» » » Bu ödəmələr “ASAN Ödəniş” Sisteminə inteqrasiya edilib

Bu ödəmələr “ASAN Ödəniş” Sisteminə inteqrasiya edilib

posted in: Xəbər | 0
birbank biznes

Asan ÖdənişAliment, kredit və cərimələr “ASAN ödəniş” vasitəsilə nağdsız ödəniləcək.

Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanına əsasən “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi üzrə görülən kompleks tədbirlər çərçivəsində icra xidməti üzrə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar borcun və icra hərəkətləri ilə bağlı xərclərin ödənişləri “ASAN ödəniş” sisteminə uğurla inteqrasiya olunub. 

Bu barədə Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında bildirilib.

Ədliyyə Nazirliyi tərəfindən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda tətbiq olunan bu yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment, kredit, cərimə və digər ödənişləri “ASAN ödəniş” və “Elektron hökumət” portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.

Qeyd edilib ki, hər hansı səbəbdən nağdsız ödəniş etmək imkanı olmayan vətəndaşlar üçün respublikanın bütün bölgələrini əhatə edən “E-Manat”, “Milli Ön” və “ASAN ödəniş” terminalları vasitəsilə yaşayış yerindən uzaqlaşmadan borc və icra ödənişlərinin nağd şəkildə də həyata keçirilməsi üçün şərait yaradılıb: “Bundan əlavə, borca görə ölkədən getmək hüququna məhdudiyyət qoyulmuş şəxslər nağdsız qaydada və ya terminallar vasitəsilə icra üzrə borcunu ödədiyi təqdirdə həmin məhdudiyyət avtomatik aradan qaldırılır və müvafiq məlumat real vaxt rejimində Dövlət Sərhəd Xidmətinə ötürülür. Ədliyyə Nazirliyi tərəfindən məhkəmə və digər orqanların qərarlarının icrasının səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər davam etdirilir”.

Mənbə: apa.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun