Sual: Vergi ödəyicisi olmayan fiziki şəxslərə e-qaimə yazılmalıdır yoxsa yox? Məsələn, bizim firmamız xaricdə təhsil almaq üçün abituriyentlərə məsləhət göstərir və onlardan məsləhət haqqı alır. Bu halda bizim tərəfimizdən e-qaimə (və ya VHF) hazırlanmalıdırmı?
Cavab: Bildiririk ki, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verməlidir.
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada qaimə-faktura və ya elektron qaimə-faktura vermək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.
Göründüyü kimi, vergi ödəyiciləri tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərə göstərilən xidmətlərə görə onlara elektron qaimə-faktura verilməlidir.
Vergi ödəyici olmayan şəxslərə göstərilən xidmətlər isə Maliyyə Nazirliyi tərəfindən təsdiqlənən müvafiq ciddi hesabat blankları ilə rəsmiləşdirilməlidir.
Bax: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1.1-ci maddələri.
Mənbə: taxes.gov.az
Leave a Reply