» » » Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır

Dövlət Məşğulluq Agentliyi əməkhaqlarının bir hissəsinin birgə maliyyələşməsi proqramına başlayır

posted in: Xəbər | 0
birbank biznes

Dövlət Məşğulluq Agentliyiİşəgötürənlər (dövlət və bələdiyyəyə məxsus hüquqi şəxslər istisna olmaqla) əməkhaqlarının bir hissəsinin İşsizlikdən sığorta fondunun vəsaiti hesabına maliyyələşdirilməsi proqramında iştirak edə bilərlər.

Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib ki, son 1 ildə fəaliyyətdə olan, agentlik tərəfindən müəyyən edilən prioritet iqtisadi sahələr və peşələr (ixtisaslar) üzrə vakansiyası olan və ya yeni vakansiya yaradan işəgötürənlər proqrama müraciət edə bilərlər.

Layihənin icrası zamanı şəhid ailəsi üzvlərinə, gənclərə, əlilliyi olan şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və bir ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük veriləcək. Məqsəd sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərə dəstək olmaq, onların məşğulluğunu təmin etməkdir.

Proqramda iştirak Nazirlər Kabinetinin 2020-ci il 8 iyul tarixli Qərarı ilə təsdiq edilmiş “Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi Qaydası”na uyğun həyata keçirilir.

İşəgötürənlər proqrama aşağıda göstərilmiş keçid vasitəsilə müraciət edə bilərlər.

Mənbə: vergiler.az


Teleqram qrupumuza üzv olun



Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat və Kadr Xidmətləri üçün linkə daxil olun.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun