» » » Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

Azərbaycan auditorları beynəlxalq videokonfransda iştirak ediblər

posted in: Audit, Xəbər | 0
birbank biznes

AuditorlarRusiya Federasiyasının “Sodrujestvo” Özünütənzimləyən Auditor Təşkilatları Assosiasiyası tərəfindən Avrasiya regionunun peşəkar mühasibat və auditorlar təşkilatları rəhbərlərinin iştirakı ilə beynəlxalq videokonfrans keçirilib. Konfransda Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, professor Vahid Novruzov və Palatanın Şurası yanında Elm və auditor fəaliyyətinin mütodoloji təminatı üzrə komitənin sədri Nəcəf Talıbov iştirak və məruzə ilə çıxış ediblər.

Azərbaycan Respublikasının Auditorlar Palatasından bildiriblər ki, beynəlxalq konfransda indiki pandemiya şəraitində mühasibatlıq, hesabatlılıq və təşkilatların maliyyə hesabatlarının auditi sahəsində qarşıya çıxan çətinliklərin dəf edilməsində mühasiblərin və auditorların peşəkar təşkilatlarının işgüzar əlaqələrinin daha da gücləndirilməsi, təcrübə mübadiləsi, mövcud problemlərin həllində qüvvələrin səfərbər edilməsinin vacibliyi vurğulanmış, bu istiqamətdə konkret vəzifələr və onların həlli yolları barədə işgüzar müzakirələr aparılıb. Auditorlar Palatası sədrinin “Koronavirus (COVID-19) şəraitində audit” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. Palatanın komitə sədri Nəcəf Talıbov pandemiya şəraitində Auditorlar Palatası tərəfindən qurumun üzvlərinin normal fəaliyyəti üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Beynəlxalq konfransda onlayn formada belə müzakirələrin daha tez-tez aparılması zərurəti, mövcud problemlərin həlli üçün təkliflər hazırlamaq məqsədilə müvafiq regional qrupların yaradılması, mühasibatlıq və audit sahəsində regionda beynəlxalq prosedurların daha geniş tətbiqi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti konfrans iştirakçıları tərəfindən dəstəklənib.

Mənbə: azertag.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun