Maliyyə hesabatlarının elementləri

posted in: Uncategorized | 0

Balans hesabatının elementləri

Aktiv – keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə gətirə biləcəyi gözlənilən ehtiyatdır (resursdur).

Öhdəlik – müəssisənin kеçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatlarının (resurslarının) müəssisədən kənara ахını ilə nəticələnən mövcud borcudur.

Каpital – bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin xalis aktivlərinin dəyəridir.

Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə aktivdən istifadə olunması vəyaonunxaricolması nəticəsində aşağıda göstərilən formalardayaranır:

(a) müəssisəyə daxil olması gözlənilən pul vəsaitlərinin və ya onların ekvivalentlərinin potensial artımı;

(b) müəssisədən xaric olması gözlənilən ekvivalentlərinin pul vəsaitlərinin və ya onların potensial azalması.

Aktivdə təcəssüm olunmuş gələcək iqtisadi səmərə bu aktivin satışı, pul vəsaitlərinə və ya onların ekvivalentlərinə çevrilməsi (məsələn, qazanılmış faizlər üzrə debitor borclarının ödənilməsi) və ya ondan istifadə edilməklə istehsal olunmuş məhsulun satışı nəticəsində müəssisəyə daxil ola bilər. Aktivin istifadəsi nəticəsində gələcək iqtisadi səmərənin əldə olunması pul vəsaitlərinin və ya onların ekvivalentlərinin xaric olmasının azaldılması ilə ifadə oluna bilər. Məsələn, müəssisə tərəfindən təmizləyici qurğunun əldə edilməsi nəticəsində ətraf mühitin çirkləndirilməsi üzrə cərimə ödənişlərinin azalması şəklində yaranan qənaətin əldə olunması .

Mənfəət və zərər haqqında hesabatın elementləri

Gəlir – mülkiyyətçilərin kapital qoyuluşu ilə əlaqəli olmayan, lakin kapitalda artım ilə nəticələnən və hesabat dövrü ərzində aktivlərin artması, daxil olması və ya öhdəliklərin azalması şəklində iqtisadi səmərənin artımıdır.

Xərc – mülkiyyətçilər аrаsında kapitalın bölüşdürülməsi ilə əlaqəli оlmаyаn, lakin kapitalın аzаlmаsı ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara ахını və yа аzаlmаsı və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin аzаlmаsıdır.

Kapitalın saxlanılmasını təmin edən düzəlişlər

Müəssisənin aktivlərinin və öhdəliklərinin dəyərinin yenidənqiymətləndirilməsi və ya yenidən müəyyənləşdirilməsi kapitalda artımı və ya azalmanı yaradır. Bu artımın və ya azalmanın gəlir və xərc anlayışlarına uyğun gəlməsinə baxmayaraq kapitalın saxlanılmasının müəyyən konsepsiyalarına müvafiq olaraq onlar Mənfəət və zərər haqqında hesabatda təqdim edilmir. Bu artım və ya azalma kapitalın saxlanılmasına düzəlişlər və ya yenidənqiymətləndirmə üzrə ehtiyat adı altında müvafiq olaraq Mühasibat balansında və Kapitalda dəyişikliklər haqqında hesabatda əks olunur. (Bax: Kapitalın Saxlanılması üzrə konsepsiyaların açıqlanması bu konseptual əsasların 46-52-ci maddələrində öz əksini tapmışdır)

Maliyyə hesabatlarının elementləri

Münasib və etibarlı informasiyanın məhdudluğu

posted in: Uncategorized | 0

Vaxtında təqdimat ilə etibarlılıq arasında tarazlıq

İnformasiyanın münasib sayılması üçün onun vaxtında təqdim edilməsi vacibdir. Təqdim olunması zamanı səbəbsiz ləngitmələrə yol verilən informasiya öz münasibliyini             itirə     bilər.     Lakin,     əksər     hallarda, informasiyanın vaxtında təqdim olunması məqsədilə əməliyyatların və digər hadisələrin bütün aspektlərinin tam müəyyənləşməsinə qədər hesabat vermək tələbi ortaya çıxır. Bu da maliyyə hesabatlarında təqdim edilən informasiyanın etibarlılıq səviyyəsinin aşağı enməsinə səbəb ola bilər. Əksinə, hesabatın təqdim edilməsi bütün aspektlər müəyyən olunanadək gecikdirildikdə, informasiya yüksək dərəcədə etibarlı, lakin bundan əvvəl qərar qəbul etməli olan istifadəçilər üçün az faydalı ola bilər.

