Bu il noyabrın 1-nə Azərbaycanda 1 734 871 vergi ödəyicisi olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verilir. Məlumata görə, bu, ötən il noyabrın 1-i ilə müqayisədə 4,5 % çoxdur.
Vergi ödəyicilərinin 86,7 %-i fiziki şəxslər, 13,3 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 4,3 %, idarə, müəssisə və təşkilatların sayı isə 5,6 % artıb.
Bu il oktyabrın sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,4 % çox – 214 988 vahid təşkil edib.
Oktyabrda 1 183 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 86,8 %-i yerli, 13,2 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 84 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 96,6 % təşkil edib.
Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,5 %-i MMC formasında yaradılıb.
Mənbə: report.az
