Nizamnamə kapitalı 723.000 manat olan ASC yaradıldı

posted in: Vergi, Xəbər | 0

ASCVergiler.az qəzetinin xüsusi buraxılışında dərc olunan yazıya əsasən, nizamnamə kapitalı 723.000 manat olan ASC yaradılıb.

Kommersiya qurumunun adı: “Cəlilabad Dəmir Beton” Açıq Səhmdar Cəmiyyəti

Qeydiyyat nömrəsi (VÖEN): 8302729251

Təşkilati-hüquqi forması: ASC

Hüquqi ünvanı: AZ1527, Cəlilabad rayonu, Uzuntəpə.

Nizamnamə kapitalı: 722.840 AZN

Maliyyə ili: 01 Yanvar-31 Dekabr

Qanuni təmsilçi: Kərimov Fəttah Məmməd oğlu

Dövlət qeydiyyatına alındığı tarix: 25 iyul 2018

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Kriptovalyuta ticarəti vergiyə necə cəlb edilir?

posted in: Vergi, Xəbər | 0

KriptovalyutaSual: Bilmək istərdim, kriptovalyuta ticarətindən gəlir əldə olunmasına görə vergi verilməsi barədə rəsmi qərar qəbul olunubmu? Olunubsa, harada o qərara baxa bilərəm?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemi, vergitutmanın ümumi əsasları, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydaları Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilir. Eyni zamanda Vergi Məcəlləsinin 2.4-cü maddəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz. Eyni zamanda bildiririk ki, fiziki şəxsin əldə etdiyi kriptovalyutanın pul ifadəsində dəyərinin artmasından əldə olunan gəlirlər onun qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərinə aid edilir. Kriptovalyutaların satışından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə olunan gəlirləri üzrə bəyannamə təqdim etməlidir. Bu zaman kriptovalyuta satışından əldə olunan gəlirdən kriptovalyutanın alınmasına ödənilmiş məbləğ çıxılır və qalan fərq 30000 manatadək olduqda 14 faiz dərəcə ilə, 30000 manatdan yuxarı olan məbləğdən isə 25 faiz dərəcə ilə gəlir vergisi hesablanıb ödənilir. Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) və vergitutma sistemləri barədə ətraflı məlumat almaq üçün “Sahibkarın vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik. Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Bax: Vergi Məcəlləsinin 13.2.37-ci, 33-cü və 34-cü maddələri, VIII, X, XI və XVII fəsilləri.

Mənbə: taxes.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Baş mühasib axtarılır

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Baş mühasibVakansiyanın adı: Baş mühasib

Vakansiyanın kateqoriyası: Qulluqçu

Ödəniş növü: Vaxtamuzd

Vəzifə (peşə) üzrə əmək haqqı: 1500-2000 AZN

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofis daxili

İş yerinin ünvanı: Baş ofis

Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə, mühasibatlıq və iqtisadiyyat sahəsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 3 il

Tələb olunan komputer bilikləri:

– Microsoft Word – yaxşı səviyyədə
– Microsoft Excel – orta səviyyədə

Tələb olunan fərdi heyfiyyətlər:

– Komanda ilə işləmək bacarığı, məsuliyyətlilik, dəqiqlik.

Tələb olunan xarici dil bilikləri:

– Rus və ingilis dillərindən birini əla, digərini yaxşı səviyyədə bilmək.

Vəzifə üzrə tələb olunan biliklər:

– Mühasibat uçotunun təşkilini, mühasibat hesabatlarının tərtibi;
– Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların metodiki, normativ və digər rəhbər materiallarını;
– Müəssisənin  strukturunu, onun prespektiv inkişafını;
– Mühasibat uçotunun müəssisələrdə təşkilini;
– Maliyyə hesablarının forma və qaydalarını;
– Pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını;
– Pul, maddi vəsaitlərinin, debitor borclarının silinməsi qaydalarını;
– Debitor və kreditorlarla hesablaşma qaydalarını;
– Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qaydalarını;
– Yoxlanış və sənədli təftişin qaydalarını;
– Müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni;
– İqtisadiyyatın əsaslarını;
– İstehsalın, əməyin və idarəetmənin təşkilini;
– Mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini;
– Əməyin mühafizəsi;
– Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Digər tələb və üstünlük göstəriciləri:

– Kollektivi idarə etmə vərdişləri,
– İşgüzar ünsiyyətin və danışıqlar aparılmasının üsul və metodlarını bilməsi.

Vəzifə öhdəlikləri:

– Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
– Vergi və mühasibat uçotunun aparılması;
– Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
– Debitor və kreditor hesablaşmaların aparılması;
– Əmək haqqı, məzuniyyətlərin hesablanması;
– Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.;
– Mal-materialların uçotunun aparılması;
– İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması;
– Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi;
– Aylıq daxili maliyyə hesabatlarının hazırlanması;
– Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;
– Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi.
– Mühasibat məsələləri, nəzarət, hesabat və iqtisadi təhlil üzrə müəssisənin işçilərinə rəhbərliyin edilməsi.

Vakansiyanın elan olunma tarixi: 10.09.2018
Son müraciət tarixi: 20.09.2018

E – mail : company_cv@tutanota.com / info@finstaff.az

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

2000 manat məvaciblə Aparıcı mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

Aparıcı mühasibVakansiyanın adı: Aparıcı mühasib (böyük)

Vakansiyanın kateqoriyası: Qulluqçu

Vakansiya üzrə struktur: Maliyyə və iqtisadiyyat şöbəsi

Ödəniş növü: Vaxtamuzd

Vəzifə (peşə) üzrə əmək haqqı: 1500-2000

Əlavə ödəniş: Qanunvericiliyə uyğun olaraq

İş vaxtının norması: 09:00-18:00 / 5 gün

Əmək şəraiti: Ofis daxili

İş yerinin ünvanı: Baş ofis

Tələb olunan təhsil istiqaməti/ixtisası: Maliyyə sahəsi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavr

Tələb olunan minimum əmək stajı: Sahə üzrə: 2 il

Tələb olunan komputer bilikləri:

– Microsoft Word – yaxşı səviyyədə;
– Microsoft Excel – yaxşı səviyyədə.

Tələb olunan fərdi heyfiyyətlər:

  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik.

Tələb olunan xarici dil bilikləri:

Rus və ingilis dillərindən birini əla, digərini yaxşı səviyyədə bilmək.

Vəzifə üzrə tələb olunan biliklər:

– Mühasibat və vergi uçotunun aparılması;
– Maliyyə hesabatlarının beynəlxalq standartları.

Vəzifə öhdəlikləri:

Mal material və əsas vəsaitlərin uçotuna nəzarət etmək;
Uçot prosesinin nəzarəti üçün regionlara səyahət etmək;
Baş mühasibdən alınacaq təlimatları icra etmək;
Departament üzrə gəlirlər və xərclər smetasını icrasına nəzarət etmək.

Vakansiyanın elan olunma tarixi: 10.09.2018
Son müraciət tarixi: 20.09.2018

E – mail : company_cv@tutanota.com / info@finstaff.az

Mənbə: jobsearch.az

Həmçinin bax:


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.