» » » Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq

Ölkə daxilində və xaricində müalicə haqları ilə bağlı vergi güzəştləri tətbiq olunacaq

posted in: Xəbər | 0
birbank biznes

Müalicə haqları, vergi güzəştləri, qeyri-yaşayış sahələri, Vergi uçotu, Əmək pensiyaları, Əmək pensiyalarının hesablanması, Qeyri-rezident marketinq xidmətləriÖlkə daxilində müalicə, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 10 000 manatadək olan hissəsi gəlir vergisindən azad edilir.

Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur.

Bundan əlavə, xaricdə müalicə haqlarını, o cümlədən cərrahiyyə əməliyyatının haqqını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 40 000 manatadək olan hissəsi də gəlir vergisindən azad ediləcək.

Azərbaycanda vergi tutulan aylıq gəlirin məbləğinin 2 500 manatadək olan hissəsindən 14 %, (350 manat + 2 500 manatdan çox olan) məbləğindən 25 % dərəcə ilə vergi tutulur.


Mənbə: report.az



Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun