“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərə uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın formasına və “Dövlət rüsumunun tutulması haqqında hesabat”ın tərtib edilməsi Qaydası yeni redaksiyada təsdiq olunub.
Bununla əlaqədar əvvəlki hesabat forması və onun tərtib edilməsi qaydasını təsdiq edən sənədlər qüvvədən düşüb. Yenilənmiş hesabat forması və tərtib edilməsi qaydası ilə keçid vasitəsilə tanış olmaq mümkündür.
Mənbə: vergiler.az
