Azərbaycanda bağlanmış bankların vergi borcu açıqlanıb
Azərbaycanda bağlanmış bankların vergi borcu açıqlanıb
2011-2020-ci illərdə Azərbaycanda lisenziyası ləğv olunmuş 14 bankın 11,2 milyon manat vergi borcu var. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, borcu ən çox olan bank 2016-cı ildə bağlanmış “Texnika Bank” ASC (5,3 milyon manat), ən az olan bank isə 2012-ci ildə bağlanmış “Royal Bank” ASC-dir (2,9 min manat).
| Sıra № | Bankın adı | Borcun məbləği (manatla) |
Bankın bağlandığı il |
| 1 | “Royal Bank” | 2.852,92 | 2012 |
| 2 | “Deka Bank” | 7.973,51 | 2016 |
| 3 | “Gəncə Bank” | 13.735,93 | 2016 |
| 4 | “Evro Bank” | 26.313,05 | 2015 |
| 5 | “Amrah Bank” | 41.117,66 | 2020 |
| 6 | “Bank of Azerbaijan” | 49.337,38 | 2016 |
| 7 | “Kredo Bank” | 78.017,73 | 2016 |
| 8 | “Birlik Bank” | 95.580,57 | 2011 |
| 9 | “AGBank” | 149.122,17 | 2020 |
| 10 | “NBC Bank” | 362.990,43 | 2020 |
| 11 | “Zamin Bank” | 491.550,97 | 2016 |
| 12 | “Dəmir Bank” | 1.115.653,98 | 2017 |
| 13 | “Bank Standard” | 3.487.741,44 | 2016 |
| 14 | “Texnika Bank” | 5.287.815,39 | 2016 |
| Cəmi borc: | 11.209.803,13 | ||
Mənbə: vergiler.az

Beynəlxalq avtomobil nəhəngi kütləvi ixtisarlara hazırlaşır.
Rusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən Avrasiya regionunun peşəkar mühasibat və auditorlar təşkilatları rəhbərlərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Palatanın Şurası yanında Elm və auditor fəaliyyətinin mütodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov iştirak və məruzə ilə çıxış ediblər.