» » » Təsisçinin banka olan borcu ilə bağlı vergi öhdəliyi

Təsisçinin banka olan borcu ilə bağlı vergi öhdəliyi

posted in: Vergi, Xəbər | 0

Təsisçinin banka olan borcu ilə bağlı vergi öhdəliyi


Sual: Müəssisənin təsisçisinin banka olan borcu müəssisənin dövriyyə vəsaiti hesabına ödənilib. Bu zaman müəssisənin vergi öhdəliyi yaranırmı? 

Cavab: Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş müddəalarına əsasən, müəssisənin fəaliyyəti zamanı əldə edilmiş aktivlərin, o cümlədən pul vəsaitlərinin (təsisçiyə borcların verilməsi və ya alınmış borcların əvəzinin qaytarılması istisna olmaqla) təsərrüfat fəaliyyətinin məqsədlərindən kənar digər məqsədlər üçün təsisçiyə verilməsi, habelə təsisçinin digər şəxslərə olan borclarının əvəzinin ödənilməsi vergitutma məqsədləri üçün dividend ödəmələrinə bərabər hesab edilir və bu zaman Məcəllənin 122.1-ci maddəsi ilə ödəmə mənbəyində vergi tutulur.

Əsas: Vergi Məcəlləsi, 122.4-cü maddə

Mənbə: vergiler.az

Biznes hesabi

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.