Mühasibat xidmətləri

Mühasibat xidmətləri Outsourcing Mühasibat xidməti autsorsinqi vergi uçotu muhasibatMühasibat xidmətləri Muhasibat.Az-ın əsas istiqamətlərindən biridir. “Outsourcing” kənardan göstərilən peşəkar xidmətdir. Mühasibat xidməti autsorsinqi (accounting outsourcing) – şirkətinizin mühasibat uçotunun aparılmasının kənar və peşəkar mütəxəssislərə həvalə edilməsidir. Mühasibat uçotunu ixtisaslaşmış şirkətə etibar etməklə bir çox üstünlüklər qazanmış olursunuz.

Sizcə işə kimi götürmək daha münasibdir – yüksək məvacib müqabilində işləyəcək mühasibi, yoxsa həmin işləri peşəkar səviyyədə yerinə yetirəcək, mühasibat uçotunun aparılması sahəsində ixtisaslaşmış, bu sahədə geniş spektrli xidmətlər göstərən və nəhayət qiymət baxımından sizə daha ucuz başa gələn, bu sahədə bütün məsuliyyəti öz üzərinə götürəcək outsourcing şirkətinin xidmətindən istifadə olunması?

Mühasibat xidməti autsorsinqinin üstünlükləri nələrdir?
  • Bütün vergi yoxlamaları bizim öhdəliyimizdədir (yaxşı yuxu sizin sağlamlığınız üçün vacibdir);
  • İstənilən çətinlik yaradan sualla bağlı AUDİTOR, HÜQUQŞÜNAS VƏ HR MƏSLƏHƏTİ;
  • İldə 2 dəfə sizin mühasibatınızın pulsuz daxili auditini keçiririk;
  • Bizim şirkətdə hər kəs sağlam həyat tərzi keçirir ki, bu da işlərin nəticəsinə müsbət təsir göstərir;
  • Şirkətimizin bütün xidmətləri sığortalanıb;
  • Yeni yaranan bizneslərə pulsuz xidmət.
Biz aşağıdakı xidmətləri həyata keçiririk:
Mühasibat Xidmətləri:
  • Mühasibat uçotunun qurulması və bərpası;
  • Cari mühasibat uçotunun aparılması;
  • Mühasibat sənədlərinin tərtibatı;
  • Mühasibat sənədlərinin yoxlanılması və analizi;
  • Ayrı-ayrı sahələrdə mühasibat uçotunun təşkili;
  • Mühasibat uçotu və vergi sahəsində məsləhət xidməti;
  • Uçot siyasətinin hazırlanması;
  • Mühasibat uçotunun registrinin tərtib edilməsi;
  • Vergi orqanı, DSMF və statistika üçün hesabatların hazırlanması;
  • Daxili maliyyə hesabatlarının hazırlanması;
  • Mühasibat və vergi uçotu-nun aparılması;
  • Müəssisənin maraqlarının dövlət orqanlarında təmsil edilməsi;
  • Vergi yoxlamalarının müşayiət edilməsi.
Kadr Xidmətləri:
  • Kadr uçotunun qurulması;
  • Kadrlar uçotunun auditi;
  • Kadr uçotunun aparılması;
  • Əmək haqqının hesablanması.
Hüquq Xidmətləri;
  • Şirkətlərin qeydiyyatı;
  • Fiziki şəxslərin qeydiyyata alınması;
  • Hüquqi sənədlərə dəyişikliklər;
  • Müəssisələrin ləğvi;
  • Müqavilələrin hazırlanması.
Audit Xidmətləri;
  • Mühasibat auditi;
  • Vergi auditi;
  • Kadr auditi.

Əlaqə telefonları:

+99412 598 37 98
+99450 225 81 05

Vergilər Nazirliyinin departament rəhbəri işdən azad olundu

posted in: Xəbər | 0
Vergilər Nazirliyində kadr dəyişikliyi baş verib. “Report” xəbər verir ki, Nazirliyin departament rəhbəri və onun müavini vəzifədən azad ediliblər.
Məlumatda deyilir ki, nazir Fazil Məmmədovun əmri ilə Nazirliyin Daxili təhlükəsizlik Departamentinin baş direktoru Vüqar İsmət oğlu İsmayılov və onun müavini Nəsimi Əsgər oğlu Cəfərov vəzifəsindən azad edilib.
Adıçəkilən departamentə rəhbər təyinatı hələ yoxdur.
N.Cəfərov isə Əlaqələndirmə Departamentinin baş direktoruna müavin təyin edilib. 
Xatırladaq ki, N.Cəfərov bundan öncə Vergilər Nazirliyi yanında Lokal gəlirlər Departamentinə rəhbərlik edib.

