Bu xərclər mənfəətin azaldılması kimi tanınır – MEYARLAR

posted in: Xəbər | 0

Mövzunu maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir. 

Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə əsasən, dövlətin adından yaradılan publik hüquqi şəxslər istisna olmaqla, vergi ödəyicisinin hesabat ilində əldə etdiyi mənfəətinin 15 faizindən çox olmayan hissəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq meyarlara cavab verən elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən ictimai və sosial məqsədlər üçün yaradılmış fondlara köçürülən hissəsi vergidən azad edilir.

Bu maddənin reallaşdırılması məqsədilə Nazirlər Kabineti 12.03.2020-ci il tarixli 88 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların meyarları”nı təsdiq edib. (https://e-qanun.az/framework/44775). Sənəddə əsas tələblərdən biri vəsaitlərin yalnız nağdsız qaydada köçürülməsi və köçürülən vəsaitlərin təyinatı üzrə xərclənməsini təsdiq edən sənədlərin təqdim edilməsidir.

Meyarların 7.3-cü bəndinə əsasən, ödənişi alan müəssisə, idarə və təşkilat hesabat ili bitdikdən sonra 1 ay müddətində alınmış vəsaitin təyinatı üzrə xərcləndiyini təsdiq edən sənədləri (alqı-satqı müqavilələri, təhvil-təslim aktları, ödəniş tapşırıqları, ödəniş xidməti təchizatçılarının çıxarışları və s.) vəsaiti köçürən şəxsə təqdim etməlidir.

Misal

Fərz edək ki, Şamaxıda şərab istehsalı ilə məşğul olan şirkət həmin şəhərin Azərbaycan Premyer Liqasında çıxış edən futbol komandasının təlim-məşq bazasının yenidən qurulmasına 100.000 manat vəsait köçürüb. Əvvəllər bu məbləğin gəlirdən çıxılması qeyri-mümkün olduğu üçün həmin məbləğ faktiki olaraq 20% dərəcəsi ilə vergiyə cəlb olunurdu. Lakin Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi qüvvəyə minəndən sonra şirkət illik mənfəətin 15%-ni köçürülən məbləğlə müqayisə edəcək və köçürülən məbləğ 15%-lik norma daxilində olduqda onu tam şəkildə mənfəət bəyannaməsinin Əlavə 5-in 2-ci hissəsində 29-cu sətrinə qeyd edəcək. Nəticədə şirkətin mənfəəti 100.000 manat azalacaq və o, 20.000 manat az mənfəət vergisi ödəyəcək.

Qeyd edək ki, ödənilən 100.000 manat məbləği xərclər bölməsində göstərmək olmaz. Vergi Məcəlləsi bu məbləği xərc kimi yox, məhz mənfəətin azaldılması kimi tanımağa icazə verir. Çünki Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir.

Mənbə: vergiler.az

Bazar mülkiyyətçiləri və icarədarlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunacaq? – MƏBLƏĞLƏR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi auditor seçib

posted in: Xəbər | 0

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Financial Reporting Center” MMC-dir.

Qalib şirkətə 1 888 manat ödəniləcək.

Mənbə: report.az

Bazar mülkiyyətçiləri və icarədarlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunacaq? – MƏBLƏĞLƏR

AZPROMO auditor seçir

posted in: Xəbər | 0

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 26 manatdır.

İddiaçılar təkliflərini aprelin 18-nə qədər AZPROMO-nun yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 44 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 18-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Azəruçot” MMC olub. Şirkətə 5 min manat ödənilib.

Mənbə: report.az

ƏMAS-da ştat vahidi və vəzifə maaşı ilə bağlı tələblər

Bazar mülkiyyətçiləri və icarədarlara hansı hallarda maliyyə sanksiyası tətbiq olunacaq? – MƏBLƏĞLƏR

posted in: Xəbər | 0

Mövzunu vergi məsələləri üzrə mütəxəssis Xəyal Feyzullayev şərh edir

2025-ci ildən qüvvəyə minmiş Vergi Məcəlləsində ən mühüm dəyişikliklərdən biri bazarların fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Bununla əlaqədar Vergi Məcəlləsinə yeni 16.1.11-15, 16.1.11-16 və 16.1.11-17-ci maddələr əlavə olunub. Bu maddələrə əsasən, bazarların mülkiyyətçiləri və ya bazarlar idarəetməyə verildikdə bazarların idarəediciləri (kənd təsərrüfatı məhsulları bazarları və kənd təsərrüfatı kooperativi bazarları istisna olmaqla) aşağıdakı qaydalara riayət etməlidirlər:

– İcarəyə verilən əmlakı icarəyə götürənlər tərəfindən (obyekti) vergi orqanında uçota alındıqdan sonra icarəyə götürənlərin həmin obyektlərdə fəaliyyət göstərməsinə şərait yaratmaq;

Bu maddəyə əsasən, bazarların mülkiyyətçiləri (yaxud idarəediciləri) icarəyə verdikləri obyektləri icarəyə götürən şəxslər vergi orqanında qeydiyyata salmayana qədər həmin şəxslərin orada fəaliyyət göstərməsinə icazə verməməlidirlər. Bu qaydalara riayət etməyən bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) Vergi Məcəlləsinin 2025-ci ildən qüvvəyə minmiş 58.15-2-ci maddəsinə uyğun olaraq, təqvim ili ərzində belə hal birinci dəfə aşkar edildikdə 2.000 manat, ikinci dəfə aşkar edildikdə 4.000 manat, üç və daha çox dəfə aşkar edildikdə 6.000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilə bilər.

Məlumat üçün qeyd edirik ki, Vergi Məcəlləsinin 58.15-2-ci maddəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 16.12.2024-cü il tarixli Qanunu qəbul edildikdən doqquz ay sonra qüvvəyə minir.

İcarə müqaviləsi xitam verilmiş və faktiki olaraq həmin obyektdə fəaliyyət göstərməyən, habelə fəaliyyətini davam etdirən vergi ödəyiciləri barədə (bunun üçün xüsusi forma təsdiq olunacaq) məlumatı hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim etmək;

Həmçinin, bu məlumatın vaxtında vergi orqanına təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.3-cü maddəsinə əsasən, bazarların mülkiyyətçilərinə (və ya idarəedicilərinə) 1.000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Bundan başqa, bazar mülkiyyətçiləri (və ya idarəediciləri), həmçinin əmlak icarəyə götürən şəxslər tərəfindən əmlak sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edildikdə obyektin girişində həmin obyektin vergi orqanında uçota alınması ilə bağlı (vergi ödəyicisinin adı və VÖEN-i göstərilməklə) məlumat (arayış) yerləşdirilməlidir.

Eyni zamanda, Vergi Məcəlləsinin 58.2-1-ci maddəsindəki dəyişikliyə əsasən, qeyd olunan məlumatın (arayışın) əks etdirilməməsinə görə mikro sahibkarlıq subyektlərinə, qeyri-kommersiya təşkilatlarına və qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə münasibətdə 40 manat məbləğində, digər şəxslərə münasibətdə 400 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.

Mənbə: vergiler.az

ƏMAS-da ştat vahidi və vəzifə maaşı ilə bağlı tələblər

1 189 190 191 192 193 194 195 2. 387