Hazırkı dövrə olan vergi borcumun məbləğini öyrənmək istəyirəm. Bunun üçün hansı addımları atmalıyam?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi ödəyicisi borcu barədə məlumatı Çağrı mərkəzindən (195-1), özünə məxsus gücləndirilmiş elektron imza vasitəsilə İnternet Vergi İdarəsinin “E-bəyannamə, ƏDV-DH və ŞHV” bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.
Vergi borcunuzun olub-olmamasını, həmçinin, VÖEN-i qeyd etməklə bu linkdən də öyrənə bilərsiniz:
https://new.e-taxes.gov.az/etaxes/services/tax-debts
Mənbə: vergiler.az