Müəssisə rəhbərliyi maliyyə hesabatlarının vaxtında təqdim edilməsindən və etibarlılığından əldə olunacaq nisbi səmərəliliyin tarazlığını təmin etməlidir. Əksər hallarda tarazlığın təmin edilməsi maliyyə hesabatlarının standartlarda təyin olunmuş müddətdə təqdim olunması deməkdir.

Səmərə ilə məsrəflər arasında tarazlı

Maliyyə hesabatlarında təqdim olunan informasiyadan əldə olunan səmərə bu informasiyanın hazırlanması ilə bağlı məsrəflərdən artıq olmalıdır. Buna görə də, maliyyə hesabatlarında əhəmiyyətsiz informasiyanın göstərilməsinə ehtiyac yoxdur.

Keyfiyyət xüsusiyyətləri arasında tarazlıq

Təcrübədə keyfiyyət xüsusiyyətləri arasında tarazlığın əldə edilməsi zəruri hesab edilir. Maliyyə hesabatlarının vəzifələrinin yerinə yetirilməsi üçün keyfiyyət xüsusiyyətləri arasında müvafiq tarazlığa nail olmaq məqsədəuyğundur. Müxtəlif hallarda,   xüsusiyyətlərin nisbi mühümlüyü peşəkar mülahizələrin predmetidir.

Münasib və etibarlı informasiyanın məhdudluğu

Maliyyə hesabatlarının keyfiyyət xüsusiyyətləri

posted in: Uncategorized | 0

Keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqdim olunan informasiyanı istifadəçilər üçün daha yararlı edən aşağıdakı əsas amillərdən ibarətdir.

Münasiblik

Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməklə istifadəçilərin iqtisadi qərarlar qəbul etmələrinə təsir edən informasiya münasib hesab olunur. İnformasiyanın münasibliyi onun mahiyyəti və əhəmiyyətliliyindən asılıdır. Bəzi hallarda informasiyanın mahiyyəti onun münasib olması üçün kifayətdir. Digər hallarda isə informasiyanın mahiyyəti və əhəmiyyətliliyi birgə nəzərə alınmalıdır.

Əhəmiyyətlilik

Maliyyə hesabatlarını təqdim edənlər tərəfindən nəzərə alınmaması və ya təhrif olunması səbəbindən istifadəçilərin bu hesabatlar əsasında iqtisadi qərarların qəbul edilməsinə təsir edə bilən informasiya əhəmiyyətli hesab olunur. Əhəmiyyətlilik konkret şəraitlərdə maliyyə hesabatlarında diqqətsizlikdən göstərilməmiş məlumatın və ya yol verilmiş səhvin həcminin dəyərindən asılıdır. Belə ki, əhəmiyyətlilik informasiyanın keyfiyyət xüsusiyyətləri ilə deyil, bu informasiyanın münasibliyini müəyyən edən kəmiyyətlər ilə ölçülür.

Etibarlılıq

Tərkibində əhəmiyyətli səhvlər və qabaqcadan əmələ gəlmiş yanlış (qərəzli) fikirlər mövcud olmayan informasiya etibarlı hesab olunur. İstifadəçilər bu informasiyanın etibarlı olduğuna inandıqda, ona arxalana bilərlər. Etibarlı informasiya neytrallıq, ehtiyatlılıq, düzgün təqdimat və tamlıq kimi keyfiyyətlərə malik olmalıdır.

