Video: “Mühasibatı mükəmməl öyrən: İlk addımlar və əsas prinsiplər”

posted in: Xəbər | 0

Azərbaycan Mühasiblər Məktəbi”nin “Mühasibatı mükəmməl öyrən: İlk addımlar və əsas prinsiplər” mövzusunda təşkil etdiyi ödənişsiz vebinara qoşula bilməyənlər, keçid edərək video yazını izləyə bilərlər. 

Vebinarın təqdimatçısı Nizami Qarayev 5 ilə yaxın təlimçilik təcrübəsi ilə mühasibatlıq və 1C sahəsində həm nəzəri, həm də praktiki yanaşmanı özündə birləşdirən tədris proqramları tədris edir. Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil almış və 2009-cu ildə bakalavr dərəcəsi ilə məzun olmuşdur.

Peşəkar sertifikatlar:

* ACCA F1 (2015)
* ACCA F2 (2017)
* ACCA F3 (2015)
* Diploma in Accounting and Business (ACCA) (2017)
* IAB (International Association of Bookkeepers) Level 3 (2013)

İş təcrübəsi:

Mühasibatlıq sahəsində müxtəlif sektorlarda 15 ildən çox fəaliyyət göstərmiş və zəngin təcrübə toplamışdır:

* Teleradio İstehsalat Birliyi – Əməkhaqqı üzrə mühasib
* AzMeCo (indiki SOCAR Metanol) – Əsas vəsaitlər və mal-material üzrə mühasib
* Palsüd – Xərclərə nəzarət üzrə mühasib
* Bakelektro – Aparıcı mühasib
* Mirlex Trading – Baş mühasibin köməkçisi
* Caspian Rail MMC – Baş mühasib

Hal-hazırda sərbəst mühasib kimi fəaliyyətini davam etdirərək bir çox şirkətə maliyyə xidmətləri göstərir.

Kanalımıza abunə olmaqla, qoşula bilmədiyiniz vebinarları yenidən izləyə bilərsiniz: https://www.youtube.com/@muhasiblermektebi

Peşəkar Mühasib Sertifikatı imtahanına hazırlıq kursları

Mühasibat kursları

Vergi kursları

Mühasiblər üçün Excel kursları

Əlaqə:

Xarici ölkə vətəndaşları Azərbaycanda necə VÖEN ala bilərlər?

posted in: Xəbər | 0

Xarici ölkə vətəndaşı müvəqqəti yaşamaq icazəsi olmadan yalnız xarici pasportla VÖEN ala bilərmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini fiziki şəxs kimi həyata keçirmək istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sahibkarlıq fəaliyyətinə başladığı günədək “Fiziki şəxsin uçotu haqqında ərizə” və həmin ərizəyə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti ilə yaşadığı yer üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alına bilər.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətin xüsusiyyətlərindən asılı olaraq, etməli olduqları hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsindəki “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

Mənbə: vergiler.az

Bazarlarda obyektlərə nəzarət gücləndiriləcək – yeni qaydalar

Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti daha 1 il uzadılıb

posted in: Xəbər | 0

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qərara alınıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində “2025-ci” sözləri “2026-cı” sözləri ilə əvəz edilsin.

Qanun 2025-ci il yanvarın 1-dən tətbiq edilir.

Mənbə: vergiler.az

Bazarlarda obyektlərə nəzarət gücləndiriləcək – yeni qaydalar

Bazarlarda obyektlərə nəzarət gücləndiriləcək – yeni qaydalar

posted in: Xəbər | 0

2025-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsində dəyişikliklərə əsasən, vergi ödəyicilərinin vəzifələrinə bəzi əlavələr edilib. Yeniliyi iqtisadçı ekspert Anar Bayramov şərh edir. 

Vergi ödəyicilərinin vəzifələrinə aşağıdakı məzmunda üç əlavə edilib:

  • Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən əmlak icarəyə verildikdə əmlakı icarəyə götürənin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması həyata keçirildikdən sonra onun həmin təsərrüfat subyektlərində (obyektlərində) fəaliyyət göstərməsinə şərait yaratmaq (Maddə 16.1.11-15.);
  • Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarlarda daşınmaz əmlak həmin əmlakın mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən, habelə əmlak icarəyə verildikdə icarəyə götürən tərəfindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə təsərrüfat subyektinin (obyektinin) girişində həmin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumatı (arayışı) əks etdirmək (yerləşdirmək) (Maddə16.1.11-16.);
  • Kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumatı elektron formada hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına taqdim etmək (Maddə 16.1.11-17)

Vergi Məcəlləsində vergi ödəyicisinin vəzifəsinə əlavə edilən bəndlərlə bağlı mühüm məqamları qeyd etməzdən öncə əlavələrin məqsədini diqqətə çatdıraq. Vergi ödəyicisi nəzarət-kassa aparatı və POS-terminal quraşdırılması üçün, ilk növbədə, fəaliyyət göstərdiyi obyekti vergi orqanında qeydiyyata salmalıdır. Təəssüf ki, bəzi vergi ödəyiciləri fəaliyyət göstərdiyi obyekti vergi orqanında qeydiyyata salmaqda maraqlı olmur. Bu səbəbdən də Vergi Məcəlləsində edilmiş son dəyişikliklə bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) üzərinə vəzifələr qoyuldu ki, həmin vergi ödəyicilərinin obyektlərinin vergi orqanında qeydiyyata alınmasını tələb etsinlər. Qeyd edək ki, oxşar təcrübə Rusiya Federasiyası və Gürcüstanda da mövcuddur.

Mühüm məqamlara gəlincə, birincisi, Vergi Məcəlləsinə əlavə edilmiş hər üç bənd 9 aydan sonra, yəni 1 oktyabr 2025-ci ildən qüvvǝyǝ minəcək. Bu barədə Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı Qanunun 3-cü maddəsində qeyd edilib. Həmçinin, həmin Qanunun 2-ci maddəsi olan keçid müddəasında yazılıb ki, kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

Misal

Ticarət mərkəzinin idarəçiləri həmin mərkəzdə təsərrüfat mallarının satışını həyata keçirən vergi ödəyicisinin obyekt kodu alınmasını 1 mart 2026-ci il tarixə kimi təmin etməlidir. Çünki bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən müvafiq Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində vergi orqanında uçota alınmamış təsərrüfat subyektinin (obyektinin) uçota alınması və həmin təsərrüfat subyektini (obyektini) icarəyə götürənlərin təsərrüfat subyektinin (obyektinin) vergi orqanında uçota alınması təmin edilməlidir.

İkinci məqam: Maddədə bazar dedikdə, ticarət mərkəzləri ilə yanaşı, “Moll”lar da nəzərdə tutulur.

Üçüncü məqam: Vergi Məcəlləsində edilmiş son dəyişikliklər bazarların mülkiyyətçilərinin (bazarlar idarəetməyə verildikdə – idarəedicilərin) üzərinə aşağıdakı üç yeni vəzifəni qoyur:

  • Əmlakı icarəyə götürən vergi ödəyicisinin obyekti vergi orqanında qeydiyyata salmasına nəzarət etməlidir. Əgər obyekti icarəyə götürən vergi ödəyicisi onu vergi orqanında qeydiyyata salmazsa, icarəyə verən onun fəaliyyət göstərməsinə imkan verməməlidir;
  • Obyekti icarəyə götürən vergi ödəyicisinin obyektin vergi orqanında qeydiyyat alınması haqqında arayışı girişdə yerləşdirməsini təmin etməlidir;
  • Bazarların mülkiyyətçiləri (bazarlar idarəetməyə verildikdə – idarəediciləri) tərəfindən vergi orqanına rüblük məlumat təqdim edilməlidir. Vergi orqanı tərəfindən təqdim olunan xüsusi formada icarə müqaviləsinə xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə məlumatlar öz əksini tapacaq.

Qeyd edək ki, Vergi Məcəlləsinin maliyyə sanksiyaları ilə bağlı bölməsində yuxarıda qeyd edilən hallar üzrə nəzarət tədbirləri nəzərdə tutulub.

Mənbə: vergiler.az

Vergi sisteminin inkişafı və rəqəmsallaşmanın genişləndirilməsi fəaliyyətimizin vacib amilidir

1 214 215 216 217 218 219 220 2. 395