» » » Azərbaycanda vergi ödəyicisi olmayan şəxslər üçün gəlir vergisi dərəcəsi artırılır

Azərbaycanda vergi ödəyicisi olmayan şəxslər üçün gəlir vergisi dərəcəsi artırılır

posted in: Xəbər | 0
birbank biznes

gəlir vergisi dərəcəsi, Ödənilməyən vergilərBundan sonra Azərbaycanda vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən xərclər çıxılmadan 5% dərəcə ilə vergi tutulacaq.

Bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə həmin gəlir vergisinin dərəcəsi 2%-dir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.5-ci maddəsi kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu, əlvan və qara metal qırıntılarının qəbulu, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu, həmçinin xam dərinin tədarükünü nəzərdə tutur.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun