Hüquqi şəxsin təsisçisi ilə direktoru eyni şəxs olduqda əmək münasibətləri necə tənzimlənir? – YENİ QƏRAR

posted in: Xəbər | 0

Əksər hallarda hüquqi şəxsin təsisçisi ilə direktoru fərqli şəxslər olur və onlar arasında münasibətlər əmək müqaviləsi və qanunvericiliyin digər tələbələri ilə tənzimlənir. Bəzi hallarda isə təsisçi və direktor eyni şəxs olur. Bəs bu zaman əmək münasibətləri necə tənzimlənməlidir? Direktorla əmək müqaviləsi bağlamaq olarmı? 

Mövzu ilə bağlı suallarına insan resurları üzrə ekspert Ramin Hacıyev aydınlıq gətirir: 

2025-ci ilin 19 fevral tarixində Azərbaycan Respublikası Konsitusiya Məhkəməsinin Plenum iclasında Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsinin Mülki Məcəllənin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb və aşağıdakı qərar qəbul edilib:

  • Azərbaycan Respublikası Konstitusiyasının 15-ci və 59-cu maddələrindən, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49, 91, 91-2.1 və 91-2.3-cü maddələrindən, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.3-cü hissəsindən irəli gələrək hüquqi şəxslə hüquqi şəxsin idarəetmə orqanı arasında yaranan münasibətlər əsasən mülki hüquqi xarakterli olmaqla mülki qanunvericiliyin müvafiq normaları ilə tənzimlənsə də hüquqi şəxsin icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə hüquqi şəxsin təsisçisi ilə faktiki əmək münasibətlərində olan icra orqanının rəhbəri arasında əmək müqaviləsi rəsmiləşdirilməlidir.
  • Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş müqavilə anlayışı iki və ya daha çox tərəfin qarşılıqlı iradə ifadəsini nəzərdə tutduğundan, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda hər hansı müqavilə münasibətləri yaranmamaqla həmin şəxsin icra orqanının rəhbəri vəzifəsinə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilməlidir.

Qərardan da göründüyü kimi, hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri (qanuni təmsilçi) fərqli şəxslər olduqda, icra orqanının rəhbərinin əmək və sosial hüquqlarının qorunması məqsədilə tərəflər arasında əmək münasibətləri əmək müqaviləsi bağlanmaqla rəsmiləşdirilməlidir.

Digər hal hüquqi şəxsin təsisçi ilə icra orqanının rəhbəri eyni şəxs olduqda rəsmiləşdirilmənin qaydasından bəhs edir. Belə ki, qərarda qeyd olunan tələbə görə, hüquqi şəxsin təsisçisi və icra orqanın rəhbəri (direktor, baş direktor) eyni şəxs olduqda, əmək müqaviləsi bağlanmadan həmin vəzifəyə təyin edilməsi müvafiq qərarla rəsmiləşdirilir.

Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən, həmin maddənin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlanılır. Hüquqi şəxsin təsisçisi ilə icra orqanının rəhbəri arasında elektron əmək müqaviləsinin ƏMAS-da bağlanılması prosesi üçün ilk növbədə təsisçiyə istifadə səlahiyyətləri verilməlidir. Bunun üçün ƏMAS-da “İstifadəçi səlahiyyətləri” bölməsindən “İstifadəçi səlahiyyətlərinin verilməsi” hissəsində şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilir. Sonra isə əmək müqaviləsi bağlanılır və sonda əmək müqaviləsini imzalayacaq səlahiyyətli şəxs təsisçi seçilərək, proses yekunlaşdırılır.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin bu qərarı dərc edildiyi gündən – 05.03.2025-ci il tarixdən qüvvəyə minib.

Mənbə: vergiler.az

Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi

Aqrar Sığorta Fondu auditor seçir

posted in: Xəbər | 0

Aqrar Sığorta Fondu auditor xidməti xidməti üçün kotirovka sorğusu elan edib.

Kotirovkada iştirak haqqı 50 manatdır.

İddiaçılar təkliflərini aprelin 16-na qədər Fondun yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 175 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 16-da, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi “Abacus Audit And Consulting” MMC olub. Şirkətə 11,8 min manat ödənilib.

Mənbə: report.az

Azərbaycan əhalisinin gəlirləri 6 %-dən çox artıb

“AzInTelecom” auditor seçir

posted in: Xəbər | 0

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC 2024-cü il üzrə fərdi və törəmə müəssisələri ilə birlikdə konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 350 manatdır.

İddiaçılar sənədləri aprelin 16-na qədər qədər “AzInTelecom”un yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsi, 74 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 16-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Mənbə: report.az

Kağız və elektron formada bağlanan əmək müqavilələrinin arxivləşdirilməsi necə həyata keçiriləcək?

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri auditor seçir

posted in: Xəbər | 0

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak haqqı 167 manatdır.

İddiaçılar təkliflərini aprelin 10-na qədər qurumun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 10-da, saat 17:40-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunu qalibi “BKR İşik Konsaltinq” MMC olub. Şirkətə 29 min manat ödənilib.

Mənbə: report.az

Minimum əməkhaqqı, yaşayış minimumu və ehtiyac meyarı məbləğlərinin illər üzrə artım tempi

1 192 193 194 195 196 197 198 2. 387