2024-cü ildə ən çox vergi ödəyən hüquqi şəxslərin siyahısı

posted in: Xəbər | 0

Vergi orqanları tərəfindən şəffaflaşmanın, vergi intizamının və sosial məsuliyyətin artırılması istiqamətində aparılan islahatlar dövlət və özəl sektor arasında qarşılıqlı etimadın yüksəlməsini təmin edir. Sahibkarların vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsini artıran bu addımlar biznes mühitində məzmunca yeni mərhələyə keçidi sürətləndirir.

Dövlət Vergi Xidməti 2024-cü ildə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin adlarını açıqlayır. Siyahı ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.taxes.gov.az/az/page/gelecek-strategiyalarplanlar

Mənbə: vergiler.az

Vergi sisteminin inkişafı və rəqəmsallaşmanın genişləndirilməsi fəaliyyətimizin vacib amilidir

Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu seçildi

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyində ”Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda Forum keçirilib. Tədbirdə dövlət qurumlarının rəhbərləri, sahibkarlar və ekspertlər iştirak edib, ölkənin vergi siyasətində əldə olunan uğurlar və gələcək hədəflər müzakirə olunub. Forum çərçivəsində müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə sertifikatlar təqdim edilib. Kapital Bank “Qeyri-neft sektoru üzrə vergi rekordçusu” nominasiyasında sertifikata layiq görülüb.

Qeyd edək ki, forum İqtisadiyyat naziri Mikayıl Cabbarovun çıxışı ilə açılıb. Nazir vergi sisteminin ölkə iqtisadiyyatındakı rolunu vurğulayaraq, onun təkcə fiskal orqan deyil, həm də biznes mühitinin inkişafına, şəffaflığın artırılmasına və sahibkarlarla səmərəli tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edən bir institut olduğunu bildirib. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı məktub da səsləndirilib.

Ölkənin aparıcı maliyyə institutlarından biri olan Kapital Bank uzun illərdir qeyri-neft sektorunun inkişafına dəstək verir və sahibkarların maliyyə resurslarına çıxışını asanlaşdıran layihələr həyata keçirir. Bankın vergi öhdəliklərinin icrasında fəallığı və iqtisadi şəffaflığın gücləndirilməsinə verdiyi töhfə bu sertifikatla qiymətləndirilib.

Tədbirdə çıxış edən rəsmilər vergi inzibatçılığının təkmilləşdirilməsi, biznes mühitinin şəffaflaşdırılması və sahibkarlığın dəstəklənməsi istiqamətində aparılan islahatların ölkə iqtisadiyyatına verdiyi müsbət təsiri vurğulayıblar. Kapital Bankın da qeyri-neft sektorunda vergi öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi bu siyasətin uğurlu nəticələrindən biri kimi qeyd olunub.

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 151 ildir ki, uğurla fəaliyyət göstərir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur. Universal bank olan Kapital Bank 5 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir. Ətraflı məlumat üçün: https://kapitalbank.az

Vergi sisteminin inkişafı və rəqəmsallaşmanın genişləndirilməsi fəaliyyətimizin vacib amilidir

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrdə gəlir və xərclərin uçotunun aparılması

posted in: Xəbər | 0

Mövzunu vergi eksperti Azər Qənbərov şərh edir.

Məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisələrə ölkədə aqrar sahənin inkişafı və yerli məhsulların istehsalının artımı, eləcə də əhalinin tələbatının idxaldan asılılığının aradan qaldırılması məqsədilə bir necə vergi növləri üzrə, o cümlədən mənfəət vergisi üzrə azadolmalar verilib.

Vergi Məcəlləsinin 106.1.14-cü maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri mənfəət – 2014-cü il yanvarın 1-dən 13 il müddətinə mənfəət vergisindən azad edilib. Həmçinin, Vergi Məcəlləsinin 106.1.14-1-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin bu sahə üzrə dividend gəlirləri – 2023-cü il yanvarın 1-dən 4 il müddətinə mənfəət vergisindən azad edilib.

