» » » Bu məhsul üçün gömrük rüsumu müəyyən edilib

Bu məhsul üçün gömrük rüsumu müəyyən edilib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycana idxal edilən sənayedə tətbiq üçün heyvan yağlarına gömrük rüsumu müəyyən edilib

Azərbaycana idxal edilən sənayedə tətbiq üçün heyvan yağlarına 5% gömrük rüsumu müəyyən edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişikliklər edib.

Qərara əsasən, qidada istifadə olunan məhsulların istehsalından başqa, sənayedə tətbiqi üçün heyvan yağına gömrük dəyərinin 5%-i həcmində idxal gömrük rüsumu tətbiq olunacaq.

Qeyd edək ki, indiyə qədər sənayedə tətbiqi üçün emulsiya halına gətirilməmiş və ya qarışıq olmayan, yaxud hər hansı başqa üsulla hazırlanmamış lyard-stearin və oleostearin yağlarına 5% idxal gömrük rüsumu, digərləri üçün 15% idxal gömrük rüsumu tətbiq olunub.

Mənbə: apa.az


Teleqram kanalımıza üzv olun


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
gömrük rüsumu