» » » Vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklifi verilib

Vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklifi verilib

posted in: Xəbər | 0
birbank biznes

Azərbaycanda vergi və kredit güzəştlərinin tikinti sektoruna da aid edilməsi təklif edilib.

vergi güzəştləriAzərbaycan Sahibkarlar Konfederasiyası (ASK) vergi güzəştlərinin tikinti sektoruna da aid edilməsini təklif edib. Bu təklifi Konfederasiyanın tərkibində fəaliyyət göstərən “Tikinti müəssisələri ilə İş Komissiyası”nın iclası zamanı ASK-nın vitse-prezidenti Vüqar Abbasov səsləndirib.

İclasda pandemiyadan zərərçəkən tikinti şirkətlərində əmək ödənişləri ilə bağlı dəstək proqramının tətbiqi, vergi güzəştləri, bank kreditləri ilə bağlı vəziyyət müzakirə edilib.

V. Abbasov həmçinin tikinti sektoruna kredit güzəştlərinin də şamil edilməsini təklif edib.

O tikinti sektorunun iqtisadiyyatda lokomotiv rolu oynadığını və arxasınca çox sahələri apardığını vurğulayıb. Məhz buna görə sektorun dayanmaması üçün ASK-nın vitse-prezidenti kreditləşmənin, xüsusən də güzəştli kreditlərin verilməsinin vacibliyini qeyd edib.

Öz növbəsində, Komissiyanın sədri Şahin Məmmədov mövcud vəziyyətlə bağlı məlumat verərək, karantin dövründə tikinti sektorunda da fəaliyyətin zəiflədiyini bildirib. Daha sonra sahibkarlar mövcud vəziyyətlə bağlı məlumat veriblər. Tikinti materialları sahəsində çalışan şirkətlər ötən müddətdə satışın kəskin zəifləməsi, inşaat sektorunda çalışan işçilərin əmək haqlarının ödənilməsi məsələsini müzakirə ediblər. İclasın sonunda təkliflər toplanaraq sənədləşdirilib.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun