Sahibkarlıq fəaliyyətinin müvəqqəti dayandırılması üçün necə müraciət etməli?

posted in: Xəbər | 0

Dayandırılmış sahibkarlıq fəaliyyətimin 07.01.2025-ci il tarixindən avtomatik olaraq aktivləşəcəyi haqqında mənə məktub gəlib. Mən isə fəaliyyətimin aktivləşməsini istəmirəm. Bunun üçün hansı sənədlərlə və hara müraciət etməliyəm?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin müvəqqəti dayandırılması prosedurları fərqlidir.

Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən (https://www.taxes.gov.az/az/page/fiziki-sexsin-legv-edilmesi-ile-elaqedar-yerine-yetirilmeli-olan-prosedurlar) əldə edə bilərsiniz.

Sorğuya cavab olaraq isə bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə ləğvi mümkündür.

Mənbə: vergiler.az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda “e-mühasibat” informasiya sistemi yaradılacaq

posted in: Xəbər | 0

Azərbaycanda “e-mühasibat” informasiya sisteminin yaradılması nəzərdə tutulur.

Bu, “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Qanun layihəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) “e-mühasibat” informasiya sistemi aşağıdakıları təmin edir:

  • Qanunun tələbləri nəzərə alınmaqla mühasibat uçotu subyektləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməli olan maliyyə hesabatlarının “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq elektron qaydada təqdim edilməsini;
  • Mühasibat uçotu subyektləri tərəfindən istifadə edilməsi üçün bu Qanunda nəzərdə tutulan beynəlxalq standartların Azərbaycan dilində dərc olunan rəsmi mətnlərinin, mühasibat uçotunu tənzimləyən hüquqi aktların Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində dərc edilmiş elektron mətnlərinə keçidinin, mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarının və maarifləndirici məlumatların yerləşdirilməsini.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Mənbə: report.az

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır

posted in: Xəbər | 0

Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.

Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.

Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.

Mənbə: report.az

İşçilərin və ya ştatların ixtisarı zamanı təminat məsələləri

Azyaşlı uşaqlara görə gəlir vergisi üzrə güzəşt kimlərə verilir?

posted in: Xəbər | 0

Ailəliyəm, 2 azyaşlı övladım var. Həyat yoldaşım işləmir. Əməkhaqqından gəlir vergisi hesablanarkən 50 manatlıq vergi güzəşti hüququndan istifadə edə bilərəmmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı aylıq gəliri 50 manat məbləğində azaldılır. Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin isə 23 yaşa çatdığı ilin sonunadək saxlanılır.

Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.6-ci maddəsinə uyğun olaraq, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq olunur və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda, vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır.

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsi və Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əməkhaqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Mənbə: vergiler.az

İşçilərin və ya ştatların ixtisarı zamanı təminat məsələləri

1 227 228 229 230 231 232 233 2. 396