Əmək funksiyası və maddi məsuliyyət

posted in: Uncategorized | 0

Əmək müqaviləsinin ən vacib bölməsi işçinin əmək funksiyasıdır. İşçinin əmək funksiyalarını müqavilədə bütövlükdə əks etdirmək üçün böyük yer tələb olunduğundan, təcrübədə bu problemi vəzifə təlimatları hazırlamaqla həll edirlər. Vəzifə təlimatlarında işçinin əmək funksiyaları geniş şəkildə əksini tapır. İşçi isə qəbul olunanda bu təlimatlarla tanış olur və onları imzalamaqla razılığını bildirir.

Bəzən müraciət edirlər ki, bir işçi eyni təşkilatda 2 vəzifə daşıya bilərmi? Tutaq ki, müəssisədə kassir işini ofis meneceri görür. Bu hal necə tənzimlənməlidir? Müəssisədə bir vəzifə nə qədər boş qala bilər?

İşçi təşkilatda iki vəzifəni eyni anda cəmi 3 ay daşıya bilər. 3 aydan sonra işçi artıq yalnız əvvəlki işini icra etməli və ya ona həvalə edilmiş işdə işləməlidir. Yaxud da onun əmək funksiyalarına yeniləri əlavə olunmaqla, əmək haqqıda dəyişiklik edilməlidir. Kiçik təşkilatlarda çox vaxt kassir vəzifəsini təşkilatın direktoru, yaxud da başqa bir işçi görür. Bu zaman əlavə işçinin götürülməsinə ehtiyac yoxdur. Tutaq ki, direktor istəyir ki, ofis menecerinə kassanı həvalə etsin. Bu zaman həmin ofis menecerinin əmək funksiyalarına kassir vəzifəsi ilə bağlı əlavələr edilməlidir. Ehtiyac olarsa, işə götürən əlavə əmək funksiyasına görə işçinin əməkhaqqını artıra bilər. Təbi ki, bu işçi ilə işəgötürənin razılığı ilə olmalıdır.

Maddi məsuliyyət

Müəssisədə bəzi vəzifələrdə çalışan işçilər maddi məsuliyyət daşıyırlar. Əmək müqaviləsi bağlanarkən, işəgötürən əmək münasibətləri prosesində vediyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Daha doğrusu belə müqavilələrin bağlanması məqsədə uyğundur. Çünki əmək məcəlləsində göstərilirki, tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda, əməlində cinayət tərkibi olan təqsirli hərəkətlər istisna olmaqla, digər hallara işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əməkhaqqı məbləğində maddi məsuliyyət daşıyır. Fikrimizin daha aydın olması üçün misala müraciət edək. Tutaq ki, anbardar vəzifəsində çalışan işçinin cavabdeh olduğu anbarda malların kiçik bir hissə itib və ya xarab olub. Araşdırma zamanı məlum olub ki, bu məsələdə cinayət xarakteri yoxdur. Amma xoşagəlməz hadisə anbardarın məsuliyyətsizliyi ucbatından baş verib. Əgər işəgötürən anbardarlarla tam maddi məsuliyyət haqqında razılaşma bağlamayıbsa, onda anbardar vurulan ziyana görə ancaq orta aylıq əmək haqqı məbləğində məsuliyyət daşıyır. Tutaq ki, əmək haqqı 300 manat dəyən zəyər isə 800 manatdır. Bu zaman anbardar 300 manat ödəməklə məsuliyyətdən azad olur. Amma həmin işçi ilə əvvəlcədən tam maddi məsuliyyət haqqında müqavilə bağlansaydı, onda işçi vurulan ziyanın hamısına görə məsuliyyət daşıyardı. Tam maddi məsuliyyət haqqında müqavilənin bağlanması tələb olunan işçi ilə bu müqavilə əmək müqaviləsi ilə eyni zamada imzalanır. Həmin sənəd əmək müqaviləsinə əlavə olunur.

Əmək funksiyası və maddi məsuliyyət

 

 

Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti

posted in: Uncategorized | 0

Əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən  olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.  Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.

Tərəflər məhkəməyə müraciət etmədən vurulan ziyandan əmələ gələn öhdəliklərin özləri tərəfindən həllinə üstünlük verirlər.

Birinin digərinə vurduğu ziyana görə tərəflərin qarşılıqlı maddi məsuliyyəti