» » » Vergilər Naziri vətəndaşları qəbul edəcək

Vergilər Naziri vətəndaşları qəbul edəcək

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Vergilər Naziri Qəbələ rayonunda vətəndaşları qəbul edəcək

Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonları sakinlərinin nəzərinə!

Vergilər naziri Mikayıl Cabbarov 19 iyul 2019-cu il tarixində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinin inzibati binasında (Ünvan: Qəbələ şəhəri, İ.Qutqaşınlı küç. 27) Qəbələ, İsmayıllı, Oğuz, Zaqatala, Balakən və Qax rayonlarından olan sakinləri qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlar 15-18 iyul 2019-cu il tarixlərində Qəbələ rayonunda 10 saylı Ərazi Vergilər İdarəsinə, Zaqatala rayonunda 13 saylı Ərazi Vergilər İdarəsinə, habelə İsmayıllı, Balakən və Qax rayonları vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə, eləcə də Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng etməklə və ya nazirliyin office@taxes.gov.az elektron poçt ünvanına yazmaqla qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Mənbə: vergiler.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Vergilər Naziri
Vergilər Naziri