İsveçrə vergi sisteminin təkmilləşdirilməsində Azərbaycana yardım edəcək

posted in: Vergi, Xəbər | 0

vergiİsveçrə vergi sisteminin təkmilləşdirilməsində Azərbaycana yardım edəcək

İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyi (SECO) vergilər sahəsində Azərbaycan İqtisadiyyat Nazirliyi və Dünya Bankı ilə birlikdə həyata keçiriləcək proqramı təsdiq edib.

İsveçrənin Azərbaycandakı səfirliyinə istinadən xəbər verilir ki, bu proqramın həyata keçirilməsi üçün 1,6 milyon ABŞ dolları ayrılması nəzərdə tutulub.

Proqramın məqsədi koronavirus nəticəsində başlayan dünya səhiyyə və iqtisadi böhranın sosial-iqtisadi nəticələrini aradan qaldırmaqdır. Proqram həmçinin vergi ödəyicilərinin qeydiyyatı üzrə məlumat bazasının dəqiqliyinin artırılması və hökumətin şəffaflığın gücləndirilməsi yönündə gördüyü tədbirləri dəstəkləmək məqsədi güdür.

Mənbə: report.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Tikinti sektorunda işləyənlərin orta aylıq əmək haqqı artıb

posted in: Xəbər | 0

Tikinti sektorunda işləyənlərin orta aylıq əmək haqqı artıb

orta aylıq əmək haqqıAzərbaycanda tikinti sektorundan fəaliyyət göstərən muzdlu işçilərin sayı illik 14 faiz artaraq cari il aprelin 1-nə 123 min nəfərə çatıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, işçilərin 91 min nəfəri və ya 74 faizi özəl sektorda fəaliyyət göstərib. Artım əsasən özəl sektor hesabına baş verib. Belə ki, özəl sektorda işləyənlərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz artım qeydə alınıb.

Yanvar-mart ayları ərzində tikinti sektorunda işləyənlərin orta aylıq nominal əmək haqqı 893 manat təşkil edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə orta aylıq nominal əmək haqqı üzrə 24 faiz artım olmasını əks etdirir.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Kapital Bank yenilənən Ağdam filialını istifadəyə verdi

posted in: Bank, Xəbər | 0

Kapital BankKapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Korporativ standartlara uyğun təmir edilərək müştərilərə təqdim edilən Ağdam filialı, Ağdam şəhəri, Quzanlı qəsəbəsi ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yenilənən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər.

Kapital Bank-ın Ağdam filialı, müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və sair bank xidmətlərini təklif edir. Yeni filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir.

Qeyd edək ki, Kapital Bank 2015-ci ildən etibarən filial şəbəkəsinin transformasiyası istiqamətində bir çox filial və şöbələrini müasir tələblərə uyğun təmir edərək vahid korporativ interyer dizayn standartlarını tətbiq edib və bu proses hazırda davam etməkdədir. Ötən illər ərzində 50-dən çox filialda əsaslı təmir və yerdəyişmə prosesi həyata keçirilib, 25-dən çox yeni filial və şöbə istifadəyə verilib. Transformasiya layihəsinin davam olaraq cari ildə bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 15 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb

posted in: Xəbər | 0

“Sədərək” və “Binə” ticarət mərkəzlərinin rəhbərləri ilə müzakirələr aparılıb

sədərək binəİqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) keçirilən görüşdə İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Dövlət Vergi Xidmətinin, KOBİA-nın və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri iştirak ediblər.

Görüşdə mayın 31-dən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar və ictimai iaşə məkanları istisna olmaqla) fəaliyyətinin bərpa olunması ilə əlaqədar sahibkarların Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam riayət etməsi vəziyyəti, ticarət obyektlərində işçilər və müştərilər üçün lazımi şərait yaradılması, iş və xidmət sahələrinin qoruyucu vasitələrlə (əlcək, tibbi maska, dezinfeksiyaedici materiallar və s.) təmin olunması məsələləri müzakirə edilib.

TƏBİB-in nümayəndələri sahibkarlara ticarət və xidmət sahələrində koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması profilaktikasına dair metodiki göstərişlər barədə məlumat veriblər. Qeyd edilib ki, metodiki göstərişlər “Sədərək” və “Binə” ticarət mərkəzlərində fəaliyyət göstərən sahibkarların İnternet Vergi İdarəsindəki (www.e-taxes.gov.az) elektron kabinetlərinə də göndəriləcəkdir.

Görüşdə “Sədərək” və “Binə” ticarət mərkəzlərinin xüsusiyyəti nəzərə alınmaqla, burada sosial davranış və sanitar-epidemioloji tələblərə və metodiki göstərişlərə riayət olunması sisteminin səmərəli təşkilinə dair məsləhətləşmələr aparılıb, müəyyən olunmuş tələblərə əməl edilməsinin zəruriliyi bir daha diqqətə çatdırılıb.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun