» » » Turizm şirkətləri elektron qaimədə hansı məbləği göstərməlidir?

Turizm şirkətləri elektron qaimədə hansı məbləği göstərməlidir?

posted in: Xəbər | 0
birbank biznes

Sual: Yerli turizm şirkəti aviabiletlərin satışı ilə əlaqədar, yeni Vergi Məcəlləsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən 01 yanvar 2018 ci il tarixindən qaimə faktura təqdim etməlidir. Mənim sualım:

1. Qaimə faktura bütün məbləğə verilməlidir yoxsa təkcə komissiyaya?

2. Aviaşirkətlər bizə qaimə faktura təqdim etmir, onda mənim xərclərim görünməcəyək, alınacaq ki, bütün mənim tərəfimindən təqdim olunmuş qaimə fakturalar mənim gəlirimdir?

Cavab: Sorğunuzdan agent (vasitəçi) kimi fəaliyyət göstərdiyiniz qənaətinə gələrək bildiririk ki, qanunvericiliyə əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. Odur ki, alıcılara elektron qaimə-faktura satıcı ilə müştəri arasında vasitəçilik fəaliyyəti göstərən agent tərəfindən deyil, satıcı tərəfindən təqdim edilir.

Eyni zamanda tur paketlərin satışının həyata keçirilməsi məqsədi ilə tur paketlərin agentlərə təhvil verilməsi üzrə turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxs tərəfindən agentə qaimə-faktura təqdim edilmir. Qeyd olunan əməliyyat müvafiq qaydada sənədləşdirilir və xidmətin göstərilməsi ilə bağlı tərəflər arasında müqavilə bağlanılır.

Tur paketlərin satışı üzrə xidmətlərin göstərilməsi agent tərəfindən turizm xidmətlərini həyata keçirən (vəkalət verən) şəxsə göstərildiyindən müvafiq olaraq onun tərəfindən vəkalət verənə göstərilmiş xidmətin dəyəri əks etdirilməklə elektron qaimə-faktura təqdim edilir.

Bax: Vergi Məcəlləsinin 71-1-ci maddəsi.

Mənbə: taxes.gov.az

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az