Yuxarıda qeyd edilənlərdən məlum olur ki, ümumiyyətlə, kənd təsərrüfatı sahəsi və kənd təsərrüfatı məhsullarınn istehsalı ilə məşğul olan şəxslər bu fəaliyyət üzrə qeyd edilən müddət ərzində bütün vergilərdən, hətta əldə etdikləri dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalara və satışdankənar gəlirlərə görə də hesablanmalı olan mənfəət vergisindən azaddır. Nümunə olaraq, azadolmalar üzrə hallara nəzərə salaq:

Misal

“AA” MMC kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur və kiçik sahibkarlıq subyekti kimi il ərzində 100.000 manat dəyərində toxum, 120.000 manat dəyərində gübrə və 300.000 manat dəyərində kənd təsərrüfatı texnikası alaraq işçi qüvvəsi ilə icarəyə götürdüyü torpaqlarda fəaliyyətə başlayıb və mövsümün sonunda 650.000 manat dəyərində məhsul satışından gəlir əldə edib. İşçi qüvvəsi ilə bağlı ümumi xərclər 70.000 manat olub, kənd təsərrüfatı texnikasına maksimal amortizasiya hesablanıb. Mövsüm sonu məhsul satışından sonra müəssisə müəyyən səbəblərdən icarəyə götürdüyü torpaqları geri qaytarıb, il bitdikdən sonra istifadə edilməmiş 15.000 manat dəyərində toxumu 20.000 manata, 25.000 manat dəyərində gübrəni alış qiymətinə, texnikaları isə 230.000 manata digər fermerə satıb. Qeyd olunan halda, “AA” MMC-nin əldə etdiyi gəlirlər mənfəət vergisindən azad ola bilirmi?

Beləliklə: müəssisənin kənd təsərrüfatı məhsullarının satışından gəlirləri 650.000 manat, gəlirdən çıxılan xərcləri isə 340.000 manat təşkil edib:

100.000-15.000 = 85.000 manat (toxum);

120.000 – 25.000 = 95.000 manat (gübrə);

(85.000 + 95.000 + 70.000 + ((300.000 x 20%) x 1.5)) = 340.000 manat.

Bu halda, şirkətin mənfəəti 310.000 manat olub:

650.000 – 340.000 = 310.000 manat.

Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə mənfəət vergisindən azadolma tətbiq edildiyindən, vergiyə cəlb olunan gəlirlər və xərclər sıfırlanaraq, sonda vergiyə cəlb edilən mənfəət də sıfır olacaq. Təbii ki, bu halda “AA” MMC mənfəət vergisindən azad olan gəlirlərini bəyannamədə tam şəkildə bəyan etməlidir. Əks halda, Vergi Məcəlləsinin 58.15-ci maddəsinə əsasən, vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq olunur.

Bəs kənd təsərrüfatı texnikasının, toxum və gübrənin satışı vergiyə cəlb olunacaqmı?

Vergi Məcəlləsinin 13.2.12-ci maddəsinə əsasən, satışdankənar gəlirlər dedikdə – digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə edilən gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq olaraq, iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri başa düşülür.

Bu halda, gübrə, toxum və kənd təsərrüfatı texnikasının satışı bu sahə ilə bağlı olsa da satışdankənar gəlirlərə aid edilməyək mənfəət vergisinə cəlb olunacaq.

Beləliklə, “AA” MMC qeyd edilən malların və texnikanın satışına görə 5.000 manat məbləğində mənfəət vergisi hesablayaraq ödəməli olacaq:

(20.000 + 25.000 + 230.000 – 15.000 – 25.000 – 210.000) = 25.000 manat;

25.000 x 20% = 5.000 manat

Əlbəttə ki, kənd təsərrüfatı texnikasına maksimal amortizasiya hesablanmasaydı, bu halda 5.000 manat zərər yarana bilərdi. Bunun üçün isə “AA” MMC növbəti dövrlərdəki fəaliyyətini nəzərə almaqla vergilərin optimallaşdırılmasını həyata keçirməlidir.

