» » » Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları təsdiq edilib

Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları təsdiq edilib

posted in: Xəbər | 0
birbank biznes

Uyğunluq sertifikatının forması“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları”nın təsdiq edilməsi barədə

“Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununun tətbiqi  barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 iyul tarixli 780 nömrəli Fərmanının 1.1.6-cı yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

Əli Əsədov

Azərbaycan Respublikasının Baş Naziri

 

Bakı şəhəri, 7 oktyabr 2020-ci il

№ 377

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 7 oktyabr
tarixli 377 nömrəli Qərarı ilə
təsdiq edilmişdir.

 

Uyğunluq sertifikatının forması, uyğunluq

nişanından istifadə və verilməsi

QAYDALARI

 1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Standartlaşdırma haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 13.3-cü maddəsinə uyğun olaraq uyğunluq sertifikatının forması, uyğunluq nişanından istifadə və verilməsi qaydalarını müəyyən

1.2. Bu Qaydaların məqsədləri üçün aşağıdakı əsas anlayış- lardan istifadə edilir:

1.2.1. milli standartlaşdırma qurumu – Qanunun 1.0.18-ci maddəsinə əsasən “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs;

1.2.2. uyğunluğun qiymətləndirilməsi – malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunun müəyyən edilməsi prosesi;

1.2.3. uyğunluğun qiymətləndirilməsinin obyektləri – mal (iş, xidmət), onunla əlaqəli proseslər (o cümlədən idarəetmə sistemləri), istehsal metodları.

1.3. Bu Qaydalarda istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulan mənaları ifadə

2. Uyğunluq sertifikatının forması

2.1. Uyğunluq sertifikatının aşağıdakı formaları tərtib edilir:

2.1.1. malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı;

2.1.2. mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatı

2.2. Bu Qaydaların 2.1.1-ci və 2.1.2-ci yarımbəndləri ilə müəyyən edilən uyğunluq sertifikatlarında aşağıdakı məlumatlar göstərilir:

2.2.1. sertifikatın adı;

2.2.2. sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı və akkreditasiya attestatının qeydiyyat nömrəsi;

2.2.3. blankın qeydiyyat nömrəsi;

2.2.4. sertifikatın verilmə tarixi;

2.2.5. sertifikatın qeydiyyat nömrəsi;

2.2.6. sertifikat verilən hüquqi şəxsin adı və hüquqi ünvanı, fiziki şəxsin adı, soyadı, atasının adı və ünvanı;

2.2.7. standartlaşdırma üzrə normativ sənədlərin adı, nömrəsi və tarixi;

2.2.8. sertifikatın verilmə əsası;

2.2.9. əlavə məlumat (olduqda);

2.2.10. akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun rəhbərinin (səlahiyyətli nümayəndəsinin), uyğunluğu qiymətləndirən səlahiyyətli şəxsin imzası, adı, soyadı və atasının adı;

2.2.11. möhür yeri (olduqda).

2.3. Bu Qaydaların 2.2-ci bəndində qeyd edilənlərdən əlavə malların (işlərin, xidmətlərin) uyğunluğunun könüllü qiymətləndiril- məsi barədə uyğunluq sertifikatında uyğunluğu qiymətləndirilmiş malın (işin, xidmətin) adı, növü, markası, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, “Məhsul növləri təsnifatı” üzrə kodu, məhsulun istehsal edildiyi, işin və xidmətin göstərildiyi yerin ünvanı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluğunun könüllü qiymətləndirilməsi barədə uyğunluq sertifikatında isə idarəetmə sistemlərinin və istehsal metodlarının sertifikatlaşdırıldığı müəssisənin tam adı, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) tətbiq edildiyi fəaliyyət sahəsi göstərilir.

2.4. Uyğunluq sertifikatı dövlət dilində tərtib

2.5. Dövlət dilində tərtib edilmiş uyğunluq sertifikatı digər dillərə tərcümə edildikdə tərcümənin düzgünlüyü notariat qaydasında təsdiqlənməlidir.

2.6. Malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması bu Qaydaların 1 nömrəli əlavəsinə, mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması bu Qaydaların 2 nömrəli əlavəsinə uyğun olaraq tərtib edilir.

2.7. Uyğunluq sertifikatı tam şəkildə doldurulmalı və çap üsulu ilə təsvir edilməlidir. Üzərində düzəlişlər edilmiş və yaxud zədələnmiş sertifikatlar etibarsızdır.

