» » » “İstehlak Mallarının Ekspertizası Mərkəzi” auditor seçir

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” auditor seçir

posted in: Xəbər | 0

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 22 manatdır.

İddiaçılar təkliflərini mayın 1-nə qədər şirkətin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, 269 ünvanına təqdim edə bilərlər.

Təkliflərə mayın 1-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Biznes hesabi

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 min manatdır. Şirkət malın mənşə ölkəsinin müəyyən edilməsi barədə ekspertiza aktının verilməsi, Nazirlər Kabinetinin qərarına əsasən satınalma güzəştinin tətbiqi zamanı malların mənşəyi barədə rəyin verilməsi, “Bir pəncərə” prinsipi əsasında mənşə sənədlərinin, eləcə də uyğunluq sertifikatlarının əldə edilməsi üzrə məsləhət xidmətlərinin göstərilməsi ilə məşğuldur.

Mənbə: report.az

Əlilliyi olan şəxslərə münasibətdə vergi inzibatçılığı sadələşdirilib