Vergi Məcəlləsində və digər 10 qanunda dəyişiklik təsdiqlənib

posted in: Xəbər | 0

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Vergi Məcəlləsində və digər 10 qanundakı dəyişiklik III oxunuşda təsdiq edilib.

Həmin qanunlar “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlardır.

Xatırladaq ki, Prezident İlham Əliyevin 28 fevral 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”nın 8.4.1-ci yarımbəndində benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasının yaradılması üçün normativ hüquqi əsasların formalaşdırılması öz əksini tapıb.

Qanun layihəsi Milli Fəaliyyət Planının müvafiq tələbinə uyğun olaraq, beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanıb. Belə ki, qanun layihəsi hazırlanarkən Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü (hüquqi şəxslərin şəffaflığı və benefisiar mülkiyyətçiləri) və 25-ci (hüquqi təsisatların şəffaflığı və benefisiar mülkiyyətçiləri) Tövsiyələrinə istinad edilib. Həmin Tövsiyələr hüquqi şəxslərin və hüquqi təsisatların öz benefisiar mülkiyyətçilərini müəyyən etməsi, ölkə tərəfindən benefisiar mülkiyyətçilərə dair məlumat bazasının formalaşdırılması, o cümlədən bu prosesdə öhdəlik daşıyan şəxslərin hüquqi şəxs və hüquqi təsisat olan müştərilərinin benefisiar mülkiyyətçiləri barədə məlumatlarından istifadə edilməsi öhdəliyini müəyyən edir.

FATF-In 24-cü Tövsiyəsi benefisiar mülkiyyətçi məlumatlarının əldə oluna bilməsi üçün 3 fərqli mexanizmi nəzərdə tutur. Bu mexanizmlərdən biri, yəni öhdəlik daşıyan şəxslər tərəfindən müvafiq məlumatların əldə edilməsi tələbi “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda təsbit olunsa da, digər iki mexanizm qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmayıb.

Bunlar hüquqi şəxslərin özləri tərəfindən benefisiar mülkiyyətçi məlumatlarının reyestrinin aparılması, hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılması mexanizmləridir. Bu mexanizmlərin qanunvericilikdə təsbit edilməsi ilə qeyd edilən beynəlxalq standartların qanunvericiliyə implementasiyası həyata keçiriləcək.

Beləliklə, qeyd olunanlar nəzərə alınmaqla, qanun layihəsi aşağıda göstərilən məsələlərə dair hüquqi mexanizmlərin yardılmasını nəzərdə tutur:

  • hüquqi şəxslərin dövlət qeydiyyatı mərhələsində yaradılacaq hüquqi şəxsin benefisiar mülkiyyətçisinə (mülkiyyətçilərinə) dair məlumat və sənədlərin təsisçilər tərəfindən səlahiyyətli dövlət orqanına təqdim edilməsi;
  • maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçi xarici hüquqi təsisat olarsa, bu barədə məlumatların səlahiyyətli dövlətorqanına təqdim edilməsi;
  • təqdim edilmiş məlumat və sənədlərin benefisiar mülkiyyətçilərə dair mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;
  • benefisiar mülkiyyətçilərin reyestrinə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.

Layihənin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçilərinə dair dürüst, dəqiq, yenilənmiş məlumatları əks etdirən mərkəzləşdirilmiş məlumat bazasının formalaşdırılması təmin ediləcəkdir, bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyinin artmasına xidmət edəcək.

Mənbə: report.az

Fərdi qaydada fəaliyyət göstərən mühasib nə qədər vergi və sosial ödəniş ödəməlidir?

Peşəkar Mühasib Sertifikatı imtahanları elektron formada təşkil olunur

posted in: Xəbər | 0

Peşəkar Mühasib Sertifikatı İmtahanları Elektron Formada Təşkil Olunur

Azərbaycanda peşəkar mühasib adını qazanmaq istəyən namizədlər üçün Peşəkar Mühasib Sertifikatı (PMS) üzrə imtahanlar keçirilir. Bu imtahanlar Nazirlər Kabinetinin 2019-cu il 22 may tarixli 237 nömrəli qərarına əsasən təşkil olunur və Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Məqsəd, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrində qeydiyyata alınmasıdır.

Namizədlərin biliyi elektron formada qiymətləndirilir və təqdim olunan sualları 3 saat ərzində cavablandırmaq tələb olunur.