Düzgün təqdimat

Müəssisənin maliyyə hesabatlarında informasiyanın düzgün təqdimatı onun maliyyə vəziyyətini və fəaliyyətinin maliyyə nəticələrini qərəzsiz, təhrifsiz, manipulyasiyasız və ya əhəmiyyətli faktları gizlətmədən, mahiyyətin formadan üstünlüyü konsepsiyası əsasında, mümkün qədər obyektiv əks etdirməsini nəzərdə tutur. Bu o deməkdir ki, Konseptual Əsasların və ya müvafiq Milli Mühasibat Uçotu Standartının tanınma meyarlarına uyğun gələn və hesabat tarixinə və ya hesabat dövründə mövcud olan aktivlərə, öhdəliklərə, kapitala, gəlirlərə və xərclərə təsir göstərmiş bütün təsərrüfat əməliyyatları və digər hadisələr maliyyə hesabatlarında düzgün əks etdirilməlidir.

Mahiyyətin formadan üstünlüyü

Maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlüyü prinsipi əsasında təqdim olunmalıdır.

Neytrallıq

Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün məlumatlar neytral, yəni, qərəzsiz olmalıdır. Maliyyə hesabatlarını hazırlayanlar tərəfindən təqdim olunan informasiya, onların öncədən müəyyən olunmuş nəticənin əldə edilməsi üçün istifadəçinin qərarına təsir etdikdə, maliyyə hesabatları neytral hesab oluna bilməz.

Ehtiyatlılıq

Ehtiyatlılıq – qeyri-müəyyən şəraitdə qiymətləndirmə zamanı aktiv və ya gəlirlərin artırılmamasının, öhdəlik və xərclərin azaldılmamasının təmin olunması məqsədilə diqqətli yanaşmanın tətbiqidir. Əksər hallarda bu o deməkdir ki, qeyri-müəyyən şəraitdə aktiv və gəlirin mümkün dəyərlərindən ən aşağı, öhdəlik və xərcin isə ən yüksək qiyməti istifadə edilməlidir. Lakin, ehtiyatlılıq prinsipinə riayət olunması gizli kapital ehtiyatlarının və həddən artıq həcmdə hesablanmış qiymətləndirilmiş öhdəliklərin yaradılmasını, habelə aktivlərin və gəlirlərin qəsdən azaldılmasını və ya öhdəliklərin və xərclərin qəsdən artırılmasını əsaslandırmır.

Tamlıq

Maliyyə hesabatlarında təqdim olunan informasiyanın etibarlı olması üçün bu informasiya, onun əhəmiyyətliliyi və ona çəkilən xərclər nəzərə alınmaqla, dolğun olmalıdır.

Müqayisəlilik

İstifadəçilər üçün maliyyə hesabatları arasında müvafiqliyi və fərqliliyi müəyyən etmək və qiymətləndirmək imkanını yaradan informasiya müqayisəli hesab olunur.

İstifadəçilər tərəfindən müəssisənin müxtəlif dövrlərə aid olan maliyyə hesabatlarının və ayrı-ayrı müəssisələrin maliyyə hesabatlarının müqayisə edilə bilməsi onlar üçün müəssisələrin maliyyə vəziyyətindəki və fəaliyyətlərinin maliyyə nəticələrindəki meylləri müəyyən etmək imkanı yaradır.

Ardıcıllıq

Müqayisə olunan informasiyanın ən mühüm xüsusiyyətlərindən biri ardıcıllıqdır. Müqayisəlilik prinsipi maliyyə hesabatlarında əks olunan informasiyanın dövrdən dövrə ardıcıl olaraq tanınmasını, qiymətləndirilməsini və təqdim edilməsini tələb edir.

İnformasiyanın ardıcıllığı müəssisə tərəfindən bütün dövrlər ərzində oxşar hadisələr üçün eyni uçot metodunun tətbiq edildiyini bildirir. Lakin, ardıcıllıq prinsipinin tətbiq edilməsi maliyyə hesabatlarının etibarlılığını, münasibliyini və anlaşılmasını təkmilləşdirmək üçün uçot siyasətində dəyişikliklərin edilməsinə maneə yaratmamalıdır.

