Sizi varlı edə biləcək 17 vərdiş (1-ci hissə)

posted in: Məqalə, Xəbər | 0

varlıGəlirlərinizi artırmaq, varlı olmaq üçün həyata yanaşmanızı dəyişdirin.

  • Hədəflər qoyun

Nə qədər ki, siz yalnız varlı olmağı arzu edirsiniz, buna heç bir şansınız olmayacaq. Lakin, siz arzunuzu məqsədə çevirdikdən və və hansısa hədəfə çatmaq üçün nələrsə görməyə başladıqdan sonra, onlar real cizgilər almağa başlayacaq.

Təbii ki, bundan ötrü qarşıya konkret tapşırıqlar qoymalı, yerinə yetirmək üçün müddət təyin etməli, qollarınızı çırmayıb işə girişməlisiniz.

  • Geniş miqyaslı düşünün

Aralıq hədəfləri kiçik və mümkün olan etmək olar, lakin, qlobal anlamda isə siz daha böyük məqsədə doğru, hətta təsəvvür belə etmədiyiniz zirvələrə doğru can atmalısınız. Bu məqsədə çatmaq sizi vasitələr axtarmağa məcbur edəcək, hansı ki, başqa cür yanaşmada bunlar sizin ağlınıza belə gəlmirdi.

Misal üçün, siz milyoner olmaq istəyirsiniz. Hədəf kimi qarşınıza  bir milyon qoysanız, möcüzə baş verməyəcək: onu qazanmaq, yığmaq, miras kimi də əldə etmək olar. Amma bir neçə milyonluq kapital əldə etmək tapşırığı sizi bir neçə ildən sonra digər maliyyə kateqoriyaları barədə fikirləşmək üçün savadlı şəkildə necə investisiyalar etməyə, peşəkarcasına necə inkişaf etməyə məcbur edəcək.

  • Çərçivələrdən uzaq durun

Süni məhdudiyyətlər inkişaf etməkdə sizə mane olacaq. Bəzən plankanı siz özünüz aşağı endirirsiniz. Məsələn, xas olmayan vəzifələri yerinə yetirməklə bağlı layihədə iştirak etməkdən  boyun qaçırırsınız, baxmayaraq ki, belə təcrübə əldə etmək üçün sizə ikinci bir şans yaranmayacaq.

Hər bir yeni olan – bu pillədir, hansı ki, siz onun köməyilə daha ucalığa yüksələ bilərsiniz.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

  • Vəsaitlərinizə uyğun yaşayın

Əmin olun ki, imkanlı insan bütün qazancını məsrəf etməz və son pullarını misal üçün, bahalı avtomobil almağa verməz. Bu kasıblara xas xüsusiyyətdir. Və iş heç də qazancın məbləğində deyil, pullara münasibətdədir.

Xərclər məntiqə uyğun xərclənməlidir, hər bir maddə üzrə yuxarı plankanı siz özünüz müəyyən etməlisiniz. Məsələn, hətta mənzil kirayə etmisinizsə belə, mənzildən ötrü qazancınızın 30% artığını xərcləməyin. Əgər, məbləğ maaşın üçdə birini təşkil edirsə, daha ucuz yaşayış yeri axtarmaq lazımdır.

Hesablama və qənaəti cəlbedici proses adlandırmaq olmaz. Bu çox usandırıcıdır, xüsusilə də “bir dəfə yaşayırıq” prinsipi baxımından yanaşdıqda. Amma, bu bir dəfəni daha yaxşı maliyyə şərtlərində də yaşamaq olar.

  • Büdcə tutun

Maliyyəyə biznes kimi yanaşın. Müəssisə debet və krediti müəyyən etməsə, daha faydalı müqavilələr axtarmasa və məqsədyönsüz xərcləri azaltmasa, heç vaxt gəlirlə işləyə bilməz. Bütün bunlar sizin şəxsi vəsaittləriniz üçün də keçərlidir: əgər, siz pulların hərəkəti ilə bağlı bilgiyə malik deyilsinizsə, onda mənfəətə ümid etməyə dəyməz.


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

600 manat məvaciblə Bəyannaməçi axtarılır

posted in: İş elanı, Xəbər | 0

BəyannaməçiVəzifə: Bəyannaməçi

İşəgötürən: “Azerterminal Servis” MMC

  • Şəhər: Bakı
  • Yaş: minimum 25 yaş
  • Təhsil: Ali
  • İş təcrübəsi: 3 ildən 5 ilə qədər
  • Əlaqədar şəxs: Fərhad bəy

Bax: 800 manat məvaciblə Mühasib axtarılır

İş barədə məlumat

– Gömrük bəyannamələrinin doldurulması

– Rəhbərliyin verdiyi tapşırıqları həyata keçirməli

– Həftədə 5 dəfə, 09:00-dan 18:00-dək, 6-cı gün 09:00-dan 13:00-dək

– İş yükündən asılı olaraq iş saatı dəyişə bilər

– Nahar şirkət tərəfindən verilir

– Namizədlər sınaq müddətindən sonra işə qəbul ediləcək

Bax: Tələbələr və yeni məzunlar üçün Təcrübə Proqramı

Namizədə tələblər

– Yalnız xanım işçilər tələb olunur

– Ofis proqramlarını yüksək səviyyədə bilməli

– 3 il bank və ya maliyyə sahəsində iş stajı

– Kompüterdə sürətlə işləmə bacarığı

– Rus və İngilis dilini yaxşı səviyyədə bilməli

– Məsuliyyətli, düzgün, dəqiq, cəld və etibarlı olmalı

– Kollektivdə işləməyi bacaran, nizam-intizamlı

– Müştəri ilə ünsiyyət qurma bacarığı olan

Bütün CV-lərə baxılacaq.

