqqəti çəkir. Çünki ödədiyimiz vergilər dövlət büdcəsinin artmasına, iqtisadi inkişafa və sosial rifahımızın yüksəlməsinə birbaşa təsir edir. Azərbaycanın vergi sistemində aparılan islahatlar dünyanın qabaqcıl vergi sistemlərində tətbiq edilən təcrübələri yerli biznes mühiti ilə uzlaşdırmaqla vergi ödəyiciləri üçün əlverişli vergi inzibatçılığı formalaşdırıb. Vergi ödəyicilərinin sayında müşahidə edilən davamlı artım, vergi daxilolmaları üzrə dinamika və yerli vergi sisteminə beynəlxalq etimadın artmasını nümayiş etdirən qlobal reytinqlər vergi inzibatçılığının inkişafını səciyyələndirən indikatorlardır. Yerli vergi sistemində şəffaflığın, hesabatlılığın və çevikliyin təmin edilməsi üçün müxtəlif xidmətlər və alətlər istifadəyə verilir. Bu xüsusda, ölkəmizdə vergitutmanın ən optimal metodları tətbiq edilir.

Ölkəmizdə vergitutmanın formaları

Vergi Məcəlləsinə əsasən vergitutma 3 formada həyata keçirilir. Bilavasitə mənbədən vergitutma metodunda verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması, bəyannamə üzrə üsulda verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması, bildiriş üzrə dedikdə isə vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi nəzərdə tutulur. Azərbaycanda vergi ödəyicilərinin əksəriyyəti öz öhdəliklərini yerinə yetirərkən vergitutmanın formaları arasında vergi bəyannaməsinin təqdim edilməsi metodundan istifadə edilər. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi Məcəlləsi ilə tənzimlənir. Burada bəyannamələrin təqdim edilməsi ilə bağlı müddətlər və digər qaydalar öz əksini tapıb. Vergi ödəyiciləri bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Əks təqdirdə qanunverciliklə müəyyənləşmiş cərimə və sanksiyalara məruz qala bilərlər.

Ölkəmizdə vergi bəyannamələrini elektron formada da təqdim etmək mümkündür. Vergi sisteminin vergi ödəyicilərinin tələblərə uyğunlaşdırılması istiqamətində inkişaf prioritetlərinə uyğun olaraq bəzi bəyannamələrin sadələşdirilməsi və optimallaşdırılması da həyata keçirilir. Bu istiqamətdə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə” təkmilləşdirilməsi istiqamətində müvafiq işlər aparılıb və sadələşdirilmiş vahid bəyannamə forması hazırlanıb. Bu, vergi ödəyicilərinin inzibati yükünü azaltmaqla yanaşı, mikro və kiçik sahibkarlıq subyektlərinin xidmət mərkəzlərinə müraciət etmədən bəyannanmənin rahat şəkildə təqdim olunmasına imkan verir. Hazırda isə digər bəyannamələrin əvvəlcədən doldurulması (prifiling) sisteminin tətbiqi imkanları araşdırılır. Bütün bunlar vergi orqanlarının vergi ödəyiciləri üçün əlverişli fəaliyyət imkanlarının yaradılmasına xidmət edir. Başqa sözlə ifadə etsək vergi orqanı vergi ödəyicilərinin öhdəliklərini yerinə yetirmələri üçün əlverişli şərtlər yaratmaqla partnyor rolunda çıxış edir.

İntizamlı vergi ödəyicisi olmaq biznesin sosial məsuliyyətidir

Vergi ödəyicilərinin işini asanlaşdıran islahatlar biznes mühitində qarşılıqlı etimad mühitini formalaşdırır. Vergi xidmətlərinin genişləndiyi bu əlverişli ekosistemdə vergi ödəyicilərinin də öz öhdəlikləri var. Bu öhdəlik qanun çərçivəsində fəaliyyəti dəstəkləmək və hesabatlılığı təmin etməkdir. Vergi bəyannaməsinin vaxtında təqdim edilməsi vergi orqanları və vergi ödəyiciləri üçün eyni əhəmiyyəti daşıyır. Bəyannamələrinin vaxtında təqdim edilməsi qanunvericiliyin tələbi olsa da bu, həm də sosial məsuliyyətdir. Bu proses vergi ödəyicisinin qanunlara əməl etməsinin, şəffaflığa töhfə verməsinin və hesabatlılığın təmin edilməsində fəal iştirakının göstəricisidir. Bu öhdəliyinin yerinə yetirilməsi biznes mühitində intizamlı vərdişləri artırır. Qanuna riayət etmək, vergi bəyannamələrini vaxtında və düzgün təqdim etmək biznesin məsuliyyətli olduğunu nümayiş etdirir. Bu məqam potensial müştərilər, tərəfdaşlar və tənzimləyici orqanlar qarşısında biznesin nüfuzunu artırır. Eyni zamanda maliyyə əməliyyatlarında şəffaflığı əks etdirməklə, etimadı və maraqlı tərəflərlə münasibətləri gücləndirir.

Mənbə: vergiler.az

Əmək kitabçalarının işçilərə qaytarılması ilə bağlı vacib məqamlar

1 245 246 247 248 249 250 251 2. 396