İnformasiyanın müqayisəliliyi və ardıcıllığı maliyyə hesabatlarının hazırlanması zamanı istifadə olunmuş uçot siyasəti haqqında   istifadəçilərin məlumatlandırılmasını təmin etməlidir. Tətbiq olunan uçot siyasətində hər hansı dəyişikliklər edildikdə, bu dəyişikliklər onların nəticələri ilə birlikdə aydın şəkildə açıqlanmalıdır.

Anlaşıqlılıq

Maliyyə hesabatlarında təqdim olunan informasiyanın mahiyyəti istifadəçilər tərəfindən anlaşılmalıdır. Eyni zamanda, istifadəçilər kommersiya fəaliyyəti və mühasibat uçotu haqqında zəruri biliklərə malik olmalı və informasiyanı kifayət qədər dərindən öyrənməyə hazır olmalıdırlar. Münasib informasiya, onun mürəkkəbliyinə görə istifadəçilər tərəfindən anlaşılmaması səbəbindən maliyyə hesabatlarından çıxarılmamalıdır.

Kommersiya təşkilatları üçün Milli Mühasibat Uçotu standartlarının əsaslandığı ehtimallar

posted in: Uncategorized | 0

Hesablama metodu

Gəlirlər və xərclər təsərrüfat əməliyyatlarının yerinə yetirilməsi ilə bağlı pul vəsaitlərinin və onların ekvivalentlərinin daxil olması və ya xaric olması zamanı deyil, bu əməliyyatların baş verdiyi anda tanınmalıdır.

Müəssisənin fəaliyyətinin fasiləsizliyi

Müəssisənin fəaliyyətinin fasiləsizliyi konsepsiyası müəssisənin fəaliyyətinin davam edəcəyini və onun fəaliyyətinin dayandırılması və ya fəaliyyətinin həcminin əhəmiyyətli dərəcədə ixtisara salınması zərurətinin və ya niyyətinin olmadığını nəzərdə tutur. Adətən, maliyyə hesabatlarının hazırlanması zamanı aktivlərin və öhdəliklərin ilkin dəyəri onların qiymətləndirmə əsası kimi istifadə edilir.
Müəssisənin fəaliyyətinin fasiləsizliyi barədə ehtimal aktivlərin və öhdəliklərin ilkin dəyəri ilə qiymətləndirilməsinin tətbiq edilməsinə zəmin yaradır.

Əgər müəssisənin ləğv olunacağı ehtimal olunarsa, aktivlərin qiymətləndirilmə əsası kimi bu aktivlərin alınması üçün çəkilmiş məsrəflər deyil, onların ehtimal olunan satış dəyərindən (yəni, satış üzrə xərclər çıxılmaqla, satış qiyməti) istifadəsi daha məqsədə uyğundur. Başqa sözlə, əgər müəssisənin yaxın gələcəkdə ləğv olunacağı gözlənilərsə, aktivlərin ehtimal olunan satış dəyəri müəssisə tərəfindən onun öhdəliklərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin gözlənilən mədaxili barədə daha etibarlı məlumatı təmin edəcəkdir.

Müəssisənin uzunmüddətli aktivlərinin amortizasiyası yalnız onun fəaliyyətində müəyyən sabitlik ehtimal olunduqda, məntiqə və
məqsədəmüvafiq hesab oluna bilər. Əgər müəssisənin ləğv olunması labüddürsə, aktivlərin qısamüddətli (dövriyyə) və uzunmüddətli
(dövriyyədənkənar) kimi təsnifləşdirilməsi məqsədəuyğun deyildir. Belə ki, bu zaman, bütün aktivlər ləğv olunması gözlənilən qısamüddətli aktivlər hesab olunur.

Öhdəliklərə gəldikdə isə, maliyyə hesabatlarının istifadəçiləri üçün bu öhdəliklərin kreditorlara ödənişlər prioritetləri əsasında təsnifatı onların, ənənəvi olaraq, qısamüddətli və uzunmüddətli öhdəliklər kimi təsnifatından daha əhəmiyyətli hesab oluna bilər.

Kommersiya təşkilatları, Milli Mühasibat Uçotu standartları