» » » Gəlirdən çıxılmayan xərclər üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

Gəlirdən çıxılmayan xərclər üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

posted in: sual-cavab, Vergi, Xəbər | 0
birbank biznes

ƏDV əvəzləşdirmək hüququGəlirdən çıxılmayan xərclər üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?

Sual:

Belə bir sualla müraciət etmək istərdim. Gəlirdən çıxılmayan xərclər üzrə ödənilmiş xidmət haqlarının ƏDV məbləği əvəzləşdirilə bilərmi?

Cavab:

Bildiririk ki, gəlirdən çıxılmasına yol verilməyən xərclər Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən müəyyənləşdirilir. Əlavə Dəyər Vergisi ödəyiciləri tərəfindən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsinə yol verilən hallar və məhdudiyyətlər Vergi Məcəlləsinin 175-ci maddəsində təsbit edilmişdir.

Əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclərin və bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq kapital xarakterli digər xərclərin gəlirdən çıxılmasına yol verilmir, lakin həmin xərclərin ödənilməsi zamanı Vergi Məcəlləsinin 175-ci maddəsinin tələblərinə cavab verildiyi halda, həmin xərclər üzrə ödənilmiş Əlavə Dəyər Vergisinin əvəzləşdirilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır.

Mənbə: taxes.gov.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.