Exceldə 0-dan necə diaqram qurmalı?

posted in: Excel, Xəbər | 0

Bu video-dərsdə, sıfırdan başlayaraq yekun nəticəyə qədər, Excel-də Qrafik və Diaqramlarınızı professional olaraq düzəltmək və formatlamağın hər bir addımını izləyəcəksiniz.

Bax: Qovluqdakı faylların adlarından ibarət Excel cədvəlinin hazırlanması

Müəllif: Elçin Xəlilov


Mühasibat sahəsində ən son Excel yeniliklərini və mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərlə bağlı Vergilər Nazirinin tam müsahibəsi

posted in: Vergi, Xəbər | 0

Vergi qanunvericiliyində gözlənilən dəyişikliklərVergilər naziri Mikayıl Cabbarovun vergi sahəsində islahatlar, vergi qanunvericiliyində gözlənilən dəyişikliklər ilə bağlı Azərbaycan televiziyalarına verdiyi müsahibələr əsasında hazırlanmış qısa xülasə

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda həyata keçirilən vergi siyasətinin əsas istiqamətlərini, vergi qanunvericiliyində gözlənilən dəyişiklikləri, dövlətbiznes münasibətlərini, vergi orqanlarının yeni iş prinsiplərini, həyata keçirilən islahatları və onların ilkin nəticələrini televiziyalara müsahibəsində şərh edib.

Bax: Əməkhaqqılar üzrə vergi yükü 26%-ə düşəcək

Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasətinin daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirildiyini söyləyib. Bildirib ki, Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.

2018-ci ili vergi ödəyiciləri ilə münasibətlərdə keçid ili adlandıran vergilər naziri qeyd edib ki, cari ildə cəmiyyətin inkişaf amili ilə şərtləndirilən və aparıcı dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədəki iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub: «Sahibkarlıq subyektində aparılan istənilən yoxlama, o cümlədən vergi yoxlamaları istər-istəməz onun fəaliyyətinə müəyyən təsir edir. Sahibkar öz işi, biznesi ilə məşğul olmaq əvəzinə vaxtını dövlət məmurları ilə ünsiyyətə sərf edir. Buna görə də ötən dövr ərzində vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb».

Vergilər Nazirinin tam müsahibəsini oxumaq üçün faylı yükləyin:   

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

 

Xərclər və maya dəyər uçotu üzrə mühasib tələb olunur

posted in: İş elanı, muhasibat, Xəbər | 0

maya dəyər uçotu üzrə mühasibVakansiya: Xərclər və maya dəyər uçotu üzrə mühasib

İşəgötürən: AZZA Cake House

Vəzifə öhdəlikləri:

1) Məhsullar üzrə norma (reseptura əsasında) maya dəyərinin müəyyən edilməsi, daimi nəzarətdə saxlanılması və mütəmadi olaraq faktiki formalaşmış maya dəyəri ilə müqayisəsi;
2) İdxal əməliyyatlarının gömrük dəyərinin müəyyən edilməsi (yük gömrük bəyannaməsi uçotu, idxal olunan malın dəyərinin hesablanması və sair);
3) Məhsulun maya dəyəri üzrə iqtisadi cəhətdən əsaslandırılmış hesabatının tərtibi;
4) Qiymət məlumat bazasının (Cost database) hazırlanması və qiymət formalaşması prosesində aktiv iştirak;
5) Aylıq və illik istehsalat nəticələrinin təhlili, məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlaşdırılan istehsal normalarından kənarlaşmaların araşdırılması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;

6) Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
7) Faktiki çəkilmiş xərclərin təhlili və xərc növləri üzrə mütəmadi hesabatların hazırlanması;
8) Şirkətin daxili qaydalarına uyğun olaraq bütün departamentlərin xərclərinə nəzarət;
9) Anbar sənədlərinin işlənməsi və aparılan əməliyyatların sistemə düzgün daxil edilməsinə nəzarət;
10) Mövcud olan bütün anbarların qalıqlarının çıxarılması və mühasibat sistemində olan qalıqlarla üzləşdirilməsi;
11) Gündəlik və aylıq istehsalat, anbar hərəkəti və anbar qalığını əks etdirən hesabatların hazırlanması;
12) Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