Mənbə: vergiler.az

Vergi siyasəti iqtisadi səmərəliliyə böyük təsir göstərir

“Birbank Bir ekosisteminin mərkəzindədir və bu təqdimat yeni bir dövrün başlanğıcıdır!” Fərid Hüseynov, Birbank-ın Baş İcraçı direktoru

posted in: Xəbər | 0

Xəbər verdiyimiz kimi PAŞA Holdinq tərəfindən yaradılan və ölkənin biznes və maliyyə mühitinə yeni bir nəfəs gətirən Bir ekosistemi ictimaiyyətə təqdim olundu. Bu ekosistem, holdinqin aparıcı şirkətlərini bir araya gətirərək müştərilərə daha rahat və inteqrasiya olunmuş xidmət təcrübəsi təqdim etməyi hədəfləyir. Birbank,  ekosistemin mərkəzi sütunlarından biri olaraq müştərilərin maliyyə ehtiyaclarını ödəməklə yanaşı, digər xidmətlərə də asan və təhlükəsiz çıxış imkanı yaradır.

Qeyd edək ki, Bir ekosistem maliyyə, e-ticarət və rəqəmsal ödəniş sahələrində müştərilərin etibarını qazanmış Birbank, Umico, m10 və MilliÖn brendlərini vahid çətir altında birləşdirərək bu brendlərin təqdim etdiyi xidmətləri müştərilər üçün daha rahat, əlçatan və inteqrasiya olunmuş şəkildə təqdim edir. Bununla yanaşı, Trendyol Azərbaycan və BakıKart kimi strateji tərəfdaşlarlarla da müştəri təcrübəsini daha da zənginləşdirir. Birbank isə bu ekosistemdə müştərilərə kredit, depozit, ödənişlər və digər bank xidmətləri təqdim etməklə yanaşı, onlara Umico-da Birbank krediti ilə alış-veriş etmək, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödəmək və digər xidmətlərdən faydalanmaq imkanı da yaradır. Qeyd edək ki, Bir ekosistem müştərilər üçün innovativ həllər təqdim etmək məqsədilə Vahid giriş, bonus, ödəniş və kredit olmaqla dörd əsas yenilikçi konsept üzərində qurulub. Bu konseptlər müştərilərə ekosistem daxilində daha sürətli, rahat, sərfəli və təhlükəsiz xidmətlərdən yararlanmaq imkanı təqdim edir.

Tədbirdəki çıxışı zamanı Birbank-ın İdarə Heyətinin sədri, Baş icraçı direktoru Fərid Hüseynov, Bir ekosistemin gələcək inkişaf istiqamətlərini vurğulayaraq qeyd edib: “Birbank olaraq böyük ekosistemin bir hissəsi olmaqdan qürur duyuruq. Uzun müddətdir böyük bir komanda olaraq müştərilərimizə daha rahat, sürətli və innovativ həllər təqdim etmək üçün çalışırdıq. Bu gün isə Bir ekosistemi rəsmi olaraq müştərilərimizin ixtiyarındadır. Bir sözlə, bu sadəcə bir təqdimat deyil, tamamilə yeni bir dövrün başlanğıcıdır!”.

Bir ekosisteminin rəsmi təqdimat mərasimində, ekosistemi təşkil edən digər şirkətlərin, Umico, M10 və MilliÖn-ün Baş icraçı direktorları da çıxış edərək, öz şirkətlərinin bu inteqrasiyadakı rolunu vurğulayıblar. Həmçinin, tədbirdə brendin fəlsəfəsi və 2025-ci il üçün bazara təqdim ediləcək yeni məhsulların xüsusiyyətləri barəsində ekosistemin müvafiq sahələr üzrə rəhbərləri tərəfindən ətraflı məlumat verilib.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Birbank 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi,118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və Paşa Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Vergi sisteminin inkişafı və rəqəmsallaşmanın genişləndirilməsi fəaliyyətimizin vacib amilidir

1 215 216 217 218 219 220 221 2. 395