Mənbə: boss.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.    

 

“Kənar audit və maya dəyəri” mövzusunda təlim keçiriləcək

posted in: Audit, Xəbər | 0

Kənar auditASK-da Kənar audit və maya dəyəri mövzusunda təlim keçiriləcək.

Hörmətli sahibkarlar!

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə 25.10.2018 – 26.10.2018-ci il tarixlərində saat 10:00-12.00 arası keçiriləcək “Kənar audit və maya dəyəri” təlimində iştirak etməyə dəvət edirik.

Təlimdə iştirak qaydaları:

Təlim ASK üzvləri üçün ödənişsiz, qeyri üzvlər üçün 50 AZN təşkil edir. Ödənişi təsdiq edən sənəd ən gec təlimin ilk günü təqdim olunmalıdır!

Əlavədə təlim proqramı ilə tanış ola bilərsiniz.

Təlimdə iştirak etmək üçün https://sahibkarliq.typeform.com/to/eCBBnm linkdən qeydiyyatdan keçmək lazımdır.

Son qeydiyyat tarixi:                 24.10.2018, saat 16:00 qədər

Təlimin keçirildiyi ünvan:             ASK ofisi, Akad. Həsən Əliyev küç., 57

Ödəniş üçün aşağıda qeyd olunan bank rekvizitləri təqdim olunur:

«Turanbank»  ASCKodu: 507462

VÖEN: 1300016391

Müxbir hesab: AZ26NABZ01350100000000027944

SWIFT: TURAAZ22.

“ASK Biznes Konsaltinq” MMC

Hesab: AZ57TURA40060013072400100944

VÖEN: 1502413761

 

Əlaqələndirici şəxs: Elmira Balıyeva

Telefon: 012 465 72 42 (daxili: 113)

E-mailebaliyeva@ask.org.az

Mənbə: ask.org.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Dondurulmalı və alınmalı sərəncamlar hansı ardıcıllıqla ödənilməlidir?

posted in: Xəbər | 0

sərəncamlarSual: Müştərinin hesabında dondurmalı sərəncam varsa, hesabdakı vəsait dondurulmalı sərəncamda göstərilən məbləğdən azdırsa, növbəti günlərdə dondurmalı sərəncam geri çağırılmadan, alınmalı sərəncam gələrsə sərəncamların icrası necə olur? (Misal: hesabda 800 azn pul var. 31.06.2018-də 1200 azn dondurulma sərəncamı daxil olub, 03.07.2018 1600 azn alınmalı sərəncam daxil olur) Eyni gündə həm dondurulmalı və alınmalı sərəncam daxil olarsa, onları necə icra edilir?

Bax: Sosial şəbəkələrdə olan reklamlara görə Qeyri-rezidentə ödənişlər ƏDV bəyannaməsində necə əks etdirilməlidir?

Cavab: Bildiririk ki, milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam olan vergi ödəyicisinin həmin hesablarına borcların dövlət büdcəsinə alınması haqqında icra (ödəniş) sənədi olan sərəncam daxil olduqda bank tərəfindən ilk növbədə borcların dövlət büdcəsinə alınması haqqında icra (ödəniş) sənədi olan sərəncam vergi ödəyicisinin müvafiq hesablarında olan əlavə vəsait hesabına, əlavə vəsait olmadıqda isə dondurulmuş vəsait hesabına icra edilməlidir.

Vergi ödəyicisinin borc məbləği dəyişdikdə (artdıqda və ya azaldıqda) vergi ödəyicisinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına dəyişməli dondurulmalı və/və ya alınmalı sərəncamlar göndərilir və bu sərəncam icraya qəbul edildikdən sonra hesabda mövcud olan əvvəlki sərəncam qüvvədən düşür. Vergi orqanı tərəfindən vergi ödəyicisinin banklarda və ya digər kredit təşkilatlarında olan milli və ya xarici valyutada cari və ya digər hesablarına verilmiş icra (ödəniş) sənədi olan dondurulmalı və (və ya) alınmalı sərəncamlar vergi ödəyicisinin borc məbləği tam ləğv edildikdən sonra elektron və ya kağız daşıyıcısı formasında geri qaytarılır.

Bax: Vergi Məcəlləsinin 23.1.7-ci və 65-ci maddələr

Mənbə: taxes.gov.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.