» » » Satış üçün alınmış malların şəxsi məqsədlə istifadəsi ƏDV-yə necə təsir edir?

Satış üçün alınmış malların şəxsi məqsədlə istifadəsi ƏDV-yə necə təsir edir?

posted in: Xəbər | 0

Təcrübədə bəzən müəssisələrin satış məqsədilə aldıqları malları öz şəxsi məqsədləri üçün istifadə etdikləri müşahidə olunur. Belə olan halda hansı vergitutma obyektləri yaranır?

Suala vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən, vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan, qanunvericiliklə müəyyən edilmiş təbii itki normaları daxilində zayolmadan əmələ gələn itkilərdən, təbii itki normaları daxilində xarabolmalar və bu kimi əskikgəlmələrdən başqa, malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Vergi Məcəlləsinin 166.2-ci və 159.5-ci maddələrinə əsasən, malların (işlərin, xidmətlərin) qeyri-kommersiya məqsədləri üçün verildiyi vaxt vergitutma obyekti və vergi tutulan əməliyyatın vaxtı hesab olunur. Həmin maddələrdən aydın olur ki, müəssisə tərəfindən satmaq məqsədilə ƏDV ödəməklə alınmış və ƏDV məbləği əvəzləşdirilmiş malların sonradan şəxsi (qeyri-kommersiya) məqsədlər üçün istifadəyə yönəldilməsi ƏDV tutulan əməliyyat hesab olunur. Bu halda şəxsi istifadə üçün yönəldilən malların dəyərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş 18 faiz ƏDV dərəcəsi tətbiq olunmaqla ƏDV hesablanmalı və müvafiq qaydada dövlət büdcəsinə ödənilməlidir.

Biznes hesabi

Eyni zamanda, Vergi Məcəlləsinin 109.2-ci maddəsinə əsasən, müəssisənin qeyri-kommersiya məqsədləri üçün istifadə etdiyi malların dəyəri mənfəət vergisi məqsədləri üçün gəlirdən çıxılan xərc hesab edilmir.

Misal: “AA” MMC tikinti materiallarının satışı ilə məşğuldur. Balansında olan 50.000 manatlıq tikinti mallarını təsisçi öz şəxsi evinin təmirinə istifadə edib.

Belə olan halda, həmin ay üçün müəssisənin 9.000 manat ƏDV öhdəliyi yaranacaq:

50.000 x 18% = 9.000 manat.

Həmçinin, 50.000 manat məbləğdən Vergi Məcəlləsinin 122.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergi 5 faiz tətbiq edilməklə dividend vergisi hesablanacaq:

50.000 x 5% = 2.500 manat.

Mənbə: vergiler.az

Fiziki şəxslər vergi borcunu necə öyrənə bilərlər?

error: Content is protected !!