» » » Alman-Azərbaycan Xarici Ticarət Palatasında “Təcrübə Proqramı”

Alman-Azərbaycan Xarici Ticarət Palatasında “Təcrübə Proqramı”

posted in: İş elanı, Xəbər | 0
birbank biznes

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Azərbaycanda Almaniya iqtisadiyyatının rəsmi təmsilçisidir.

Praktika (Üzvlük xidmətləri şöbəsi)

Alman-Azərbaycan Xarici Ticarət Palatasının Üzvlük xidmətləri şöbəsinə təcili praktikant axtarılır.

Təcrübə müddəti: 6 ay

Əsas vəzifə və öhdəlikləri:

  • Üzvlük xidmətləri sahəsində dəstək
  • AHK-nın Üzvlər yığıncağına, AHK-İmpuls və işçi qrupları ilə bağlı toplantılara hazırlıqda dəstək
  • Tərcümə işləri
  • İnzibati vəzifələr və araşdırma işləri
  • Protokol tərtib etmə

Tələblər:

  • İqtisadi-siyasi elmlər, beynəlxalq münasibətlər sahəsi üzrə bakalavr və ya magistratura təhsili
  • 09:00-dan 18:00-a qədər işləmək bacarığı
  • İqtisadi və siyasi münasibətlər sahəsində biliklərin olması
  • Müstəqil qərar vermək, komandada işləmək və yaxşı ünsiyyət bacarığı, dəqiqlik
  • İngilis və Azərbaycan dilində mükəmməl yazılı və şifahi dil biliyi
  • Analitik düşünmə bacarığı
  • MS Office proqramları ilə işləmək bacarığı

Bizim təklifimiz:

  • Azərbaycan və Almaniya arasındakı dinamik iqtisadi münasibətlərə baxış imkanı
  • Müxtəlif sahəli fəaliyyət diapazonu
  • Layihələrin hazırlanmasında iştirak
  • Zəngin iş təcrübəsinin əldə olunması
  • Gənc, açıqfikirli komanda

Müraciət etmək üçün Sizdən tərcümeyi halınızı müraciət məktubu ilə birlikdə 26.03.2018-ci il tarixinədək praktikum(at)ahk-baku.de elektron ünvanına göndərməyiniz xahiş olunur.

Mənbə: www.ahk-baku.de

Mühasibat və Audit xidmətləri üçün bizə müraciət edin
+994 12 598 20 70
+994 50 210 07 15
info@audit.az