3. Uyğunluq nişanından istifadə və onun verilməsi

3.1. Uyğunluq nişanı texniki reqlamentlərin tələblərinə cavab verən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğunun qiymətləndirilməsini və sertifi- katlaşdırılmasını

3.2. Uyğunluq nişanının forması bu Qaydaların 3 nömrəli əlavəsi ilə müəyyən

3.3. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatı ilə təmin edilmiş uyğunluğun qiymətləndirilməsinin obyektlərinə təsərrüfat subyekti tərəfindən uyğunluq nişanı tətbiq edilə bilər.

3.4. Texniki reqlamentlərin tələblərinə cavab verməyən və ya texniki reqlamentlərlə tənzimlənməyən malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğunluğu qiymətləndirilməmiş və sertifikatlaşdırılmamış uyğunluğun qiymətləndirilməsinin obyektlərinə uyğunluq nişanı vurula bilməz.

3.5. Uyğunluq nişanını birbaşa mala (qazlı, maye və dənəvər materiallara və maddələrə) tətbiq etmək mümkün olmadıqda qablaşdırmaya tətbiq edilir. Uyğunluğun qiymətləndirilməsinin obyektlərinin istismar, texniki və müşayiətedici sənədlərində uyğunluğunun qiymətləndirilməsi haqqında məlumatın (uyğunluq sertifikatının nömrəsi və verilmə tarixi, sertifikatı verən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı) göstərildiyi yerdə uyğunluq nişanı ilə nişanlanmalıdır. Belə məlumatlar olduqda uyğunluq nişanı ilə nişanlanmış mal uyğunluq sertifikatının surəti ilə müşayiət olunmaya bilər.

3.6. Uyğunluq sertifikatı ilə təmin edilmiş malın partiyası uyğunluq sertifikatının surəti ilə müşayiət

3.7. Uyğunluq nişanı aydın görünən olmalı və tətbiq edilən səthin rəngindən fərqlənməlidir. Malın uyğunluq nişanı ilə nişanlanmasına aşınma, tökmə, oyma, çapetmə, ştamplama yerlərində yol verilmir və aydın görüntüsünü, xarici təsirlərə qarşı müqavimətini və malların yararlılıq müddətində dayanıqlılığını təmin edən üsullarla həyata keçirilir. Uyğunluq nişanının təsvirinin ayrı-ayrı elementlərinin qismən təkrar edilməklə tətbiqinə icazə verilmir.

3.8. Uyğunluq nişanı qablaşdırmaya tətbiq edildikdə sertifikatlaşdırılmamış mallar üçün belə qablaşdırmanın istifadəsi yolverilməzdir.

3.9. Qanunun 13.5-ci maddəsinə uyğun olaraq akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən uyğunluq sertifikatının ləğvi barədə qərar qəbul edildikdə akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin iştirakı ilə tətbiq edilmək üçün hazırlanmış uyğunluq nişanları təsərrüfat subyekti tərəfindən tamamilə məhv edilmə ilə nəticələnən, onların sonrakı bərpası və onlardan ilkin şəkildə istifadənin mümkünlüyünü istisna edən termik, kimyəvi, mexaniki və ya başqa təsir üsulları ilə məhv edilir. Məhvetmə 2 (iki) nüsxədə tərtib edilmiş akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun səlahiyyətli nümayəndəsinin və təsərrüfat subyektinin imzası ilə təsdiq edilmiş aktla rəsmiləşdirilir. Məhvetmə ilə bağlı aktda təsərrüfat subyektinin adı, soyadı, atasının adı (hüquqi şəxs olduqda adı və hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin adı, soyadı və atasının adı), akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun adı, ünvanı və onun səlahiyyətli nümayəndəsinin adı, soyadı, atasının adı, nişanların məhv edildiyi yer, məhvetmə üsulu və məhv edilən nişanların sayı göstərilir.

Faylları yükləyin: 

Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı malların (işlərin, xidmətlərin) uyğunluq sertifikatının forması (1639 downloads )

Uyğunluğun könüllü qiymətləndirilməsi zamanı mal (iş, xidmət) ilə əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin) və istehsal metodunun uyğunluq sertifikatının forması (216 downloads )

Uyğunluq nişanının forması (260 downloads )

Mənbə: nk.gov.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun