Vahid bəyannamənin forması və onun əlavələri yeni redaksiyada təsdiq edilib

posted in: Xəbər | 0

Bəyannamə (hesabat) formalarının təkmilləşdirilməsi, sadələşdirilməsi, vergi ödəyicilərinin məmnuniyyəti, vergi inzibatçılığının səmərəliliyinin yüksəldilməsi vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi “Vergi və hesabatlılıq” işçi qrupunun “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi ilə bağlı iclaslarında özəl sektor nümayəndələri ilə aparılmış müzakirələrin, habelə vergi ödəyicilərindən daxil olan sənədlərin təhlili zamanı “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin tərtibi zamanı müəyyən təkmilləşdirmələrin aparılmasına, onun tərtibatının sadələşdirilməsinə ehtiyac olduğu müəyyən edilib.

Bununla əlaqədar, Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”, onun əlavələrinin formaları, eləcə də onların tərtib edilməsi qaydaları yeni redaksiyada təsdiq edilib.

Yeni redaksiyada təsdiq edilmiş bəyannamə forması və əlavələr aşağıdakılardır:

  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamə (hesabat)”nin forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №1”in (İşçilər (sığortaolunanlar) barədə məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №2”nin (Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə xarici əməkdaşlar barədə illik məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №3”ün (Sığortaolunanların həyatın yığım sığortası üzrə müqavilələrinə vaxtından əvvəl xitam verildiyi halda sığortaçının təqdim etdiyi məlumat) forması və onun tərtib edilməsi qaydası;
  • “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannaməyə (hesabata) Əlavə №4”ün (İşçilərin muzdlu işlə əlaqədar cəlb olunmayan gəlirləri barədə məlumat) forması və onun tərtib edilməsi qaydası.

Dəyişikliklər iyulun 1 dən qüvvəyə minəcək.

Yeni bəyannamə (hesabat) forması, onun əlavələri və doldurulma qaydaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür:

https://www.taxes.gov.az/az/page/beyanname-erize-formalari-arayis-hesabat-ve-qerarlar

Mənbə: vergiler.az

Daimi iş vaxtı yolda keçən işçinin ezamiyyə xərcləri

Daimi iş vaxtı yolda keçən işçinin ezamiyyə xərcləri

posted in: Xəbər | 0

Mövzunu insan resursları üzrə aparıcı mütəxəssis Kəmalə Yusifova şərh edir

İşçilərin ezamiyyə qaydaları Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18.01.2012 tarixli N Q-01 saylı Qərarı ilə tənzimlənir. Həmin qaydaların 1-ci bəndinə əsasən, dövlət orqanının, müəssisə, idarə və təşkilatın rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. İşçilərin ezamiyyət müddəti təşkilatlat rəhbərləri tərəfindən müəyyən edilir, lakin yolda olduğu vaxt hesaba alınmamaqla, bu müddət 40 gündən yuxarı ola bilməz.

İşçilərin tabeçilik qaydasında yuxarı təşkilatlara ezamiyyət müddəti yolda olduğu vaxt nəzərə alınmadan 5 gündən (işçini ezam edən orqanın rəhbərinin sərəncamı (əmri) ilə əlavə 5 gün artırılmasına icazə verilir) artıq olmamalıdır. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarına əsasən müəyyən edilir. Ezamiyyətdə olduğu, o cümlədən yolda olduğu vaxt üçün ezam olunan işçinin əsas iş yeri (vəzifəsi) və orta əməkhaqqı saxlanılır.

Daimi işi yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. Gündəlik xərc – işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmaqla) ödənilir.

Mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən olunmuş hissəsi miqdarında ödənilir. Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman gündəlik xərc və müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. Respublika ərazisində daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan və ya növbə (vaxta) metodu ilə işləyən, yaxud çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) təşkilatların işçilərinə ezamiyyə xərcləri (yemək xərcləri) əvəzinə hər gün üçün Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş 20 manat həcmində əlavə vəsait verilir.

Mənbə: vergiler.az

Hüquqi şəxsin təsisçisi ilə direktoru eyni şəxs olduqda əmək münasibətləri necə tənzimlənir? – YENİ QƏRAR

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 2 390 manat ödəniləcək.

Ötən il də bu tenderin qalibi “Azəruçot” olub. Şirkətə 4 350 manat ödənilib.

Mənbə: report.az

Hüquqi şəxsin təsisçisi ilə direktoru eyni şəxs olduqda əmək münasibətləri necə tənzimlənir? – YENİ QƏRAR

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçib

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

Sorğunun qalibi “Azəruçot” MMC-dir.

Qalib şirkətə 1 910 manat ödəniləcək.

Ötən il bu sorğunun qalibi “HLB Azərbaycan” MMC olub. Şirkətə 4,5 min manat ödənilib.

Mənbə: report.az

Enerji Məsələlərini Tənzimləmə Agentliyi auditor seçir

 

1 191 192 193 194 195 196 197 2. 387