10 aprel 2025-ci il tarixində isə Dövlət İmtahan Mərkəzində PMS imtahanlarının elektron formasının təqdimatı keçirilib. İştirakçılar təqdim edilən link vasitəsilə qeydiyyatdan keçərək imtahanın demo versiyasında öz bilik və bacarıqlarını yoxlaya və proqramın texniki imkanları ilə tanış ola bilərlər.

Qeyd edək ki, proqram təminatının daha da təkmilləşdirilməsi üçün iştirakçılar imtahan sonunda öz təkliflərini təqdim edə bilərlər.

https://portal.dim.gov.az/pmsDemo/

Fərdi qaydada fəaliyyət göstərən mühasib nə qədər vergi və sosial ödəniş ödəməlidir?

Təlimçi kimi xidmət göstərən fərdi sahibkar 75 faizlik güzəştdən yararlana bilərmi?

posted in: Xəbər | 0

Mən təlimçi kimi hüquqi şəxslərə xidmət göstərirəm. Bilmək istərdim ki, bu fəaliyyət növü ilə məşğul olduğum zaman illik gəlirim 45.000 manatdan az olsa, gəlirlərimin 75 faizi gəlir vergisindən azad edilirmi?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsinə əsasən, bu maddədə qeyd olunan fəaliyyət növləri ilə məşğul olan və həmin fəaliyyət növlərindən təqvim ili üzrə əldə etdiyi gəlirlərin (xərclər nəzərə alınmadan) həcmi 45.000 manatadək olan fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Bu fəaliyyət növlərinə elm, təhsil, mədəniyyət və idman sahəsində göstərilən xidmətlər aid edilir. Sorğuya əsasən bildiririk ki, təlim fəaliyyətiniz bu sahələrə aiddirsə, qeyd olunan güzəştdən istifadə edə bilərsiniz.

Əlavə olaraq bildirilib ki, nəzərdə tutulan fəaliyyət sahələrində muzdlu işçi kimi çalışan fiziki şəxsin əmək müqaviləsinə xitam verildiyi, həmin fəaliyyətlə fərdi sahibkar kimi məşğul olduğu və fərdi sahibkar kimi fəaliyyətə başladığı tarixdən 1 il müddətində eyni xidmətləri tam və ya qismən əvvəlki işəgötürənə göstərdiyi halda, həmin fərdi sahibkara bu Məcəllənin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan güzəşt şamil edilmir. Qeyd olunub ki, Vergi Məcəlləsinin 102.1.30-1-ci maddəsində nəzərdə tutulan fəaliyyət sahələri ilə məşğul olan fiziki şəxs eyni zamanda digər fəaliyyət sahəsi ilə də məşğul olduqda, həmin maddədə nəzərdə tutulan güzəşt hüququndan o halda istifadə edə bilər ki, bu Məcəllənin 102.1.30-1-ci maddəsində qeyd olunan fəaliyyət sahələrindən əldə edilən illik gəlirlərin illik ümumi gəlirlərdə xüsusi çəkisi 50 faizdən az olmasın.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi

Mənbə: vergiler.az

Sahibkarlıq fəaliyyətinin təşviqi və biznes mühitində əlverişli imkanlar

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

posted in: Xəbər | 0

Bu ilin aprelin 1-nə Azərbaycanda 1 614 737 vergi ödəyicisi olub.

Məlumata görə, bu, ötən il aprelin 1-i ilə müqayisədə 5 % çoxdur.

Vergi ödəyicilərinin 87 %-i fiziki şəxslər, 13 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fiziki şəxslərin sayı 4,6 %, hüquqi şəxslərin sayı 7,6 % artıb.

Martın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 8,2 % artaraq 193 780 vahid təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,6 %-i məhdud məsuliyyətli cəmiyyət (MMC), 1,1 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb.

Təkcə bu ilin I rübündə 3 479 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların da 89 %-i yerli investisiyalı, 11 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 86 %-i elektron qaydada qeydiyyata alınıb. Hesabat dövründə qeydiyyatdan keçmiş yerli investisiyalı MMC-lərin e-qeydiyyatının xüsusi çəkisi 97 % təşkil edib.

Mənbə: report.az

Fərdi qaydada fəaliyyət göstərən mühasib nə qədər vergi və sosial ödəniş ödəməlidir?

1 186 187 188 189 190 191 192 2. 387