VM-nin 164.1.34-ci maddəsində göstərilən avadanlıqların satışı ƏDV yə cəlb edilir?
Sual: Şirkətimiz könüllü olaraq ƏDV ödəyicisi oldu. 164.1.34-cü maddəsində göstərilmiş təyinata uyğun olaraq qurğu və avadanlıqları idxal edən zaman ƏDV tutulmur, malı idxal edəndən sonra ƏDV ödəyicisi olan rezident şirkətə 164.1.34-cü maddəsində göstərilmiş avadanlıq və qurğuları satışında da ƏDV-dən azaddır? ƏDV ödəyicisi olaraq şirkətimiz ƏDV ödəyicisinə e-qaimədə ƏDV üzrə necə qeyd etməlidir? Zəhmət olmasa 164.1.34 maddə tətbiqi ilə bağlı bizə əlavə məlumat verəsiniz.
Kənd təsərrüfatında ƏDV əvəzləşdirilməsi
Cavab: Vergi Məcəlləsinin 164.1.34-cü maddəsinə əsasən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı ƏDV-dən azad edilmişdir. Odur ki, tərəfinizdən bilavasitə kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğuların, maşınların, avadanlıqların və texnikaların idxalı və satışı həyata keçirildiyi zaman ƏDV tətbiq edilməyəcəkdir. Elektron qaimə-faktura Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”na uyğun olaraq tərtib edilir. Həmin qaydalara müvafiq olaraq təqdim edilmiş malın ƏDV-yə cəlb edilməyən dəyəri elektron qaimə-fakturanın “o cümlədən, ƏDV-yə cəlb edilməyən” sütununda əks etdirilməlidir.
Bax: Vergi Məcəlləsinin 164.1.34-cü maddəsi, Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.
Mənbə: taxes.gov.az
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.