Vakansiya: Baş Mühasib / İşəgötürən: Kontakt Home
Əmək Haqqı: Razılaşma ilə
Ümumi məlumat
- Şəhər: Bakı
- Yaş: 30 – 45 yaş
- Cins: Fərqi yoxdur
- Təhsil: Ali
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Əlaqədar şəxs: HR Department
- Email: hr@kontakt.az / info@finstaff.az
- Kateqoriya: Maliyyə və Mühasibat
- Alt kateqoriya: Mühasibat
- Elanın bitmə tarixi: 26.05.2019
Teleqram kanalımıza üzv olun
Vakansiya barədə məlumat
• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək;
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
• Əmək haqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək.
Baş Mühasib üçün tələblər
• Ali iqtisadi təhsil;
• Baş mühasib kimi iş təcrübəsi – 2 ildən artıq;
• Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
• Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
• Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
• MS Office proqramlarını bilməli;
• 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Baş mühasib” qeyd edərək CV formasını hr@kontakt.az / info@finstaff.az elektron ünvanına göndərməyiniz xahiş olunur.