Bax: Ödənişlə Təcrübəçi Mühasib tələb olunur

Namizədə olan tələblər:

1) Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
2) Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
3) Vergi Məcəlləsi, Gömrük Məcəlləsi və Beynəlxalq Mühasibat Uçotu Standardları üzrə müvafiq biliklər;
4) Azərbaycan və rus dili bilikləri (ingilis dili bilənlərə üstünlük verilir);
5) Microsoft Ofis proqramlarında sərbəst işləmə bacarığı (Word ,Excel, Powerpoint, Outlook);
6) Məsuliyyətli, tez öyrənən, ünsiyyətcil olmaq və komandada işləmək bacarığı;
7) Şirkət daxili digər bölmələrlə (vergi, audit, hüquq) sıx əlaqədə işləmək, qarşılıqlı yardımı təmin etmək;
8) İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.

Bax: 900 manat məvaciblə Mühasib tələb olunur

Əlavə məlumatlar:

1) Əmək haqqı müsahibə zamanı müəyyən olunur.
2) Nahar şirkət tərəfindən verilir;
3) 6 günlük iş qrafiki.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini hr@azza.az / info@finstaff.azelektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Xərclər və maya dəyər uçotu üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Mənbə: jobsearch.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı ödəmə mənbəyində vergi kimdən tutulur? 

posted in: Vergi, Xəbər | 0

torpaqSual: Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində vergi kimdən tutulur? 

Cavab: Vergi Məcəlləsinin 150.1.9-cu maddəsinin müddəalarına əsasən, fiziki şəxslər tərəfindən yaşayış və ya torpaq sahələrinin təqdim olunması zamanı alğı-satqı müqavilələrini təsdiq edən notarius tərəfindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ödəmə mənbəyində sadələşdirilmiş vergi hesablanır və hesablanmış vergi məbləğləri satıcıdan tutularaq dövlət büdcəsinə ödənilir.

Bax: Vəfat etmiş şəxsin vergi öhdəliklərini kim yerinə yetirməlidir?

Bununla yanaşı, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş verginin hesablanması qaydası Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilir. Belə ki, Vergi Məcəlləsinin 220.8-ci maddəsinin müddəalarına əsasən, yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı notarius tərəfindən sadələşdirilmiş vergi təqdim edilən yaşayış sahəsinin hər kvadratmetri üçün 15 manat, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulmuş torpaq sahələrinin isə hər kvadratmetri üçün 0,5 manat məbləğinə, yaşayış və ya torpaq sahəsinin yerləşdiyi ərazidən asılı olaraq, Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş əmsallar tətbiq olunmaqla hesablanır.

Eyni zamanda, kənd təsərrüfatı təyinatlı torpaqlar üzrə sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 206.1-1-ci maddəsinə uyğun olaraq hesablanmış torpaq vergisinin 2 misli məbləğində hesablanır. Kənd təsərrüfatı təyinatlı torpaqlara görə sadələşdirilmiş vergi hesablanarkən Məcəllənin 220.8-ci maddəsi ilə müəyyən edilmiş torpaq sahəsinin yerləşdiyi ərazi üzrə zona əmsalları tətbiq olunmur.

Bunlarla yanaşı, bina və torpaq sahəsi Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşdikdə, Vergi Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən olunmuş sadələşdirilmiş vergi məbləğinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq sadələşdirilmiş verginin məqsədləri üçün Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonaların sərhədləri»nin təsdiq edilməsi haqqında» 30 dekabr 2015-ci il tarixli 412 nömrəli Qərarı ilə müəyyən edilmiş zonalardan asılı olaraq həmin maddədə göstərilmiş əmsallar tətbiq edilir.

Qeyd olunanlara əsasən:
Yaşayış və ya torpaq sahələrinin təqdim edilməsi zamanı alğı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş vergi yaşayış və ya torpaq sahələrini alan şəxslərdən deyil, həmin sahələri təqdim edən şəxslərdən tutularaq dövlət büdcəsinə ödənilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.