» » » Xaricdə təmir edilmiş avtomobilin təmir xərcləri gəlirdən necə çıxıla bilər?

Xaricdə təmir edilmiş avtomobilin təmir xərcləri gəlirdən necə çıxıla bilər?

posted in: sual-cavab, Xəbər | 0
birbank biznes

təmir xərcləriSual: Beynəlxalq yük daşıma fəaliyyəti ilə məşğul olan hüquqi şəxs xarici ölkədə nəqliyyat vasitəsinə müəyyən xərclər çəkmişdir. Məsələn, ehtiyyat hissələrinin dəyişdirilməsi və yanacaq xərci. Həmin xərcləri təsdiq edən sənəd yalnız xarici ölkədən alınan kassa çekləridir. (təmir xərcləri)

Sualım ondan ibarətdir ki, xarici ölkədə alınan kassa çekləri gəlirdən çıxılan xərcə aid edilirmi, yəni mənfəət bəyannaməsində xərc kimi nəzərə alınacaq ya yox?

Cavab: Beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Mənfəət vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Xarici dövlətlərdə malların, işlərin, xidmətləri alışını təsdiq edən sənədlər qismində tərəflər arasında bağlanmış alğı-satqı müqavilələri, qaimələr, təhvil-təslim aktları, bank çıxarışları və digər ilkin-uçot sənədləri çıxış edir.

Əsas: Vergi Məcəlləsinin 104.1-ci, 108-ci, 149-cu maddələri.

Mənbə: taxes.gov.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun
təmir xərcləri